"İçərişəhər"
qoruğunun ingilis və
rus dillərində saytı açılıb
Qoruğ
İdarəsindən "Həftə içi"nə verilən
məlumata görə, www.icherisheher.gov.az fəaliyyətə
başlayıb: "Yeni sayt turizm ilində İçərişəhərin
populyarlaşdırılmasına yardım göstərəcək. Saytda İçərişəhərdə
baş verən hadisələr, tədbirlər, qoruq ərazisində
yerləşən abidələr, onların tarixi və s.
haqqda ətraflı məlumatlar yerləşdirilib. Burada həmçinin
İçərişəhərdə fəaliyyət göstərən
muzeylər, mehmanxana və restoranlar haqqında da məlumat əldə
etmək mümkündür. Sayta daxil olanlar İçərişəhərin
keçmiş və müasir görüntülərini də
seyr etmək imkanı qazanacaqlar. Belə ki, burada fotoşəkillər,
açıqcalar, videomateriallardan ibarət guşə yer
alıb".
Həftə içi.- 2011.- 13
aprel.- S. 6.