Rusiya münaqişənin
həllində istiqamətləndirici
rol oynaya bilər
"Azərbaycan və
Rusiya arasındakı münasibətlərin mövcud səviyyəsi
diplomatik prosedur çərçivəsindən çox kənara
çıxıb. Bu münasibətlər iki ölkə əhalisinin
geniş təbəqələrinin köklü maraqları ilə
əhatələnib" - bu fikirləri İTAR-TASS-a
açıqlamasında Polad Bülbüloğlu səsləndirib.
İki ölkə arasında
diplomatik əlaqələrin qurulmasının 19-cu
ildönümü ilə bağlı səfir
vurğulayıb ki, məhz bu əsas duruma görə
keçən illər ərzində ikitərəfli
münasibətlərin həqiqətən mehriban qonşuluq
ruhunda olması nailiyyəti qazanılıb. Səfirin qənaətincə,
konstruktiv dialoq və qarşılıqlı anlayış,
etimad mühitinin formalaşmasında 2010-cu ilin sentyabrında
Bakıda iki ölkənin prezidentləri
tərəfindən sərhədlərin müəyyənləşdirilməsinə
dair tarixi əhəmiyyət daşıyan sazişin
imzalanması da mühüm rol oynayıb: "Lakin dövlətlər
və cəmiyyətlər arasında münasibətlər tək
siyasi və iqtisadi maraqlarla ölçülmür. Burada bilavasitə milyonlarla insanın taleyinə toxunan humanitar ölçülər də
var. Azərbaycanda nəsillər
ötdükcə yaşayan
yüz minlərlə
rus buranı öz vətənləri sayırlar.
100 minlərlə azərbaycanlı
isə Rusiyada yaşayır. Bu bizim
münasibətləri möhkəmləndirən
ümumi sərvətimizdir".
Diplomat onu da bildirib ki, iki
ölkə arasındakı
münasibətlərin zəngin
potensialından tam yararlanmaq
Dağlıq Qarabağ
münaqişəsinin həlli
və onun ağır nəticələri
aradan qaldırılmadan mümkün
deyil. Onun sözlərinə görə, Rusiya Minsk Qrupunun həmsədri və son illərdə daha fəal mövqe nümayiş etdirən tərəf kimi münaqişənin həllində müəyyən
rol oynaya bilər. Bununla bağlı səfir diqqəti Rusiya prezidenti Dmitrii Medvedyevin Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli
görüşlərinin təşkili
təşəbbüsünə yönəldib: "Hazırda
çox böyük təhlükə mənbəyi
olan bu münaqişənin
sülh yoluyla həllinə ümidlər məhz
bu proseslə bağlıdır".
Azad
Həftə içi.- 2011.- 6 aprel.- S. 3.