ABŞ Müdafiə
Nazirliyi üçün
laboratoriya istifadəyə
verib
Aprelin
12-də ABŞ-ın Azərbaycandakı
səfiri Metyu Brayza, ABŞ-ın Təhlükənin Azaldılması
üzrə Müdafiə
Agentliyinin rəhbəri
Ken Mayers və Azərbaycan hökumət
rəsmiləri Müdafiə
Nazirliyi üçün
Bakıda xəstəliklərin
monitorinqinin aparılması
üçün yüksək
müasir standartlara cavab verən laboratoriyanın açılış
mərasimində iştirak
ediblər. Bu obyektin tikintisi ABŞ Müdafiə Departamentinin
Bioloji Birgə İştirak Proqramının
(BBİP) ikitərəfli əməkdaşlıq
çərçivəsində ABŞ hökuməti tərəfindən
maliyyələşdirilib. Birləşmiş Ştatların
Azərbaycandakı səfirliyindən
Mehdi Hüseynquliyevin
"Həftə içi"nə
verdiyi məlumata görə, M.Brayza laboratoriyanın açılışını
alqışlayaraq onu
ABŞ - Azərbaycan əməkdaşlığının
genişləndirilməsinin rəmzi adlandırıb:
"Yoluxucu xəstəliklərin
yayılmasının qarşısını
almaq üçün
Amerika və Azərbaycanlı yüksək
vəzifəli dövlət
rəsmiləri və
ekspertlər birgə işləyərək Azərbaycanın
imkanlarını daha da gücləndirirlər.
Biz gələcəkdə də bu sahədə
əməkdaşlığımızı
gücləndirmək niyyətindəyik.
Birləşmiş Ştatlar Azərbaycanda səhiyyənin gücləndirilməsi
sahəsində Azərbaycanlı
tərəfdaşlarına dəstək göstərməyə
hazırdır". ABŞ - Azərbaycan
əməkdaşlığının nəticəsi olaraq, Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Mudafiə nazirlikləri üçün
Azərbaycanın müxtəlif
yerlərində 10 Epidemioloji
Monitorinq Stansiyası tikilib. Müdafiə Nazirliyinin Epidemioloji
Monitorinq Stansiyasının
tikintisinə 1 milyon dollardan çox vəsait sərf olunub. BBİP laboratoriyalar Azərbaycanda
tam şəkildə fəaliyyətə
başlayandan sonra qısa müddətdə
xəstəliklərlə bağlı
məlumatları yerli
və ümumrespublika
laboratoriyalarına çatdıracaq.
Ölkə, bölgə
və rayon səviyyəsində
xəstəliklərə nəzarət
və diaqnostika imkanlarının gücləndirilməsi
məqsədilə ABŞ Müdafiə
Departamenti proqramı çərçivəsində Birləşmiş Ştatlar
Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Rusiya, Özbəkistan və Ukrayna hökuməti ilə tərəfdaşlıq edir. Xəstəliklərin monitorinq və hesabatının gücləndirilməsi,
xəstəliklərin qarşısının
alınması, potensial
olaraq yerli əhali və kənd təsərrüfatına
zərər gətirə
bilən xəstəliklərin
yayılması təhlükəsi
barədə həyəcan
siqnalının tez çatdırılmasına əmin
olması barədə
bu və başqa milli şəbəkələr tərəfdaşların
sistemləri ilə bağlantı yaradacaqlar.
Vüsal
Həftə içi.- 2011.- 13
aprel.- S. 3.