Hindistanda Nizami Gəncəvi
ili elan
olunub
Azərbaycanın Hindistandakı səfirliyi
bu ili
Hindistanda "Nizami Gəncəvi ili" elan edib. Səfirliyin
yaydığı məlumata
görə, N.Gəncəvi
ili çərçivəsində
Hindistanda bir sıra tədbirin keçirilməsi planlaşdırılır.
Hindistanda böyük şairlə
bağlı tədqiqatlar
istiqamətində səfirliyin
apardığı araşdırmalar
nəticəsində məlum
olub ki, onun əsəri ilk dəfə Kəlküttə
şəhərində çap
edilib və hazırda Hindistanın bir neçə şəhər kitabxanaları
və arxivlərində
müxtəlif əlyazmalar
mövcuddur. Bundan əlavə,
səfirlik aşkar edib ki, Hindistanın
prezident sarayının
mərkəzi zalında
N.Gəncəvinin portreti
də mövcuddur.
Həmçinin zalın tavanına
N.Gəncəvinin əsərlərindən
təsvirlər və
qısa beytlər həkk edilib. Ölkənin bütün yüksək
səviyyəli dövlət
tədbirləri məhz
bu zalda keçirilir və N.Gəncəvinin portreti zalda yeganə olduğuna görə ziyarətçilərin diqqətindən
yayınmır. N.Gəncəvi
ili çərçivəsində
səfirlik elmi konfrans, opera və balet nümayişi, film festivalı, xalça və rəsm sərgisi, muğam konserti keçirəcək.
Nyu Dehli şəhərində
N.Gəncəvi parkının
yaradılması və
orada dahi Azərbaycan şairinin heykəlinin ucaldılması
da planlaşdırılır.
Həftə içi.- 2011.-
15 aprel.- S. 3.