Mart qırğınları
ekranlaşdırılıb
1918-ci ilin baharı. "Mart hadisələri,
yaxud qara oyunlar" filmi. Türk millətinə, bu etnik kimliyə aid olması nədənindən
qətlə yetirilmiş
talesiz körpələrə,
parçalanmış ana
ürəklərinə, ağsaqqallarının
göz yaşına və ... hələ "sevirəm" deməyə
macal tapmamış yeniyetmələrin məsum
simalarına, həmçinin
əksikliklər içində
mərd, millətinə
və yurduna sahiblik hissindən vaz keçməyi bacarmayan - cismanı yoxluqlarına rəğmən
heç vaxt ölməyəcək qəhrəman
şəhidlərə.
Yurd və Millət tarixini unutmağa qoymayanların narahat ruhuna ithaf olunmuş üç hissəli bədii-sənədli ekran
əsəri. Üslub etibarilə film-araşdırma
prinsipində çəkilmiş
bu tarixi filmdə hadisələr xroniki ardıcıllıqla
verilib. Həmçinin, məlum faciəyə
qədərki və sonrakı tarixi hadisələri özündə
ehtiva edəcək bir dövrü, eləcə də qanlı olayların başvermə səbəbləri
təhlil olunacaq bu filmdə.
1918-ci il olaylarının
baş verməsinə
əsas zəmin nə idi? Bu
qırğın gözlənilirdimi?
Əgər gözlənilirdisə, bu qətliamın qarşısının alınmasına
cəhd edildimi?!
Mövcud
tarixdə Müsavat Partiyası nələrə
nail olmuşdu? 1921-ci ilə qədərki təhqiqat və ya araşdırmaların aparılmamasının səbəbləri
nələrdir? Türk qanını
tökmək üçün
niyə məhz, mart ayı - bahar bayramı, Novruz günləri seçilmişdi?!
"Milli qırğın"
planının həyata
keşirilməsi üçün
hansı məqsədlə
Azərbaycanın ən
beynəlmiləl və
neft şəhəri
BAKI seçilmişdi?! Müvəqqəti hökumət Rusiyada
və öz ətrafında topladığı
xalqlarla hansı tapşırığı yerinə
yetirirdi?! Təzkib edilməsi
mümkünsüz olan
bu qanlı olayları uydurma hesab edən güclərin maraqları
nədir?!... və digər suallara cavab axtarmaqla hadisələrin müqayisəsi aparılacaq.
"Mart hadisələri, yaxud qara oyunlar"
filmi geniş tamaşaçı auditoriyasına
ilk dəfə 31 mart tarixi
- Azərbaycanlıların soyqırımı günündə
çıxdı. Burdan da
göründüyü kimi
filmin nümayiş tarixi təsadüfi seçilməmişdi. Beynəlxalq Muğam
Mərkəzində göstərilən
film daha çox tarixi-sənədli film formatına
müvafiqdir. Ekran əsərinin
müəllifi Mehriban
Ələkbərzadənin sözlərinə görə,
bu film keçmişimizə,
tariximizə bir baxışdır. "Müxtəlif arxivlərdə
saxlanılan materiallar,
hərbi və gizli qərarların əlyazması, proseslərin alt qatını sübut edəcək faktlar məhz
"Mart hadisələri, yaxud
qara oyunlar"da açıqlanıb. Tarixdə SOYQIRIM olaraq yadda qalan
bu məşhur olayların obyektiv araşdırmasının əslində
dünya politoloqları
tərəfindən aparılması
doğru olardı, ancaq Qərbin
tərəddüdlə baxdığı,
həqiqətdə isə
sübuta ehtiyacın qalmadığı vəhşiliyə
inamsız nəzərlərini
görürük. Bu
film, hadisələrin siyasi
və tarixi qiymətini vermək mütləqliyindən doğan
bir araşdırmadır.
Yalnız sənədli film kimi deyil, həm
də müasir araşdırma üslubuna
aid canlandırma metodu
ilə də "sənədli-bədii tarixi
film" ərsəyə gətirmək məqsədimizdi".
Filmdə tarixçilər, ziyalılar,
elm adamları tarixi reallıqla yanaşı və müqayisəli halda, öz versiyalarını, yozum və sübutlarını
da irəli sürurlər. Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov,
Əlimərdan bəy
Topçubaşov, Fətəli
xan Xoyski, Stepan Şaumyan və digər tarixi şəxsiyyətlər,
tarixi hadisələr bədii dialoqlarda canlandırılıb. Qeyd
edək ki, "Mart hadisələri, yaxud qara oyunlar" filminin çəkilişləri
C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının
pavliyonunda, İsmailiyyənin
binasında, Bakının
Dağlı məhəlləsində,
Nəriman Nərimanovun
ev muzeyində, İçərişəhərdə, Bayıl gəmi limanında, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutunda, habelə
Azərbaycan, Türkiyə
və Rusiya arxivlərində baş tutub.
Ssenari müəllifi Nadir Bədəlov,
rejissoru Mehriban Ələkbərzadə, redaktoru
Sevda Babayeva, quruluşçu operatoru Adil Abbasov, operatoru
Elşən Əliyev,
bəstəkarı Rauf
Əliyevdir. Bədii səhnələrdə rol
almış aktyorlar sırasında Bəxtiyar
Şərifov, İntiqam
Soltan, Sara Vəzirova,
Abbas Qəhrəmanov,
Anar Heybətov, Kazım Abdullayev, Zemfira Sadıqova, Ayşad Məmmədov və başqaları var. Qeyd edək ki, "Mart hadisələri,
yaxud qara oyunlar" filmi "Salnamə" sənədli
filmlər studiyasında
dövlət sifarişi
əsasında çəkilib.
Sevda Babayeva
Həftə içi.- 2011.- 2-4
aprel.- S. 15.