Vaqif Mustafazadə və "kapitalist musiqisi" caz
Dahi cazmen səhnədə
konsertinin deyil, həyatının son akkordlarını
vurur
Bakı musiqisinin xəmiri cazla yoğrulub. İlin hər fəslində Bakı havasından bir caz ətri gəlir.
Caz əsl bakılının musiqisidir.
Caz not deyil, bir başa improvizədir.
Bu musiqi janrının
tarixi ötən əsrə, vətəni isə okeanın o biri başına- Nyu-Orlena getsə də, heç də bizə yad musiqi deyil.
Hələ ötən
əsrdə Niyazi və Tofiq Quliyev,
ardınca isə Rauf Hacıyev - üç bakılı cazmen tərəfindən idarə olunan kollektivdə möhtəşəm
caz nümunələri
ifa olunurdu.
Ancaq cazın azad ifası cəmi bir il çəkir.
40-cı illərdə Stalin caza "kapitalist musiqisi" damğası vurur. "Kapitalist musiqisi" qadağan edildikcə daha da sevilirdi. Bakı
restoranlarından eşidilməsə
də, tək-tük evlərdən bu musiqinin sədaları gəlirdi. 50-ci illərdə
yoxa çıxmış
caz gənc bir bakılı oğlanın timsalında
yaddaşlara qayıdır.
Həm də yeni üslubda. Əvvəllər onun ifalarını heç kəs duymurdu. İndi o, dünya caz musiqisinin səlnaməsinə əbədi
həkk olunub-Vaqif Mustafazadə...
"Sizin kimi blüz
çala bilməyi çox istərdim"
Onun geyimi, saç düzümü, hərəkətləri
də həmyaşıdlarından
fərqlənirdi. Öz
vətənində sevilməyən
Vaqif əcnəbi ölkələrdə mükafatlara
layiq görülürdü.
Bir gün Mustafazadə Monokoda keçirilən caz festivalına dəvət edilir. Festivalın fərqi onda idi ki, burada
ifaçının adı,
bəstənin müəllifi
və təmsil etdiyi ölkənin adı anonim saxlanırdı. Yalnız
qalibin adı sonda açıqlanacaqdı.
Yüzlərlə yad
adlar içində bizə doğma "Azərbaycan. Vaqif Mustafazadə" səslənir.
O, festivalın ən yüksək mükafatına
layiq görülür.
Vaqif Azərbaycanda və dünyada ilk "caz-muğam" janrının
əsasını qoyur.
"Bibop" və
"modern-caz"ın əsasını
qoymuş trubaçalan
Dizzi Gillespi Vaqif Mustafazadəni dinlədikdən sonra deyir: "Onun musiqisi, sanki, başqa planetdəndir. Bu,
gələcəyin musiqisidir".
Bu, hələ uğurun
başlanğıcı idi.
Az sonra dünya rok musiqisinin banisi Bi Bi Kinq də
Vaqifin ifasına heyran qalır. Günlərin birində təsadüfən rastlaşan
musiqiçilər çox
səmimi görüşür
və Kinq Vaqifə "Cənab Mustafazadə, məni
"blüzün kralı"
adlandırırlar. Ancaq
sizin kimi blüz çala bilməyi çox istərdim" deyir. Budur, artıq Bakıda caza qadağa yox idi, bununla belə
Vaqif dəyərləndirilmir,
hətta təqib olunurdu. Dünya mətbuatında onun haqqında çox eşitmək olardı.
ABŞ-da "Caz-Taym"
radio proqramının müəllifi
Uillis Konnover: "Vaqif qeyri-adi pianoçudur. Onun tayı-bərabəri yoxdur",
- bildirmişdi.
Bakılıların sevmədiyi
bakılı cazmen
Mustafazadənin
uğurları Tallində
davam edir. Konsert rəhbərliyi ondan burada qalmağı
xahiş edir. Amma Vaqif festivaldan
sonra Bakıya dönür. Bakıda isə yenə onu laqeydlik, biganəlik, soyuqluq gözləyirdi. Nəhəng
cazmen bunlara məhəl qoymadan, 1969-cu
ildə Bakıdakı
caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyən həmvətənləri
isə canfəşanlıqla
onun əleyhinə təbliğat aparatını
işə salırlar.
Vaqifin yaradıcılığını
milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirirlər.
Onun televiziyada solo konsert vermək cəhdləri də boşa çıxır.
Hətta ona qarşı sui-qəsd təşkil olunur. Xoşbəxtlikdən sağ
qalır. Nəhayət,
cazmen Daşkənddə
konsert vermək qərarına gəlir. Konsertə yüksək səviyyədə hazırlaşan
Vaqif səhnəyə
son dərəcə əsəbi,
incimiş, bütün
bu haqsızlıqlardan
boğaza yığılmış
halda çıxır.
Çünki Daşkənddə
konsertin təşkilatçıları
onu aldatmışdılar.
Bakıda hazırlanan
afişalar "Daşkəndin
küçə və
meydanlarında asılıb"
vəd etsələr də, konsertlə bağlı bir elana da rast
gəlinmir. Hətta musiqi sevənlər də Vaqifin konsertindən bixəbər
idi. Zalda gözə tək-tük adam dəyir və onlar da
konsertdən təsadüfən
xəbər tutmuşdular.
Buna baxmayaraq, Vaqif
piano arxasına keçir
və ifa etməyə başlayır.
Konsert zamanı bərk stress keçirən
cazmen konsertdən bir neçə saat sonra güclü
ürək ağrıları
keçirib və ürəyi dayanıb.
Atasının ölümü
barədə qızı
Əzizə Mustafazadə
öz qeydlərində
yazır:
"Həyatımdakı
bəzi hadisələr
çox qəribədir.
Atam mənim 10-cu ad günüm ərəfəsində
vəfat etdi. 1979-cu il idi. Bizim
ailəmizə məxsus
tarixi günlər bir-birinə çox bağlıdır. Anam 17 dekabrda doğulub. Mənsə 19 dekabrda doğulmuşam. Atam 16 dekabrda vəfat edib, 18-i isə torpağa tapşırmışıq.
Bu tarixlər- 16, 17, 18, 19 - ailəmizin bütün kədər və şən günlərini
birləşdirir. Ümumiyyətlə,
mən ölümə
inanmıram. Bu, sadəcə
bioloji bir şeydir. Mənim üçün atam, sadəcə, Yer üzünü tərk edib. Mən hələ də onun enerjisini hiss edirəm ətrafımda. Bəzən mənə elə gəlir ki, o, mənim ətrafımda uçur. Elə konsertlər olub ki, onun
varlığını çox
güclü hiss etmişəm,
hətta deyərdim ki, görmüşəm.
Elə bil, ona toxunacaq kimi
hiss etmişəm. İnsanlar
atamın ölümü
ilə çox maraqlanırlar. Mənimsə
yadıma bunlar gəlir. Atam Daşkəndə konsert üçün gedəndə
(evi tərk edən vaxt) hamamımızda divardan asılmış güzgü
düşüb sındı.
Bəzi insanlar gülə bilərlər,
amma bu həqiqətdir.
Mən ağlamağa
və ona yalvarmağa başladım:
"Getmə bu səfərə". Əlbəttə,
mən başa düşmürdüm nələr
baş verəcəyini.
Amma yalvarırdım getməməsi üçün.
Axrıncı dəfə
onunla telefonla danışanda dekabrın
15-i idi. "Nə vaxt gələcəksən?
Səni sabah görmək istəyirəm"
dedim. O isə: "Yox, bu, mümkün
deyil, çünki mənim konsertim var. Amma əzizim, narahat olma. Qayıdacam
və ananın ad günündə birlikdə
olacağıq".
"Əzizə mənim üçün Cazizədir"
Onun üçün Azərbaycan
yox "Cazərbaycan",
Əzizə yox "Cazizə" vardı. O, hər şeyi cazla birləşdirirdi. Onun sonuncu konserti
ərəfəsində həkimlər
ona səhnəyə çıxmamağı tövsiyə
ediblər. Lakin o, israrla səhnəyə çıxmaq istədiyini
deyib. Zal, demək olar ki, boş olub.
Həmin gün Aşura günü qeyd olunurmuş Daşkənddə. İnsanlar
küçələrdə özlərini döyüb
İmam Hüseynin ölümünü yad edən vaxt atam səhnədə çıxış edirdi.
Konsertdən sonra güclü ürək ağrıları keçirib
və vəfat edib. Bəs nəyə görə bu günə planlaşdırılıb konsert?
Axmaq sovet sisteminə görə. Onlar həmişəki kimi hər şeyi
səhv edirdilər.
Bu sistem insanların həyatını, ürəklərini,
karyeralarını məhv
edib. Atam güclü stressdən vəfat edib. Onlar o qədər ağır konsert cədvəli hazırlayırdılar
ki ona! Xüsusən
də, elə günlər seçirdilər
ki, adam az gəlsin konsertə. Onu pərt etmək üçün əllərindən
gələni edirdilər.
Ənənəyə görə,
o gün (Aşura günü) konsert vermək olmazdı. Atam xaricdən, xüsusilə Amerika, Avropanın müxtəlif
ölkələrində keçirilən
festivallara xüsusi dəvət alırdı.
Bir dəfə o, Finlandiyaya caz festivalına dəvət alır. Təyyarə qalxmağa az qalmış, ona yaxınlaşıb "Cənab
Mustafazadə, qayıdın.
Sizi kimsə gözləyir". Vaqifə
oyun oynamışdılar.
O, gəlib heç kimi tapmamışdı və beləliklə, həm təyyarəni, həm də festivala qatılmaq şansını itirmişdi.
Bu cür hadisələr
çox olub. Onun gedişini həmişə əngəlləməyə
çalışırdılar". "Dünyada ən çox anamı, boya-başa çatdığım
İçərişəhəri, bir də dənizi
sevirəm" deyən
Vaqif sənəti kimi, ömrüylə də bədxahlarına qalib gəlir. Vaqifin ölümündən
bu günə kimi ölkəsi onun adı ilə
şöhrət qazanmağa
çalışır.
Nigar İxtiyarqızı
Həftə ici.- 2011.- 13
avqust.-S.16.