Ombudsman Aparatında görüş keçirilib

 

İnsan Hüquqları üzrə Müvəkkil Aparatında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi Lyudas Kolesinskasla görüş keçirilib. Ombudsman Aparatından "Həftə içi"nə verilən məlumata görə, aparat rəhbəri Aydın Səfixanlı qeyd edib ki, Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan Azərbaycan bir sıra beynəlxalq konvensiyanı, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmiş, ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatı uğurla fəaliyyət göstərməkdədir. Qonaq təmsil etdiyi qurumla Azərbaycan Ombudsman İnstitutu arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu təsisatın Aİ üçün önəmli tərəfdaş olduğunu diqqətə çatdırıb. O, Avropa İttifaqının həyata keçirdiyi "Twinning", "Sigma" və "TAİEX" layihələri barədə məlumat verib. Görüşdə həmçinin Aİ-nin maliyyələşdirdiyi "TAİEX" proqramı çərçivəsində "Ombudsman təsisatının imkanlarının artırılması" mövzusunda keçiriləcək seminarla bağlı müzakirələr aparılıb.

 

 

Həftə içi.- 2011.- 15 aprel.- S. 3.