Dağlıq Qarabağ münaqişəsinin həllində Ukraynanın mövqeyi dəyişməz qalır

 

Prezident İlham Əliyev: "İki ölkə arasında hərbi texniki sahədə əməkdaşlıq genişlənir"

 

Azərbaycana səfərə gələn Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olub. Ukraynanın Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. Görüşdə ikitərəfli, regional beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan Ukrayna Prezidentləri Şurasının üçüncü iclası olub. İclasda Azərbaycan Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Viktor Yanukoviçin Ukrayna prezidenti kimi Azərbaycana ilk səfəri olduğunu deyib, səfərin uğurlu olacağına, yaxşı nəticələr əldə ediləcəyinə əminliyini bildirib:

"Biz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişik. Bütün istiqamətlər üzrə fəal irəliləyirik. Hökumətlərarası komissiya səmərəli işləyir, siyasi dialoq inkişaf edir. Bu gün Sizinlə təkbətək görüşdə münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Lakin bu gün razılaşdırılmış gündəliyi Prezidentlər Şurasının iclasında da müzakirə edəcəyik.

Gündəlik geniş, çox müfəssəl konkretdir. Əminəm ki, Prezidentlər Şurasının iclasının yekunlarına əsasən biz öz münasibətlərimizin inkişafının sonrakı addımlarını müəyyən edəcəyik. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, onların qədrini bilirik əminik ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi regional kooperasiyanın da genişlənməsinə kömək edəcək".

Öz növbəsində, Ukrayna prezidenti V. Yanukoviç iki ölkənin artıq çoxdandır, strateji tərəfdaş olduğunu qeyd edib: "Mən deyərdim, bu, bir-biri ilə çox yaxın olan iki ölkə arasında münasibətləri necə qurmaq lazım olduğunu göstərən parlaq nümunədir. Biz ikitərəfli səviyyədə münasibətlərimizi çox uğurla inkişaf etdiririk. Bizim Hökumətlərarası Komissiya altkomissiyalar gözəl işləyirlər. Onlar bütün istiqamətlər üzrə aparırlar. Keçən ilin yekunları bu işin nəticəsi olub. Bu səmərəli işin əyani nümunəsi belədir: ölkələrimiz arasında əmtəə dövriyyəsi artımı rekord səviyyəyə çatıb. Lakin bu, hələ son hədd deyil. Əminəm ki, imkanlarımız bundan qat-qat genişdir. Bunu görmək mənə xoş oldu ki, Ukrayna Rusiyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşına çevrilib. Bu, çox gözəl nəticədir. Sizinlə münasibətlər qurmaq da bizim üçün çox rahatdır". Daha sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannaməsi"ni, "Azərbaycan Respublikası Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu"nu, "Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı"nı Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviç imzalayıblar.

Daha sonra prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış ediblər. İlk olaraq çıxış edən prezident İlham Əliyev bildirib ki, budəfəki danışıqlar bir daha ölkələrimiz arasındakı münasibətlərin yaxın olduğunu sübut etdi. Onun sözlərinə görə, Ukrayna Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəkləyir. Aparılan danışıqlarda bir çox məsələlərin müzakirə edildiyini söyləyən prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə mövzusu olduğunu söyləyib. "Ukraynaya münaqişənin nizamlanmasında prinsipial mövqeyinə görə təşəkkür etmək istəyirəm. Bu da bu gün imzalanan birgə bəyanatda öz əksini tapıb" - deyən İ.Əliyev qeyd edib ki, sənəddə münaqişənin beynəlxalq hüquq prinsipləri, dövlətlərin ərazi bütövlüyünün qorunması, suverenlik sərhədlərin pozulmaması əsasında nizamlanması göstərilib. Prezident danışıqlar zamanı iqtisadi əlaqələrin müzakirə edildiyini, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artımının nikbinlik doğurduğunu vurğulayıb. Qeyd edib ki, reallaşdırılması planlaşdırılan investisiya layihələri mövcuddur. Hərbi texniki sahədə əməkdaşlıq genişlənir. Əməkdaşlığın mühüm sahələrindən biri enerji sektorudur.

Ukrayna prezidenti Viktor Yanukoviç aparılan danışıqlarda bütün məsələlərin onların həyata keçirilməsi mexanizmlərinin müzakirə edildiyini deyib. İlk dəfə Bakıya 5 il əvvəl gəldiyini söyləyən V.Yanukoviç bu müddətdə paytaxtın xeyli dəyişdiyini, daha da gözəlləşdiyini söyləyib. Vurğulayıb ki, bütün bunlar Azərbaycanın yüksək templə inkişaf etdiyini təsdiqləyir. Ukrayna prezidenti iki ölkə arasındakı münasibətlərin dərin köklərə əsaslandığını, bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu deyib. Birgə investisiya layihələrindən danışan prezident bildirib ki, hazırda elm sahəsində birgə layihələrin reallaşdırılması nəzərdən keçirilir.

Daha sonra prezidentlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ukrayna sıxlaşdırılmış qaz terminalının tikintisi tədarükü ilə bağlı məsləhətləşmələrə başlayıb. O, müvafiq razılaşmanın bu ilin yanvarında Davosda imzalandığını xatırladıb: "Biz bu mövzuda ciddi məsləhətləşmələrə başlayırıq". İ.Əliyev bu layihənin həyata keçirilməsi üçün bir sıra texniki, kommersiya hüquqi məsələlərin həllinin vacibliyini vurğulayıb: "Müzakirə zamanı biz ukraynalı tərəfdaşlarımızda bu layihəni reallaşdırmaq istiqamətində güclü istək olduğunu gördük. Bu, Ukrayna tərəfinin təşəbbüsüdür. İki ölkə nazirlikləri şirkətləri səviyyəsində fəal məsləhətləşmələr aparılır. Hesab edirəm ki, bu məsləhətləşmələrin nəticəsi olaraq konkret təkliflər texniki-iqtisadi əsaslandırma ortaya çıxacaq. Biz bu layihəni perspektivli sayırıq onun reallaşmasında fəal iştirak edəcəyik". İ.Əliyev enerji sahəsində əməkdaşlığın Azərbaycan-Ukrayna əməkdaşlığının mühüm tərkib hissəsi olduğuna diqqət çəkib. O, ötən il Azərbaycandan Ukraynaya 1,5 milyon ton neft ixrac olunduğunu xatırladıb.

Ukrayna prezidenti V.Yanukoviç isə bildirib ki, Azərbaycan "Örtük" layihəsinin icrası üçün Ukraynaya 1 milyon dollar yardım ayırıb. O, Çernobıl atom elektrik stansiyasının dördüncü enerji bloku üzərində yeni sarkofaqın tikintisinə pul ayırdığına görə Azərbaycan prezidentinə təşəkkür edib. "Örtük" layihəsindən danışan Yanukoviç qeyd edib ki, bu layihənin reallaşması 2015-ci ildə fəlakətin nəticələrini tam şəkildə aradan qaldırmağa imkan verəcək.

"Odessa-Brodı" neft kəməri ilə bağlı sualın cavabında isə Yanukoviç bu kəmərin Baltik dənizinə qədər uzadılmasına tərəfdar olduqlarını söyləyib: "Bu məsələ Azərbaycan prezidenti ilə müzakirə edilib. Biz bu layihənin reallaşdırılması üzərində işləyəcəyik. Lakin hələlik detallar barədə danışmaq istəməzdim".

Qeyd edək ki, Azərbaycanda rəsmi səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviç Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

  

  

Azad

 

Həftə içi.- 2011.- 29 aprel.- S. 1-2.