İnhisara qarşı mübarizə güclənəcək
Prezident İlham Əliyev qəti
tapşırıqlar verdi
Prezident
İlham Əliyev 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasda ölkə iqtisadiyyatının uğurla
inkişaf etdiyini, sosial məsələlərin öz həllini
tapdığını qeyd edib. Prezident istehlak qiymətlərinə
nəzarət olunduğunu bildirərək, daim monitorinq
aparıldığını, bundan sonra da bu məsələlərlə
məşğul olunacağını diqqətə
çatdırıb:
"İnhisarçılığa
qarşı mübarizəni daha da gücləndirməliyik. Həm
idxalda, həm də daxili istehsalda inhisarçılığa
qarşı mübarizə daha da güclü
aparılmalıdır. Bəzi hallarda inhisarçılıq
deyəndə daha çox idxalla bağlı olan məsələlər
yada düşür. Ancaq son hadisələr, xüsusilə
Novruz bayramı ərəfəsində müşahidə
olunan mənzərə onu göstərir ki, daxildə istehsal
olunan malların qiymətlərinin süni şəkildə
qaldırılması halları baş vermişdir. Biz dərhal
operativ şəkildə lazımi tədbirləri
gördük. Süni şəkildə artırılan qiymətlərin
tənzimlənməsi üçün lazımi
addımları atdıq. Ancaq həm idxalla, həm də daxili
istehsalla bağlı inhisarçılığa yol verilməməlidir.
Azərbaycanın bazarı demək olar ki, kifayət qədər
məhduddur. Əgər hansısa bir böyük
istehsalçı yaranırsa, biz istəyirik, maraqlıyıq
ki, həm orta və kiçik sahibkarlıq artsın, həm böyük
şirkətlərimiz olsun və onlar da güclənsin,
dövlət tərəfindən verilən dəstək,
siyasi, iqtisadi dəstək artıq böyük şirkətlərin
yaranmasına xidmət göstərir, ancaq, eyni zamanda,
böyük şirkət istər-istəməz
inhisarçıya çevrilir, bəzi hallarda öz
maraqlarının təmin olunması üçün qəbuledilməz
addımlar atır. Belə olan halda
inhisarçılığa qarşı mübarizə həm
idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır
və elə etməliyik ki, xoşagəlməz hallara yol
verilməsin".
Ölkə
başçısı korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin gücləndirilməsinin
müsbət nəticələr verdiyini xususilə
vurğulayıb və bu siyasətin davam etdiriləcəyini
deyib: "Bu, bizim şüurlu seçimimizdir və
görülən tədbirlər xalq tərəfindən
yüksək qiymətləndirilir. Biz burada bir neçə
amili nəzərə almalıyıq. Bu mübarizə
genişmiqyaslı və çoxşaxəli olmalıdır.
Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir,
cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır,
ictimai nəzarət daha da güclü olmalıdır. Mən
həmişə insanlarla təmasda olan zaman müraciət
edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar
versinlər. Azərbaycanda ümumiyyətlə, bütün
sahələrdə ictimai nəzarət daha da güclü
olmalıdır. İslahatların dərinləşməsi
prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin
arasında mühüm əhəmiyyətə malik olan sahədir.
Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət
aradan qaldırılmalıdır. Bütün sahələrdə
şəffaflıq təmin edilməlidir".
"Müsbət nəticələr
özünü göstərməkdədir"
Ölkədə
korrupsiya və rüşvətxorluğa qarşı
aparılan mübarizənin əhalinin sosial müdafiəsinin
daha da güclənməsinə stimul verdiyini, müsbət nəticələrini
ictimaiyyət nümayəndələri də
vurğulayır, görülən işlərin əhalinin
sosial rifahının yaxşılaşdırılmasına
istiqamətləndiyini qeyd edirlər. İqtisadçı,
sabiq millət vəkili Nazim Məmmədovun sözlərinə
görə, rüşvətxorluqla mübarizə qısa
zamana sığan və nəticələrini tez göstərən
bir proses olmasa da, müsbət nəticələr
özünü göstərməkdədir: "Bu
baxımdan, başlanğıcı müsbət qiymətləndirirəm
və hesab edirəm ki, ölkə
başçısının gözlədiyi də müsbət
nəticələrin davamlı olmasıdır. Hamı cənab
prezidentin fəaliyyətini, insanlara münasibətini
görür və cəmiyyət aidiyyəti qurumların rəhbərlərindən
də bu münasibəti görmək istəyir. Ölkə
başçısı çıxışlarında bəyan
edir ki, hər kəs inhisarçılıq, korrupsiya və
rüşvətxorluqla mübarizə aparmalıdır. Aidiyyəti
qurumların da üzərinə düşən vəzifə
prezidentin tapşırıqlarını yerinə yetirmək,
ictimaiyyətlə sıx münasibətdə olmaqdır. Xalqı
qaneedəcək addımlar atılmalıdır".
İqtisadçının
sözlərinə görə, aparılan mübarizə tədbirlərinin
genişmiqyaslı effekti özünü çox gözlətməyəcək
və yaxın müddətdə bunu xalqımız hiss edəcək:
"Çünki həyata keçirilən mübarizə tədbirləri
heç də bəyanat və kampaniya xarakterli deyil. Çünki
bu məsələni analiz etdikdə görürük ki, son
günlər bir çox sahələrdə əsaslı
dönüş müşahidə olunmaqdadır. Cənab
prezidentin qarşıya qoyduğu ən böyük məqsədlərdən
biri də insanları əsassız xərclərdən,
qanunsuz ödənişlərdən azad etməkdir. Bu isə
birtərəfli olmamalıdır, cəmiyyət özü
maraqlı olmalıdır ki, qaydalara riayət etsinlər. İqtisadi
fəallığı artırmaq, haqsız rəqabəti
aradan qaldırmaq, problemləri sivil qaydada həll etmək
üçün konkret addımlar atılmalıdır və
bunun üçün artıq ölkə
başçısı səviyyəsində siyasi iradə
ortalığa qoyulub. Buna isə yalnız və yalnız dəstək
olmaq lazımdır".
"Bu mübarizə qətidir"
Milli
Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa
Quliyev Azərbaycanda korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin həmişə olduğunu
deyir: "Hazırda isə korrupsiyaya qarşı mübarizə
ilə bağlı qanunlar qəbul olunub, eləcə də,
müvafiq dövlət komissiyası fəaliyyət göstərir.
Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərdə
əsl günahkarlar öz layiqli cəzalarını
almalıdırlar. Yəni, ölkəmizin ümumi iqtisadi
inkişafına, sosial islahatlara, bir sözlə, fəaliyyət
sahələrinin hər bir bölməsində davam etdirilən
dinamik işlərə kölgə salan, bu islahatları ləngidən
və açıq şəkildə ölkəmizin imicinə
ciddi xələl gətirən strukturların işçilərini
cəza gözləyir və belə də olmalıdır. Korrupsiya
ilə mübarizə ümumdövlət siyasəti olmaqla, cəmiyyətin
bütün təbəqələrini və üzvlərini əhatə
etməlidir. Ölkə ictimaiyyətinin bütün üzvləri,
vətəndaşlar mütəşəkkil və fəal
şəkildə bu neqativ hallara qarşı ciddi mübarizə
aparmalıdır. İctimai fəallıq nə qədər
yüksək və güclü, dinamik olsa, korrupsiya ilə
mübarizə tədbirlərində o qədər effektiv nəticələr
əldə etmək mümkündür. Ona görə də
bütün vətəndaşlar dövlətin strateji məqsədlərindən
olan korrupsiyaya qarşı sistemli tədbirlərin həyata
keçirilməsində yaxından iştirak etməlidir. Unutmaq
olmaz ki, bu tədbirlərin sistemliliyi dövlətin
güclü milli iqtisadi təhlükəsizlik şəbəkəsinin
yaradılmasına və sosial tərəqqiyə dərin əsaslar
yaradır".
Millət
vəkilinin fikrincə, bu mübarizə və onun müsbət
nəticələri xüsusilə əhalinin sosial müdafiəsinin
daha da güclənməsinə stimul verir: "Çox
böyük imkanlar açıla bilər ki, bəzi məhsulların,
o cümlədən, ərzaq məhsullarının qiymətləri
aşağı düşsün. Görülən bu işlər
insanların dövlətə inamını daha da gücləndirir.
Fikrimcə, bu mübarizə qətidir, bundan sonra cəmiyyətdə
korrupsiya və rüşvət olmayacaq".
Naibə
Həftə içi.- 2011.- 15
aprel.- S. 5.