Qafqaz Universitetində
l Beynəlxalq tələbə
konfransı keçirilib
Dünən
Qafqaz Universitetində "Azərsun Holding"in sponsorluğu
ilə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunan
"İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları"
adlı Beynəlxalq tələbə konfransı
keçirilib.
Konfransda
çıxış edən Qafqaz Universitetinin elmi işlər
üzrə prorektoru, professor Niftalı Qocayev bildirib ki,
"İngilis dili və ədəbiyyatında yeni yanaşma
metodları" adlı l Beynəlxalq tələbə
konfransında altı fərqli ölkədən, o cümlədən
Türkiyə, Hindistan, İran, Belarus və digərlərindən
11, Azərbaycan da daxil olmaqla ümumilikdə 79 tələbə
iştirak edib. N.Qocayevin sözlərinə görə, l Beynəlxalq
tələbə konfransının keçirilməsində əsas
məqsəd tələbələri elmi fəaliyyətə
təşfiq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat
işlərinə təkan verməkdir. Həmçinin ingilis
dili və ədəbiyyatı sahəsində yeni tədqiqat
metodlarının əhəmiyyətini
araşdırmaqdır.
Professor
qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri
içərisində xüsusi yeri olan Qafqaz universitetinin əməkdaşları
yüksək səviyyəli tədris işləri ilə
yanaşı, dünya miqyaslı elmi-tədqiqat işləri
yerinə yetirir.
Elmi
işlər Qafqaz Araşdırmalar İnstitutu, altı Elmi Mərkəz,
müvafiq kafedra əməkdaşları və tələbələr
tərəfindən aparılır. Sevindirici haldır ki,
Qafqaz universiteti əməkdaşlarının elmi işlərinin
nəticələri Amerika, Avropa və Asiyada nəşr olunan
yüksək reytinqli elmi jurnallarda dərc olunur. Bununla yanaşı,
alimlərimizin tədqiqat
işləri universitetimizin
"Journal of Qafqaz University"elmi
jurnalında da nəşr olunur: "Jurnalımızın elektron
versiyası Russian Periodicals Catalog, Directory
of Open Access Journals, Middle East Virtual Library, The International
Consortium for the Advancement of Academic Publication, JournalSeek,
Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO, Indexcopernicus, ASOS kimi mötəbər elmi
internet vebbazalarına daxil
edilib. Təsadüfi deyildir ki,
"Google" axtarışının elmi tədqiqat axtarış sistemi olan "Google Scholar"da
Azərbaycanla əlaqəli
elmi tədqiqatların
əhəmiyyətli bir
hissəsini bu vebbazalara "Journal of Qafqaz
University" tərəfindən daxil edilmiş məqalələr təşkil
edir. Məhz bu səbəbdən
elmi ictimaiyyətdə
yüksək nüfuza
malik olan jurnalımızda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Sinqapur, ABŞ və digər ölkə alimlərinin məqalələri dərc
olunub".
"Azərsun
Holding"in əməkdaşı bildirib ki, Qafqaz Universitetində
mütəmadi olaraq bu səpkili beynəlxalq tələbə
konfransları keçirilir.
Həftə içi.- 2011.-
23-25 aprel.- S. 13.