Səmimi söhbət

 

Və yaxud Nəcibə Məlikovanın ilk "Göstərir Bakı!" kəlməsi

 

Giriş əvəzi: Səmimi söhbət etmək üçün o qədər mövzular var ki Ucundan tutsan, ta günəşədək gedib çıxmaq olar. Bizim isə günəşə getmək fikrimiz yoxdur. Bizim işimiz yerdədir, elə yerdə də bu yazımızı yazıb sona çatdıraq.

 

Elektron media

 

Onsuz da zəmanəmiz indi elə sürətlə inkişaf edir ki, artıq yazılı mediamız da elektron mediaya çatmağa can atır. Bunu onlar saytlarında media fayllar yerləşdirməklə, "youtube"a script qoymaqla həyata keçirirlər. Və nəticədə bilgisayarının monitoru dünyanı sənin ayağına gətirir. İndi təkcə Azərbaycanda deyil, bütöv dünyada da məşhur olmaq 1 dəqiqəlikdir. Nəyin sayəsində? Təbii ki, elektron medianın. 10-15 il bundan öncə xarici məmləkətlərdə başlanan internet televiziyaları indi sərhədimizi keçib bizim ölkəmizə də daxil olub. Bundan əlavə, ölkəmizdə 7 televiziya var ki, onların da hər biri öz tezliyində efirə çıxır. Elə sual da bundan sonra yaranır. O televiziyalara baxan varmı? Gəlin, öncə televiziyaların sayı barəsində söhbət açaq. Azərbaycan bəlkə , MDB- televiziyaların sayına görə sonuncu yerlərdən birini tutur. Niyə? Niyəsi odur ki, indi hər adam yerindən qalxıb televiziya aça bilməz. Bu, təbii ki, ayrıca mövzunun söhbətidir onun dərinliyinə getsək, bugünkü yazımız yarımçıq qalar.

Azərbaycanda elektron mediaların adlarını tək-tək çəkmək istəmirəm. Onları hamı tanıyır gündə ən azından bir dəfə olsun, əlindəki pultla o kanala daxil olur. Daha orda qalmaqlarını biz kənardan müşahidə edə bilmərik. Ancaq edənlər var. Yenə bu izləmə Amerikadan gəlib. Misal üçün, hər hansı bir verilişin reytinqini yoxlamaq üçün xüsusi cihazlar kəşf edilib ki, o, yalnız xaricdə olur. Bizdə isə belə şeyləri düşünən hələ yoxdur. Bizdə düşünürlər? Düşünürlər ki, bu gün işdən yorğun evə gələndə öyrənəsən ki, hansı müğənni kiminlə neçə dəfə hansı restoranda görüşüb, ya da evləndiyi kişi doğrudan da onundurmu? yaxud kimin maşını neçəyədir banka qədər borcu var?

Gəlin, bir az da mediamızın tarixinə baş vuraq. Təbii ki, ilk əvvəl yazılı media yaranıb. O da "Əkinçi" qəzetinin, daha doğrusu, o qəzeti yaradıb çap edən Həsən bəy Zərdabinin adıyla bağlıdır. "Əkinçi"nin nəşrilə həm milli mətbuatımızın əsası qoyulub. O qəzetdə isə ünlü ziyalılarımz - Nəcəf bəy Vəzirov Əsgər ağa Gorani, Seyid Əzim Şirvani Məhəmmədtağı Əlizadə Şirvani, Heydəri Mirzə Fətəli Axundovun məqalələri çap olunurmuş. Elektron televiziyanın tarixi isə uzaqda deyil. 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı televiziya mərkəzi üçün binanın inşasına isə 1954-cü ildə başlanılıb telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

İstər yazılı media olsun, istərsə də elektron, birinci gözə çarpan şey dildir. Çünki dil düşüncənin aynası, qəlbidir. Fikri, hissi ifadə edən, anlaşma və ünsiyyət vasitəsi olan dilin ictimai həyatdakı rolu və yeri danılmazdır. Azərbaycanda mətbuatın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Mətbuatın dilində inkişafın olduğunu düşünənlər də var, bu sahədə ciddi problemlərin mövcudluğunu deyənlər də.

Mətbuatımızın dilindəki problemlər təkcə orfoqrafiya, korrektə səhvləri ilə bağlı deyil. Müşahidələr göstərir ki, son illər Azərbaycan mətbuatının dili ciddiliyə doğru dəyişməkdədir. Yəni mətbuat nümayəndələri hadisələri oxucuya xalq dili ilə deyil, daha çox terminlərdən, alınma sözlərdən, qəliz və mürəkkəb cümlələrdən ibarət dillə çatdırmağa meyillidirlər. Müqayisə üçün qeyd etmək olar ki, qardaş Türkiyə qəzetçiləri oxuculara aydın olsun deyə, daha çox xalq dilində, sadə dildə yazmağa üstünlük verirlər.

Məsələyə münasibət bildirən media eksperti Zeynal Məmmədli deyir ki, Azərbaycanda medianın xalqdan qopması belə addımlarla gerçəkləşir: "Media xalqdan qopduqca da, sıradan insanlar medianın diqqət mərkəzində olmur. Nəticədə vəzifəli şəxslər, ictimai fiqurlar keçir mərkəzə. İctimai fiqurlar mərkəzə keçəndə, dəftərxana dili hakim mövqe tutmağa başlayır. Yəni cəmiyyətin problemlərini cəmiyyətin anlayacağı dildə vermək lazımdır. Onu da qeyd etmək lazımdır ki, medianın azad olmaması xəbərin birbaşa yox, dolayısıyla çatdırılmasına gətirib-çıxarır. Digər tərəfdən də məsələ medianın qeyri-peşəkarlığıdır. Medianın qəliz dili medianı anlaşılmaz edir və xalqın gözündən salır".

Elektron medianın aparıcı jurnalistləri haqqında bir neçə kəlmə yazaq. Yenə ad çəkməmək şərtiylə açıq etiraf edək ki, Azərbaycan televiziyalarında üzdə olan jurnalistlərin sayı elə çox deyil. Bunun səbəbini bir neçə amillə əlaqələndirirlər. Birincisi, televiziya rəhbərləri aparıcı jurnalistlərin daha çox populyar olmaqlarını istəmirlər. İkincisi aparıcı jurnalist yetişdirmək 10 ilin işi deyil. Bunun üçün daha çox vaxt lazımdır. Bir bu işdə özünün sözün əsl mənasında, yaxşı töhfəsini verə biləcək jurnalist fakültələrimizin işi heç ürəkaçan deyil. Qoy bu yerdə professional müəllimlərimiz bizi bağışlasınlar. Əslində, bu işdə ən az günahı olanlar elə onlardır. Ən çox günahı olanlar isə valideynlərdir, çünki valideynlərin əksəriyyəti çox zaman övladlarının hansı ixtisası seçdiklərinin fərqində deyillər, sadəcə olaraq, test imtahanında jurnalistika fakültəsini elə-belə yazırlar ki, uşaq birdən ya filologiya, ya da şərqşünaslıq fakültəsinə girməsə, jurnalistikaya daxil olsun. Jurnalist peşəsi isə filologiya şərqşünaslıqdan fərqli olaraq, yaradıcı işdir. Burada yaradıcı təxəyyülü olmayan tələbələr sonradan bu ixtisasa yiyələnsələr , özlərinə başqa tapırlar nəticədə uduzan jurnalistika olur. Jurnalistika fakültəsinə testlə qəbul olmağın özü çox böyük tarixi səhv idi. İndi bu səhvin aradan götürülməsinin vaxtı deyilmi?

Avropa ölkələrində, lap elə Rusiya, Türkiyədə isə qəzeti və ictimai fikri öz arxalarınca aparan jurnalistlər var. Bu jurnalistlərin yazıları, təhlilləri, müsahibələri siyasi, mədəni dairələrdə rezonans yaradır və uzun müzakirələrə səbəb olur. Qəzet naşirləri bu jurnalistlər üstündə əsim-əsim əsirlər, hər nazı ilə oynayırlar. Bizdə isə bir-iki nəfəri çıxmaq şərtilə, heç bir televiziya jurnalistini tanımırlar. Tanıdıqları haqqında da çox zaman tənqidi fikirlər söyləyirlər. Jurnalist cəmiyyətin aynasıdır, desək yanılmarıq. Elektron mediada çalışan jurnalist öz hərəkəti, sözü, addımıyla elə iş görməlidir ki, onun haqqında pis şayiələr yayılmasın.

İndi isə elektron mediamızın bugünkü durumu barəsində bir neçə kəlmə yazaq. Yenə də ekspert Zeynal Məmmədliyə müraciət etdik. Zeynal müəllim bizimlə söhbətində təəssüflə bildirdi ki, istər forma, istərsə də məzmun baxımından bizim televiziyalar dünya televiziyalarından çox-çox geri qalır. "Bizim televiziyalara baxanda adama elə gəlir ki, ötən əsrin sonlarında yaşayırsan. Daha 21-ci əsrin ab-havası bizim televiziyalardan hiss olunmur. Niyə? Niyəsi odur ki, hər şey yalanı inkar etməkdən başlayır. Belə olan halda uğurlu layihələrdən söz açmaq olmaz. Düzdür, Azərbaycan tamaşaçısı axşam evə gələndə nəyəsə baxır. Mən isə xəbərlərdən başqa, heç nəyə baxmıram. Bunu çox səmimi deyirəm. Çünki verilişlərin uğurlu olması üçün ictimai fikir azlıq təşkil edir, sərbəst bazar, demək olar ki, yox dərəcəsindədir, səffaflıqdan isə söz açmağa dəyməz. inanıram ki, Azərbaycanda insanlarımızın çoxu türk telekanallarını, rusdillilər isə rus televiziyalarını seyr edirlər. Azərbaycan televiziyalarına ən çox baxanlar kənd rayon əhalisidir. Onların da çoxunun antenası olmadığına görə bizim televiziyalara baxmağa məcburdurlar".

  

  

Babək Göyüş

 

Həftə içi.- 2011.- 15 aprel.- S. 7.