BMT-nin bir qətnaməsi 2 gündən sonra icra olundu

 

Amma Dağlıq Qarabağa dair 4 qətnamə isə 19 ildir nəticəsiz qalır

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarla Qərb dövlətləri Liviyaya hərbi müdaxiləyə başladı. Amma adıçəkilən qurumun Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr hələ nəticəsiz olaraq qalır. Bəzi ekspertlər hesab edirdilər ki, BMT nüfuzsuz qurum olduğuna görə qətnamələr icra olunmur. Amma Liviyaya müdaxilə göstərdi ki, ikili standartlar olmasaydı bu qətnamələr kağız üzərində qalmazdı. Azərbaycan indiki halda hansı addımları ata bilər? BMT qarşısında məsələ qaldıra, danışıqlar prosesi BMT müstəvisinə keçirilə bilərmi? Fikirlərini öyrəndiyimiz politoloqlar bu məsələdə fərqli düşünürlər.

 

Politoloq Qabil Hüseynli: "Türkiyənin vasitəsilə bu məsələni gündəmə gətirmək olar"

 

- Düzdür, Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz onun nəticəsində günahsız insanların qırılması faktından xeyli vaxt keçir. Amma zənnimcə Azərbaycan bu məsələləri yenidən gündəmə gətirə bilər. Çünki BMT-nin Təhlükəsizlik Şurasının 4, Baş Məclisin isə 1 qətnaməsi var. 4 qətnamə əsasən Azərbaycana qarşı təcavüz orada törədilən qırğınlardan, insan fəlakətlərindən bəhs edir. Bu nöqteyi-nəzərdən məncə, Azərbaycan BMT- məsələnin qaldırılmasına nail olmalıdır. Torpaqların işğalı necə baş verib, işğal nəticəsində vətəndaşlarımıza, onun maddi mənəvi əmlakına, eləcə ölkənin milli mədəniyyətinə, ekologiya, fauna florasına hansı zərərlər toxunub, bütün bu məsələlər Təhlükəsizlik Şurasında mütləq qaldırılmalıdır. TŞ-da da Türkiyə var. Türkiyənin vasitəsilə bu məsələni gündəmə gətirmək olar. Qətnamə hazırlayıb, həmin hadisələrin təsvirini verib bütövlükdə BMT-nin qətnaməsi şəklinə salmaq mümkündür. Ümumiyyətlə ərəb ölkələrində baş verən hadisələri BMT- misal kimi göstərmək olar. Yeri gələndə BMT-nin sanksiyası, qərarı ilə böyük dövlətlərin güc strukturları ölkədaxili proseslərə ya iki ölkə arasındakı münasibətlərə cəlb olunur. Bununla da humanitar fəlakətin, kütləvi qırğının, insanlara qarşı cinayətlərin qarşısı alınmağa çalışılır. Hər halda indiki halda BMT-nin qərarında bundan söhbət gedir. Azərbaycanın başına gələnlər məhz həmin hadisələrlə demək olar ki, oxşardır. Qonşu dövlət Azərbaycana təcavüz edib güclü dövlətin köməyindən istifadə edərək əraziləri işğal edir, yağmalayır, 1 milyon insanı didərgin salır, 30 mindən artıq insanı qırır, 5 min insanı girov götürür sair. Bunların hamısını beynəlxalq hüquq normalarına uyğun şəklinə salıb BMT qarşısında məsələ qaldırmaq olar.

 

Politoloq Vaqif Arzumanlı: "Məsələni TŞ -da qaldırmalı konkret həllini tələb etməliyik"

 

1992-93-cü illərdə BMT- Azərbaycanla bağlı bir-birinin ardınca 4 qətnamənin qəbul olunması mühüm hadisə idi. O vaxt BMT 192 üzvü 822, 853, 874 884 saylı qətnamələr qəbul etdi. 822 saylı qətnamə işğal olunmuş ərazilərin boşaldılması tələb olunurdusa, sonuncu qətnamədə Ermənistanın işğalçı qoşunlarının Kəlbəcər rayonundan çıxarılması ilə bağlı qəti göstəriş vardı. Burada Kəlbəcərin ayrı ayrı bölgələrindən erməni qoşunlarının boşaldılmasının qrafiki tərtib olunmuşdu. Amma təəssüf ki, Gəncədə baş verən 4 iyun qiyamı həmin ayın 12-də reallaşacaq bu məsələnin qarşısını kəsdi. Sonralar isə problemin ATƏT müstəvisinə keçirilməsi fürsəti əldən verdi. Əgər biz istəyiriksə ki, bu məsələ BMT səviyyəsində daha konkret ciddi şəkildə həll olunsun, onda ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ATƏT-in Minsk qrupundan alınıb BMT- verilməsinə nail olmalıyıq. Bundan başqa mütləq məsələni BMT-nin Təhlükəsizlik Şurasında qaldırmalı məsələnin konkret həllini tələb etməliyik. BMT-nin məhəlli münaqişələrin həlli məsələsində silah güc mexanizmi var. Bunun üçün Azərbaycan BMT-nin 5 daimi üzvünün razılığını əldə etməlidir. BMT-nin Qarabağ məsələsi ilə bağlı konkret addım atması Azərbaycan tərəfinin bu məsələyə intensiv, daha konkret, dəqiq yanaşmasıyla, Minsk qurupunun fəaliyyətindən imtina etməsi ilə bağlıdır.

 

Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirov: "Qarabağ probleminin BMT müstəvisində həllinə inanmaq sadəlövhlükdür"

 

- Bu il martın 17-də BMT Təhlükəsizlik Şurasında Liviya ilə 1973 saylı qətnamə qəbul edildi. Bundan 2 gün sonra artıq Liviyanın bombalanmasına başlanıldı. Biz təsəvvür edirdik ki, BMT-nin işlək mexanizmi yoxdur, onların sənədləri havada qalır. Amma son hadisələr onu göstərdi ki, lazım gəldikdə onlar konkret işlək mexanizmə malikdirlər. Ən təəccüblüsü ondan ibarətdir ki, bu qərarda 2 dövlət öndə gedirdi - Birləşmiş Ştatlar Fransa. Amma onların ikisi ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar həmişə Qarabağ münaqişəsinin dinc yolla həllindən bəhs edirdilər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi heç yadlarına da düşmür. Bu qənaətə gəlmək olar ki, təşkilatların bu ya digər formada fəaliyyətləri həmin qurumda əsas söz sahibi olan dövlətlərin maraqları ilə bağlıdır. Əgər ABŞ, Fransa Rusiya həqiqətən Qarabağ probleminin həllində maraqlı olsalar, BMT-nin 4 qətnaməsi qısa zamanda işlək vəziyyətə gətirilər, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilə bilər. Əgər bu baş verməsə ABŞ, Fransa, Rusiya digərləri bunu istəməyəcəklər. Bəziləri hesab edirlər ki, Liviya hadisələrindən sonra Qarabağ problemini BMT müstəvisinə çıxaraq. Mənə elə gəlir ki, belə yanaşma sadəlövhlükdür. Çünki BMT özü-özlüyündə heç nəyi həll etmir. Orada təmsil olunan böyük dövlətlərin maraqlarına uyğun gələrsə müəyyən addımlar atılır. Danışıqlar BMT müstəvisinə keçirilsə heç bir nəticə əldə olunmayacaq. Yeganə çıxış yolu Ermənistandan bir neçə dəfə deyil, 10, 50 dəfə üstün olmağımızdır. O qədər güclənməliyik ki, böyük dövlətlər əmin olmalıdırlar ki, nəhəng iqtisadi, hərbi potensialı olan Azərbaycan mütləq müharibəyə başlayacaq. Belə olduqda onlar Ermənistanı mütləq sülhə məcbur edəcəklər. İnkişafın zirvəsinə çatmaq lazımdır ki, dünya bizimlə hesablaşsın.

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 1 aprel.- S. 1-2.