Muğamat və İbrahim
peyğəmbər
Şakir Qabıssanlı: "Rəbbimin verdiyi güc
əsasında bu tarixi sirləri aça bilmişəm"
Bu yaxınlarda Şakir
Qabıssanlının işıq üzü görən
"Muğamat və İbrahim peyğəmbər",
"İbrahim peyğəmbər və xalq
mahnıları" adlı 2 hissədən ibarət olan
kitabın 1-ci hissəsində Muğamın tarixi və fəlsəfi
mahiyyətləri, mənaları açıqlanıb.
Ş.Qabıssanlı
yazdığı kitab haqqında redaksiyamıza
açıqlama verərək bildirib ki, Muğamın tarixi və
fəlsəfəsi haqqında xeyli mülahizələr irəli
sürülmüş və yazılı məlumatlar toplu
halında dərc olunmuşdur: "Lakin mən bütün
bunları tarixi mənbələr kimi yox, özəl fikirlər
kimi qəbul edirəm və hesab edirəm ki, Muğamın
sirli qapılarına əl dəyməyib. Muğamın daxili
aləmi, onun sirlərini Muğam haqqında
yazılmış yazılarda yox, muğamın özündə
olan və indiyə kimi açılmayan şifrələrdə
axtarmaq lazımdır. Ancaq onu əlavə edə bilərəm
ki, muğamın ilkin nidaları atəşpərəstlərin
svil əhalisi zərduştilərin ağısı ilə
başlanmışdır. Bunu aydınlaşdırmaq
üçün lüğəti terminlərə üz tutsaq
pis olmaz. Sözün kökü "muğ" atəşpərəst,
zərdüşt dininə mənsub olan "muğanə"
sözü atəşpərəstcəsinə mərasimi və
ayini deməkdir.Buradan lüğət terminlərindən
aydın olur ki, Muğamat dini ayinlərdə ağılarla
meydana gəlibdir ki, bunun da vətəni Qabıssan, Abşirun
(Abşeron) və Təbrizdir. Demək Muğamat mənəvi
öz təkanını Azərbaycandan alaraq dünyaya
yaymışdır. Sonra "muğ" sözü qədim
udin dilində "8-lik" mənasını verir. Bu da Nuhun
tufanından sonra 8 nəfər salamat qalan ailəsi ilə əlaqələndirilir
(Nuh, həyat yoldaşı, 3 qızı və 3 oğlu). Bəzi
mənbələrdə tufandan çıxanların
sayının artdığını 9, 17,40 və sair
olduğu göstərilir. Lakin bu əlavələr isə
Qabıssan qayalarında aydın şəkildə
özünü göstərən işarələrə
tamamilə ziddir".
- Bu cür fikirlər sizin ağlınıza haradan gəldi?
- Təvazökarlıq
olmasın, dünyada yeganə adamam ki, Qabıssan
qayalarında olan 7000 işarəni, dünyanın müxtəlif
xalqları tərəfindən (zamana görə) yazılan
müqəddəs sözləri, bununla yanaşı
Qabıssan xalqlarında olan xalçalarda yüzlərcə
antik işarələri oxuya bilirəm. Qabıssan
qayalarındakı və xalçalarındakı sirri
açılmayan şairlər bəşəriyyətin tərcümeyi-halını
özündə əks etdirir.
- Şakir müəllim, bu kitabı yazmaqla bu qədər
məlumatı, gücü, qüvvəti haradan
almısınız? Bu sahədə
sizə yol göstərən olubmu?
- 2 il bundan öncə
bu haqda mənim yaza biləcəyim mənbəm olmayıb. Lakin
bu 2 il ərzində özümdən asılı olmayaraq
gizli səslərlə sanki bu qaranlıq dünyaya bir nur,
işıq gəldi. Özüm də dərk etmədən
ilahi bir güclə, tükənməz aşiqliklə,
müqəddəs sevgi ilə yorulmadan bu sirli dünyanın
içərilərinə az-çox daxil ola bildim. Qeyri-adi
duyğularla sanki əlçatmaz və gözəgörünməz
qüvvələr mənim üçün adi bir şeyə
çevrildi. Mənim dediklərim dünyanın heç bir mənbəsində
demək olar ki, yoxdur. Qabıssandan başlanan, Şamanlara qədər
gedən tarixi yol mənə açıq-aydın
görünür. Muğamat zərdüştlərin dini olan
İbrahim dininin mənəvi ideologiyasıdır desək
heç də yanılmarıq. Bu baxımdan İbrahim
peyğəmbərin rəbbə üz tutmasından
doğulmuşdur Muğamat. Çünki ilkin şiriftləri
büdpərəstləri haqqa, ədalətə
çağırmaqla Allaha üz tutmadan doğulan şiriftlərdir
ki, bunun da 8 min il yaşı var.
- Bəs bu yükün altına girmək sizi
qorxutmurmu? İnanırsınızmı sızın bu ideyalar
həyata keçəcək?
- Tamamilə doğru
fikirdir. Mənim vətənimin tarixi müqəddəs ətirli
bir qızılgül olsa da, onun ətrafı
büsbütün alağ otları ilə doludur. Avropa, rus mənbələrinə
söykəndiyimiz üçün tariximiz zaman-zaman
saxtalaşdırılıb. Hamımız Bakıda
oturmuşuq. "Baki" və "Umbaki" adlarının
mənasını bilmirik. Bunların sayını yüzlərcə,
minlərlə göstərə bilərik. Dastanların birində
sətiraltı ifadələrlə İbrahim peyğəmbərin
bu sözləri işlədilir: "Bir sənəmə
aşiq olmuşam desəm öldürərlər, deməsəm
ölləm". Demək həmin həyat tərzini indi mən
yaşayıram. Bu kimi tarixi sirləri rəbbimin verdiyi güc
əsasında aça-aça gözlərim nəmli
görünür, ancaq içimdən sel axır.
Onu da qeyd edək ki,
"Səmavi" adlanan bu kitabın bəzi yerlərində
təkrarçılığa da yol verilib. Oxuculardan rica edirik
ki, bunu nöqsan kimi yox, məsələnin sübutu kimi qəbul
etsinlər.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2010.- 28 sentyabr.- S. 6.