Məcburi Köçkün Uşaq
Komitəsi yaranıb
Azərbaycan
Gənc Hüquqşünaslar Birliyi (AGHB) Danimarka
Qaçqınlar Şurası (DQŞ) və Həyat Humanitar
Təşkilatı ilə birgə həyata keçirdiyi və
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
"Qayıdış və yenidən məskunlaşdırma
zamanı uşaqların iştirakı" layihəsi çərçivəsində
cari ilin 5-8 Aprel tarixlərində Yevlax, Ağdam, Ağcabədi
və Goranboy rayonlarında məskunlaşmış 7 məcburi
köçkün icmasında Məcburi Köçkün
Uşaq Komitələrinin (bundan sonra - Komitə)
yaradılması məqsədilə məcburi
köçkün uşaqların təhsil aldığı
orta məktəblərdə uşaqların iştirakı ilə
seçkilər keçirilib. Bu görüşlərdə
DQŞ və Həyat təşkilatlarının nümayəndələri
də iştirak ediblər. Seçkilər zamanı hər
bir icmada 10 nəfər
uşaq tam hüquqlu, 4 nəfər assosiativ hüquqlu uşaq
Komitəyə üzv olub. Bundan başqa hər bir komitədə
müşahidəçi statuslu 1 nəfər valideyn və 1
nəfər müəllim də seçilib. Məlumat
üçün deyək ki, indiyədək
aşağıdakı icmalarda bu cür Komitələr
yaradılıb:
Ağcabədi
rayonu, Taxta körpü;
Ağcabədi
rayonu, Düşərgə kəndi;
Ağcabədi
rayonu, Danbulaq kəndi;
Yevlax
rayonu, Kəlbəcər 30 saylı tam orta məktəb;
Yevlax rayonu, Ağdam 23 saylı tam orta məktəb;
Ağdam
rayonu, Quzanlı qəsəbəsi, 18 saylı tam orta məktəb;
Goranboy
rayonu, Xocalı 1 saylı tam orta məktəb.
Yaradılmış
Komitələrin əsas məqsədi qayıdış və
yenidən məskunlaşma ilə bağlı məsələlərdə
maraq, niyyət və arzularını həyata keçirmək
üçün məcburi köçkün uşaqlara səlahiyyət
verməkdən ibarətdir. Komitə üzvü olan
uşaqlar yaşadıqları icmalarda uşaqlarla
bağlı hər hansı məsələnin müzakirəsində
iştirak etmək, məktəb, icma, təhsil və asudə
vaxt çərçivəsində olan problemlərin həllinə
dair təklif və tövsiyələr irəli sürmək
hüququna malik olacaqlar.
Cəfər
Həftə içi.- 2011.- 13
aprel.- S. 6.