31 mart soyqırımı İstiqlal
muzeyində anıldı
Düz 93 il əvvəl Azərbaycanda baş vermiş 31 mart soyqırımı müxtəlif
qurumlar tərəfindən
anıldı. İctimaiyyətin müxtəlif nümayəndələri bu
faciəyə münasibət
bildirdi. İstiqlal Muzeyində
keçirilən konfrans
da məhz 31 mart soyqırımının qurbanlarının
xatirəsinə həsr
olundu. Konfransda Azərbaycan İstiqlal
muzeyinin direktoru F.Şəmsi çıxış
edərək 31 mart soyqırım
günü həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini konfrans iştirakçılarından xahiş
etdi. Daha sonra xalqımızın
başına gətirilən
o müsibətdən geniş
və ətraflı söhbət açan F.Şəmsi tarixi faktlara əsaslanan dəlillərlə çıxışına
davam etdi. O bildirdi ki, bu
faciə nəinki xalqımıza, həmçinin
bizim soykökümüzə
vurulan ən ağır zərbədir:
"Biz çox istərdik
ki, 31 mart, 26 fevral və bu kimi
faciələri törədənlər
heç vaxt cəzasız qalmasın. Onlar cəzasız qaldıqca, bizim dərdimiz bir qədər də ağırlaşır
və dərinləşir.
31 mart yaddan çıxacaq,
unudulacaq bir faciə deyil, hər zaman xatırlaya biləcəyimiz,
bir an, bir dəqiqə belə unuda bilməyəcəyimiz
soyqırımdır. Xüsusilə qeyd etmək
istəyirəm ki, o faciədə bizim xalqın soykökü tamamilə kəsilə bilərdi. Çünki bu soyqırımı məhz
o məqsədlə törədilib.
Lakin dözümlü olan xalqımız bu sınaqdan da çıxdı. Əgər günahkarlar
öz cəzasını
almazlarsa, bundan da ağır faciələr nəinki bizi, bütün dünya xalqlarını gözləyər və bunu törədənlər
də öz çirkin əməllərini
davam etdirə bilərlər."
Konfransda Prezident
yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti, tarix kafedrasının müdiri
Firdovsiyyə Əhmədova, Azərbaycan Milli Elmlər
Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi
işçisi Solmaz Rüstəmova-Tohidi,
Bakı Dövlət Universitetinin mənbəşünaslıq-tarixşünaslıq
metodikası kafedrasının müdiri Anar İsgəndərli,
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi
kafedrasının professoru, tarix elmləri doktoru, Əməkdar
elm xadimi Süleyman Əliyarlı və başqaları
çıxış ediblər.
Tədbirdə Prezident
Qvardiyasının əsgərləri, Ali Hərbi Dənizçilik
məktəbinin kursantları, Heydər Əliyev adına Hərbi
məktəbin kursantları, Bakı Dövlət
Universitetinin, Bakı Turizm İnstitutunun, Bakı Slavyan
Universitetinin tələbələri və digər qonaqlar
iştirak ediblər. 31 mart soyqırımına həsr
edilmiş sənədli film nümayiş olunub. Konfransdan sonra
Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Azərbaycan
Dövlət Polis Akademiyasında Mart soyqırımında həlak
olanların əziz xatirəsinə həsr olunmuş
mühazirələrlə çıxışlar ediblər.
Pərvin İsmayılova
Həftə içi.- 2011.- 1 aprel.- S. 8.