"Faciələrimizdən
dərs çıxaraq
ki, bir də
təkrar yaşamayaq"
31 mart soyqırımı
1918-ci il 31 mart soyqırımından
93 il keçir. Faciə ilə bağlı
"Çünki erməni daşnak faşistləri 1905-1907-ci illərdə açıq şəkildə Azərbaycan türklərinin qətliamına fərman verdilər və XX əsrin, həm də dünyada ən dəhşətli soyqırımını törətdilər. Bu bəşəri cinayətin bədəlini ermənilərə ödədəcək bir kimsə olmadı. Belə ki, Qafqaz Ordusunun Sovet Rusiyası tərəfindən buraxılması bu ordunun tərkibində döyüşən 250 minlik erməni silahlısının geri dönmələrinə, mühafizəsiz və köməksiz qalmış, heç bir siyasi qurumu olmayan, əliyalın Azərbaycan türklərinə silah çevirmələrinə meydan açdı. Quduzlaşmış erməni silahlıları Azərbaycanın həm Güneyinə, həm də Quzeyinə hücum çəkdilər. Bütöv Azərbaycan al-qana boyandı. Azərbaycan soyqırımı öz kulminasiya nöqtəsinə Bakıda çatdı. Adamcıl, türk qanı içməyə hazır olan bir məxluqatın, bolşevik cildinə bürünmüş daşnak başkəsəni S.S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilməsilə erməni daşnak faşistlərinin Bakıda insanlığa yaraşmayan bir qətliam törədilməsinin əsasını qoydu. Belə ki, təkcə 31 martda 13-15 min, 7 gün ərzində isə 30 min mülki azərbaycanlı qətlə yetirildi. Ermənilər bu hərəkəti bilərəkdən şüurlu şəkildə ediblər. Daşnaklar körpələrin başını kəsib analarına qanlarını içirir, 2 yaşlı uşaq və 22-23 yaşlı çılpaq qadın divara mismarlanır, uşaqların kürəyinə sancılmış payacıqlar torpağa sancılır, qadın-qızlar zorlanır, hamilə qadınların qarnı yarılaraq süngüyə keçirilir, qadın meyitlərinin əksəriyyəti çılpaqdır və döşləri kəsilibdi, bələkdəki südəmər meyitinin əl-ayağını sahibsiz itlər didişdirir, qundaqda diri-diri isti su qızmar piltə üstündə qoyulan cocuq yanıb kömür olub. Xalqımıza verilən bu işgəncələrin sayını çox uzatmaq olar. Heç bir xalq bu cür işgəncələrlə, faciələrlə üzləşməyib. Onu da ermənilər xalqımızın başına açıblar. Mart soyqırımı, Xocalı soyqırımı, 20 Yanvar Bakı qırğınının bir daha təkrarlanmaması üçün erməni faşistlərinə qarşı amansız olmalı və düşmənə qarşı birgə mübarizə aparmalıyıq".
Kollecin tərbiyə
işləri üzrə
direktor müavini Könül Hüseynova tələbələrə ermənilərin
kimliyini, onların mənfur bir düşmən olduğunu
söylədi və erməni vandalizminin iç üzünü onlara açıqladı:
"Erməniləri hər
bir gəncimiz tanımalıdır ki, bir daha soyqırım
və Xocalı hadisəsi təkrarlanmasın.
Və gələcək üçün
bu gənc nəslin hər biri öz ailəsində,
dərs dediyi məktəblərdə azərbaycanlılığı
qorumaqla ermənilərin
necə bir mənfur və əxlaqsız düşmən
olduğunu yetişən
nəsilə tanıtmalıdır.
Bu işdə heç kəs yaxasını kənara çəkməməlidir".
Yekun sözü
kollecin direktoru Rəsul İsmayılov söyləyib: "Hər
birimiz ermənilərin
keçən əsrdən
bəri xalqımızın
başına açdıqları
bu müsibətləri
öyrənməli və
unutmamalıyıq. Onun təbliğatını
hər yerdə aparmalıyıq. Bütün dünya
xalqlarına, dünya
ictimaiyyətinə yetərincə
çatdırmalıyıq. Bu istiqamətdə dövlətimiz və siyasətçilərimiz uğurlu
təbliğatlar aparır.
İnanırıq ki, möhtərəm
prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu
xarici və daxili siyasəti nəticəsində torpaqlarımız
tezliklə düşmən
tapdağından azad ediləcək və inşallah qələbə
bayramlarımızı doğma
Şuşamızda, Xankəndində
keçirəcəyik".
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 1 aprel.- S. 8.