"Haqqımda
erməni KİV-də yazılanlar ağ yalandır"
Tənzilə Rüstəmxanlı: "Ermənilər bizə yazdılar ki, konfrans öz torpağınızda - Qarabağda
keçiriləcək, gəlin
iştirak edin"
Bu il mayın 5-də
Dağlıq Qarabağda
"Sülh üçün
qadınlar" proqramı
çərçivəsində beynəlxalq konfransın keçiriləcəyi gözlənilir.
Azəri - Türk Qadınlar Birliyinin sədri Tənzilə
Rüstəmxanlı da proqramın üzvü olduğu
üçün həmin tədbirə dəvət edilib. Məsələ
ondadır ki, T.Rüstəmxanlı sözügedən
konfransa qatılmayacağı barədə qəti
sözünü desə də, Ermənistan mətbu
orqanları indiyədək bu məsələnin müzakirəsini
davam etdirirlər. Son günlərdə isə onlar belə xəbər
uydurublar ki, guya T.Rüstəmxanlı konfransa qatılmaq istəyir,
amma Azərbaycan hökuməti ona icazə vermir. Ona görə
də problemin nədən qaynaqlandığını,
ümumiyyətlə, nəyin baş verdiyini öyrənmək
üçün T.Rüstəmxanlının özü ilə
söhbətləşdik.
- Belçika senatoru
Dominik Tilmansı
2009-cu il martın
29-da Azərbaycana dəvət
etmişdim. Xocalı soyqırımı ilə
bağlı məlumat
verdim, 31 mart qətliamı
barədə onu tarixi faktlarla məlumatlandırdım. Hətta
belçikalı senatoru
Qubaya apararaq kütləvi məzarlıqla
da
- Azərbaycan
diplomatlarından da kimsə vardı orada?
- Belçikadakı səfirimiz
ordaydı, çıxış
da etdi və
onun söylədikləri
Ermənistan səfirində
çox böyük narahatlıq yaratmışdı.
Bilirsiniz, onlar günahkardırlar və ona görə də istənilən beynəlxalq tədbirdə
bizimlə üz-üzə
gəlmək istəmirlər.
Çünki hər dəfə belə diskussiyalarda uduzurlar, axı yalanlarını isbatlaya bilmirlər. Amma təəssüf ki, onların yalanlarına beynəlxalq qurumlar hər zaman qulaq asıblar.
- Bəs
Tbilisidə keçirilən
görüş nə
ilə bağlı idi?
- Brüssel toplantısında
belə qərara gəlindi ki, "Qadınlar sülh uğrunda" proqramının
10 illiyi ilə bağlı Tbilisidə təntənəli konfrans
keçirilsin. Mən
də getmişdim, amma Ermənistan nümayəndəsi Gürcüstana
gəlmədi. Rima Arakelyanı Ermənistan hökuməti Tbilisiyə
buraxmadı. Ona görə də həmin tədbirə Robina Ter-Metrosyan adlı bir erməni
qadını dəvət
etdik. Orada Gürcüstan və Azərbaycan mətbuatı
nümayəndələrinin gözləri qarşısında
ölkəmizin haqlı
mövqeyini bacardığım
qədər yüksək
səviyyədə qorumağa
çalışdım. Məhz
bu tədbirdə məsələ qoyuldu ki, növbəti konfrans Bakıda keçirilsin, yoxsa İrəvanda. Mən israrla təkid etdim ki, Azərbaycanda
keçirilsin və əlbəttə, qərar
qəbul olundu. Amma bütün təminatlar verildiyi halda ermənilər Bakıya da gəlmədilər. Onda mən senator Dominik Dilmansa dedim ki, görürsünüz,
dəfələrlə çağırdınız,
amma ermənilər yenə gəlmədilər.
Əgər haqlıdırlarsa,
niyə çağırışınızı
eşidib, tədbirə
qatılmadılar? Niyə
görə beynəlxalq
səviyyəli tədbirlərdə
iştirakdan yayınırlar?
Elə isə nə vaxtadək ərköyün uşaqlar
kimi onların başını sığallayacaqsınız?
Bu sözləri konfransın
gedişatında, həm
də ikilikdə xanım Dilmansa demişəm.
- Eşitdiyimə
görə, onlar Bakıya gəlmədikləri
üçün siz də İrəvana getməkdən imtina etmisiniz
- Bəli, qərar
verdilər ki, növbəti konfrans İrəvanda keçiriləcək.
Mən də dedim ki, artıq
belə görüşlərin
nəticəsinə ümidim
yoxdur, ona görə də bu kimi görüşlərin
keçirilməsinə ehtiyac
duymuram. Axı həqiqət göz qabağındadır, onlar
Azərbaycan torpaqlarını
işğal ediblər,
insanları qırıblar,
əsir götürüblər,
saysız-hesabsız qaçqınlarımız
var və sair. Üstəlik də çözüm yollarını aramaq istədikdə, sayıb tədbirlərə, görüşlərə
də gəlmirlər.
- Bir halda ki, növbəti
konfrans İrəvanda
keçirilməliydi, bəs
necə oldu ki, sonradan məkan
kimi Qarabağ ərazisi seçildi? Həm də separatçı bir rejim kimi tanınır
ora.
- Amma görün
ermənilər nə
deyir. Bizə məktub yazırdılar ki, konfrans Qarabağda
keçiriləcək, hansı
ki, siz oranı
Azərbaycanın ərazisi
hesab edirsiniz. Üstəlik, bizə minnət də qoyurdular ki, öz torpağımızda
keçiriləcək tədbirə
qatılaq. Onda mən də onlara cavab verdim
ki, əgər konfrans Qarabağda keçirilirsə, Ermənistan
nümayəndələri olaraq
gəlin Bakıya və buradan gedin Xankəndinə, görək belə bir imkanınız olacaqmı. Bilirsiniz, ümumiyyətlə, bu konfranslardan nəticə gözləmirəm, ermənilərin,
digər avropalı qonaqların səmimiyyətinə
inanmıram.
- Erməni
saytları yazır ki, guya sizin
bu konfransa getməyinizə hökumət
imkan vermir.
- Ağ yalandır!
Mən öz mövqeyimi rəsmi formada açıqlamışam
və əlbəttə,
qərarı da özüm şəxsən
vermişəm. Həm
də bu məsələdə qərar
verərkən heç
bir rəsmi orqandan hər hansı münasibət
hiss etməmişəm. Əgər
doğrudan da bu məsələdə hökumət narazı olsaydı, mənə Brüsseldə, Tbilisidə
keçirilmiş konfranslara
getməyə də icazə verməzdi. Üstəlik, razı olmazdı ki, Bakıda təşkil olunmuş konfransa erməniləri dəvət
edim. Əvvəla, mənim rəhbərlik etdiyim qurum tam müstəqil təşkilatdır.
Sonra da ki, hökumət deməsə belə, heç vaxt millətimin və dövlətimin maraqlarını
şübhə altına
salmaram. Məni gördüyüm işlərdən
və tutduğum mövqedən dolayısı
hamı yaxşı tanıyır, həmişə
milli maraqlar uğrunda mübarizə aparmışam.
- Siz Azərbaycanda çox işgüzar xanım kimi tanınırsınız.
Belə olduğu təqdirdə mümkündürmü
ki, erməni qadınlarla hansısa bitərəf ölkədə
görüşlər təşkil
edəsiniz və onların vasitəsilə
Ermənistan ictimaiyyətinin
radikallıqdan müsbətə
doğru dəyişməsində
rol oynayasınız?
- Dəfələrlə bir araya gəldiyimiz
Gürcüstan da bitərəf ölkədir.
Bilirsiniz, şəxsən
mən belə görüşlərdə bir
məna görmürəm.
Bayaq haqqında danışdığım Rima
Arakelyan ki var, hədsiz təcavüzkar mövqedədir.
Ağızlarını açıb
nə isə deyəndə, elə qorxurdular ki. Hətta Arakelyan deyirdi ki, sərbəst
mövqe ortaya qoysa, ölkəsinə qayıda bilməz. Ermənilər mövqelərini
dəyişməyəcək. Bunun da səbəbi
məlumdur: Xocalı soyqırımı törədən,
Qarabağın işğal
olunmasında Ermənistanı
ruhlandıran, 9 yaşlı
azərbaycanlı körpəni
snayperlə vurduran Serj Sarkisyan belədirsə, onun sıravi rəiyyəti də o cür olmalıdır. Doğrudur,
Qarabağ erməniləri
Azərbaycan vətəndaşlarıdır
və həmişə
də onlarla bir yerdə yaşamalıyıq. Yeri gəlmişkən, mən
Bakı konfransında
da dedim ki, Azərbaycanda 30 min erməni yaşayır və onların əksəriyyəti də
qadındır. Sual verdim ki, indiyədək
Bakıda bir erməni ilə pis rəftar edildiyini eşidiblərmi.
Sadəcə, ermənilər
həmişə öz
işğalçı, qatil
üzlərini gizlətmək
üçün bu kimi cəfəngiyyatlar uydurmaqla ictimai fikri çaşdırmağa
çalışırlar.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 2-4
aprel.- S. 1, 6.