Rumıniya Azərbaycanı hərbi saziş bağlamağa səslədi

 

Trayan Besesku: "Sazişin müzakirəsi bu ilin ikinci yarısında yekunlaşacaq"

 

Dünən Rumıniya prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başlayıb. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Rumıniya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər. Prezidentlər ikitərəfli, regional beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Rumıniya prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycan bu səfərə çox böyük əhəmiyyət verir:

minəm ki, səfəriniz çox uğurlu keçəcək, çox gözəl nəticələri olacaqdır. Münasibətlərimiz strateji xarakter daşıyır. Bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır. Bu gün sizinlə təkbətək görüşdə bütün bu məsələləri geniş müzakirə etdikbir daha gördük ki, Rumıniya-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Həm siyasi sahədə, eyni zamanda, iqtisadi, humanitar sahələrdə, hər bir istiqamətdə çox gözəl nəticələr vardır və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcək".

Rumıniya prezidenti T.Besesku isə vurğulayıb ki, hər iki ölkənin çox müfəssəl əlaqələri var: "Bu da ötən səfərlər zamanı müzakirə edilmiş məsələlərin həyata keçməsi ilə əlaqədardır. Bu səbəbdən biz növbəti görüşlərimizə böyük əminliklə baxırıq. Çünki məhz elə bu gün sizinlə görüşdə də çox dəyərli mühüm mövzular müzakirə edilib".

Prezident İlham Əliyevin və prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı" Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Besesku imzalayıblar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzalayıblar. "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyətibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət biznes mühiti naziri İon Ariton imzalayıblar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzalayıblar.

Azərbaycan-Rumıniya sənədlərinin imzalanmasından sonra ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Rumıniya prezidenti Trayan Basesku Heydər Əliyev Ordeni, Azərbaycan prezidenti İlham Əliyev isə Rumıniyanın Böyük Xaç Ordeni ilə təltif olunub. Ordenləri prezidentlər bir-birinə təqdim ediblər. Daha sonra prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev vurğulayıb ki, Rumıniya Azərbaycan siyasi sahədə tərəfdaş ölkələrdir: "İmzalanan sənəd bir daha onu göstərir ki, bizim aramızda sözün əsl mənasında strateji tərəfdaşlıq münasibətləri qurulub. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər gələcəkdə bütün sahələr üzrə mühüm inkişafa təkan verəcək. Siyasi sahədə bizim sizinlə görüşlərimiz mütəmadi xarakter daşıyır". Dövlət başçısı deyib ki, Rumıniya və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Həm sərmayə qoyuluşu, həm şirkətlərin qarşılıqlı fəaliyyəti üçün siyasi əlaqələrin güclü olması müsbət rol oynayır. Dövlət başçısının sözlərinə görə bu gün Azərbaycan Rumıniyaya neft ixrac edir, gələcəkdə isə qaz ixracı nəzərdə tutulur. Prezident bildirib ki, bu ilin əvvəlində Avropa Birliyi ilə Azərbaycan arasında Cənub qaz dəhlizi üzrə birgə bəyannamə imzalanıb. Bu bəyannamə əsasında Avropanın enerji təhlükəsizliyi məsələləri Azərbaycan resursları hesabına ödəniləcək: " Azərbaycanın zəngin qaz resursları var. Müxtəlif yollarla bu resurslar dünya bazarlarına çıxarılır. Rumıniya -Azərbaycan əlaqələri bu baxımdan müstəsna xarakter daşıyır. Rumıniya həm Nabucco layihəsinin fəal üzvüdür, eyni zamanda AJRİ layihəsinin də təşəbbüskarıdır. Sizin təşəbbüsünüzlə bu layihəyə start verilib. Keçən ilin sentyabrında Bakıda sizin iştirakınızla keçirilmiş AJRİ üzrə zirvə görüşü konkret nəticə verib. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması üçün fəal aparılır".

Rumıniya prezidenti Trayan Basesku isə bildirib ki, Azərbaycanla əməkdaşlıq etmək ölkəsi üçün əhəmiyyətlidir. Çünki Azərbaycan Rumıniya üçün Xəzər hövzəsinə Rumıniya isə Azərbaycan üçün Avropa bazarlarına çıxışda əsas rol oynayır: "Əməkdaşlığımız başlayan gündən bu vaxta qədər bütün təşəbbüslərimiz reallığa çevrilib. Bu onu sübut edir ki, bizdə siyasi iradə var. Aydın görünür ki, siyasi iradəmiz iqtisadi sahədə əməkdaşlığımıza da öz töhfəsini verir. Çox sevindiricidir ki, AGRİ layihəsindəçox böyük uğura nail olmuşuq. Artıq müvafiq şirkət seçilib və dəyərləndirmə işləri həyata keçirilir. Bu onu göstərir ki, sentyabrdan keçən müddətdəki vaxtımızı boşa xərcləməmişik".

Rumıniya prezidenti informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, Azərbaycan prezidenti ilə danışıqlarda ARDNŞ-ın Rumıniyada həyata keçirilən özəlləşdirmə prosesində iştirakı məsələsi də müzakirə edilib: "Biz hərbi sənaye sahəsində də əməkdaşlıq qurmalıyıq. Zənnimcə bu ilin ikinci yarısında biz Rumıniya ilə Azərbaycan arasında müvafiq sahədə sazişin müzakirəsini yekunlaşdıracayıq".

Besesku Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub: "Rumıniya tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda göstərdiyi səbri yüksək qiymətləndirir. Mən bu istiqamətdə tərəqqi əldə olunmasını istərdim, çünki Rumıniya regionda dondurulmuş münaqişələrin mövcudluğundan narahatdır" - deyə o bildirib. Basesku vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Lakin bu həll istənilən dövlətin ərazi bütövlüyünə təsir göstərməməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları, xüsusilə azlıqların suveren dövlət çərçivəsində hüquqlarına hörmət prinsipi əsasında həll olunacaq".

  

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 19 aprel.- S. 1-2.