ADNA-dakı faciədən 3 il
keçdi
30 aprel 2009-cu il...
Çox
qəribədir. Bu tarix məhz həftənin dördüncü
gününə təsadüf
etdi. 30 aprel
2009-cu ildə Azərbaycan
Dövlət Neft Akademiyasında qanlı
terror hadisəsi oldu.
Bundan qabaq da Azərbaycanın müxtəlif yerlərində,
o cümlədən paytaxtımızda
terror faktı olub. Amma heç
birində gülləni
beynimizə, gələcəyimizə,
gələcəyimizin mədəni,
intellektual bazası olan tələbələrə
tuşlamamışdılar. 30 aprel 2009-cu il
tarixində ADNA özünün
qanlı tarixini yaşadı. Artıq bu gün
"30 aprel" demək
kifayətdir ki, o qanlı tarixçəni bir daha bütün
acısıyla yaşayasan.
30 aprel günü
akademiyanın 2-ci tədris
binasında cəmiyyətin
müxtəlif təbəqələrindən
olan şəxslər
güllələndi.
Bakı
şəhəri Dilarə
Əliyeva küçəsi
227 saylı ünvanda
yerləşən "Qaz
neft mədən" və "Neft mexanikası" fakültələrinin
yerləşdiyi Akademiyanın
2-ci korpusu o gün təkcə Azərbaycanın
deyil, bütün dünyanın diqqət mərkəzinə çevrildi.
Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın oldu. Gözlənilməz hadisə Akademiyada olanları təşvişə
saldı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını
arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın
pəncərələrindən boylanaraq qışqırıb
kömək istəyirdi.
Əli silahlının gözündən
yayına bilən tələbə və müəllimlər çölə
axışırdı. Səhər saatlarında odlu silahla silahlanmış
naməlum şəxs
Azərbaycan Dövlət
Neft Akademiyasının
2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı
mərtəbəyədək qarşısına çıxan
şəxsləri güllələyib...
Silahlı terrorçunun atdığı
güllələr Akademiyanın
müəllim və tələbələrinin, əsasən
baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin
içərisində Akademiyanın
professoru, laborantları,
tələbələri, dosenti,
müəllimləri və
hətta yeməkxanaya
süd məhsulları
gətirən bir xanım da var
idi.
Hadisə zamanı
1. Neft qaz istehsalı
və emalı texnikası kafedrasının
müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika fakültəsinin laboratoriya
müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsalı
və emalı texnikası kafedrasının
müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa
Afət qızı,
1978-ci il təvəllüdlü
Tələbələr
1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
2. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
3. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
4. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
5. Abdullayev Emin İmaməli oğlu,
1989-cu il təvəllüdlü
6. Babaşov Ruslan Cəfər oğlu,
1990-ci il təvəllüdlü
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
və Akademiyaya süd məhsulları gətirən
8. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci
il təvəllüdlü
öldürülüb...
Hadisədən xəbər tutmuş polis
və prokurorluq orqanlarının əməkdaşları,
təcili tibbi yardım maşınları
Akademiyaya axın elədi. Yaralılar daşınarkən məlum oldu ki, ələ keçəcəyini görən
terrorçu 6-cı mərtəbədə
baş nahiyəsindən
bir dəfə atəş açmaqla özü-özünü öldürüb.
Gicgah nahiyəsindən aldığı
güllə yarasından
yerindəcə keçinən
şəxsin 1980-ci il təvəllüdlü
Gürcüstan vətəndaşı
Qədirov Fərda Əsəd oğlu olduğu müəyyənləşdi.
Fərda Qədirovun üzərindən isə
"Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində
71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd
patrondaş, 2 tapança
sandıqçası aşkar
edilərək götürüldü.
Təhlükə tam olaraq sovuşandan
sonra Akademiyanın auditoriyalarında gizlənmiş
tələbə və
müəllim heyəti
binadan evakuasiya olundu. Onlar hələ də
nələrin baş verdiyini bilmirdilər.
Yer, göy qan içində, döşəmə və
pilləkənlərdə uzanmış
meyitlər...
Hadisədən xəbər tutan zərərçəkənlərin yaxınları paytaxtın
xəstəxanalarına, meyitxanalara
axışırdı. Bu arada Akademiyanın tələbələri isə
xeyli qan itirmiş yaralıları
həyata qaytarmaq üçün qan verirdilər. Günortadan sonra
isə terrorçu Fərda Qədirovun atdığı gülləyə
cəmi 25 nəfərin
tuş gəldiyi tam olaraq dəqiqləşdi.
Onlardan
13 nəfərin həyatını
xilas etmək mümkün olsa da, 12-si dünyasını
dəyişdi.
Akademiyanın girişində Fərdanın
ilk hədəfi Akademiyanin
tələbəsi Sudan vətəndaşı
Seyid Əhməd Əmru olub. Əmru canını
yüngül xəsarətlə
qurtarsa da, xalası oğlu Mustafa Məhəmməd Qasım
ağır yaralanıb.
Fərdaya ilk müqavimət göstərən də elə Mustafa olub. Onun dediyinə görə, Fərda qarşısına
çıxanları ingilis
dilində söyüb,
sonra güllələyirmiş.
Mustafa Məhəmməd: "Mən
aşağı düşən
zaman xalam oğlu Əmrunun alnına silah dayamış bir nəfəri gördüm.
Mən onu vurdum. Əmru qaçdı, o da ona tərəf atəş açdı, əlindən dəydi".
O mənə tərəf baxdı və məni sinəmdən itələdi. Yıxıldım, sonra atəş
açdı mənə,
güllə boynumdan girdi sol qulağımdan çıxdı. Sonra mənim
əlimdən vurdu.
Sonra mən özümü ölülüyə vurdum.
Təcili tibbi yardım maşınlarının
sirenasını eşidəndən
sonra gözlərimi açdım, vəssalamg
Mustafa özünü ölülüyə vura bilsə də, tələbə yoldaşı
Rəhman Axundov bunu edə bilməyib. Hadisə
zamanı iki güllə yarası alan Rəhman
yaddaşını itirib.
Rəhman
Axundov: "Birinci güllə başımdan
dəydi, durdum gəzdim. Sonra ikinci gülləni
vurdu, yıxıldım".
Hadisənin şahidi olan digər yaralı Zemfira Hüseynli: "Kimsə gətirib Ramiz müəllimin üstünə sellofan atdı. Fikirləşdim ki, indi mənim də üstümə sellofan atacaqlar. Yəqin ölmüşəm. Yəqin ölüm belə olur."
İki güllə
yarası alıb sağ qalanlardan biri də Zemfira
xanımdır. O, baş verənləri anbaan xatırlayır. Səsə otaqdan çıxan
Zemfira Hüseynli dəhlizdə laboratoriya müdiri Tamella xanımla professor Ramiz Abdullayevin yerə yıxıldığını görüb və onlara tərəf qaçıb. Elə bu
zaman Zemfira xanıma qəfildən bir nəfər yaxınlaşıb.
Zemfira Hüseynli: "Mənə
tərəf gəldi,
əlini uzatdı vurdu. Elə bil başımı
ülgüc ilə kəsdilər. Yıxıldım. Ölmədim. Qanım axdı Ramiz
müəllimə tərəf.
Sonra gördüm mənə tərəf baxır, gücüm olmadı ona baxmağa. Mən öz qanıma baxdım ki, necə axıb gedir. O mənim gözümün hərəkətindən
hiss edib ki, mən sağam. Sonra ikinci dəfə məni vurdu. Yaman ağrıtdı.".
Fərda Qədirovla göz-gözə
gələn İlkin Şirəliyev də sağ qalıb. O, ikinci
mərtəbədə dərsdə
olan zaman auditoriyaya soxulmaq istəyən Fərdanın
qarşısını tələbə
yoldaşları ilə
birlikdə partaları
qapının ağzına
atmaqla kəsib. Amma dəhlizdən içəri
atılan güllələrin
qabağını almaq
mümkün olmayıb.
Qapının pəncərəsindən boylanan Fərda auditoriyada olan 3 tələbəni hədəfə
ala bilib.
Yaralanan
şahid İlkin Şirəliyev: "Birdən
şüşə sındı.
Gördüm, kimsə mənə
baxır. Fikirləşdim atacaq, yerə uzandım. 5-6 saniyədən sonra mənə zərbə dəydi. Qrup yoldaşımın köməkliyi ilə balkona çıxdım.
Ordan pəncərədən dekanlığa
keçdim. Uşaqlar gördü
ki, vəziyyət pisləşir kurtkalari bir-birinə bağladılar
ki, bizi aşağı salsınlar,
alınmadı.
Hadisə zamanı bəxti gətirən isə "Neft və qaz
quyularının qazılması"
kafedrasında müəllimə
işləyən Vəfa
Mahmudova olub. Hədəfini
nişan alan Fərdanı tapançası məyus edib.
Vəfa
Mahmudova: "İki dəfə atəş səsi gəldi, sonra gördük ki, səs yaxınlaşır,
çıxdım həmin
qrupun sinifkomu Sultanla bərabər çölə. İki oğlan
qaçdı, onların
arxasınca bir cavan oğlan tez-tez gəldi, dayandı bizim dekanlığın qabağında.
Mən də dedim ki, görmürsən
dərs gedir. O, mənim düz alnıma tuşladı, məsafəmiz də yaxın idi. Beysbolkada idi. Mən ona deyirdim nəsə, o isə mənim üzümə baxırdı. Robot idi elə bil.
Tuşladı, iki dəfə
atəş açdı,
boşa getdi. Gülləni çıxarmaq
istəyəndə uşaq
dedi ki, bu zarafat etmir.
Biz girdik içəri."
Məsələnin nə qədər ciddi olmasını isə Vəfa xanım pəncərədən
çölə baxıb
tələbələrini Akademiyanin
girişində al qan içində görəndə
anlayıb. O, bu hadisənin təsirindən
günü bu gün də çıxa bilmir. Vəfa Mahmudova deyir ki, hamı ondan
30 aprel gününü
yenidən anadan olduğu gün kimi qeyd etməsini
tələb edir.
Amma həmin gün Akademiyada güllələnən
25 nəfərin günü
kimi yadda qalıb. Məhz 30 aprel 2009-cu il
cümə axşamı
günü, onların
anım
günüdür.
Gülsüm
Həftə içi.- 2011.- 30
aprel-2 may.- S. 1, 12.