"Mənim üçün insan həyatı hər şeydən üstündür"

 

  26 avqust - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

  

   Azərbaycan Prezidentinin həyat yoldaşı, ölkəmizin birinci xanımı, xalqımızın hərtərəfli inkişafı üçün böyük səy və arzu ilə çalışan Mehriban Əliyevanın çoxsaylı xidmətlərindən bir qəzet məqaləsində bəhs etmək təbii ki, mümkün deyil. Lakin həyata qədəm qoyduğu əziz doğum gününə ərmağan olması üçün ömür və fəaliyyətinin bəzi məqamlarına toxunmaqla yaddaşımızı rövnəqləndirmək istəyirəm.

   İlham Əliyev prezident seçilənə və onun ömür-gün yoldaşı kimi ölkənin birinci xanımı statusu alanadək Mehriban Əliyeva əvvəllər də xeyli layihələr həyata keçirib. 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Azərbaycanın dünya müstəvisində təkcə neftqazla zəngin dövlət kimi deyil, həm də musiqi, arxitekturas. kimi bir çox incəsənət və mədəniyyət sahələrində şedevrlər yaradan ölkə kimi təqdim olunmasına çalışıb. Bu məqsədlə təsis etdiyi "Azərbaycan: İrs" jurnalı müxtəlif dillərdə nəşr olunaraq dünyaya yayımlanıb, geniş oxucu kütləsinə çatdırılıb.

   Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndə yaxşı bilirdi ki, idmanın ən gözəl növlərindən biri olmasına baxmayaraq, çoxları gimnastikanı, o cümlədən bədii gimnastikanı perspektivsiz idman növü hesab edirdi.

   "Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuşdur və indi də belədir. İslamın da, digər dünya dinlərinin də təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri məhz bu mənəvi prinsiplərdir... Xeyriyyəçiliyin çox ehtimal ki, zərdüştlik dövrünə gedib çıxan təzahürləri əsrlər boyu müqəddəs sayılaraq, ehtiram bəslənən bir mənəvi-əxlaqi kodekslə bağlıdır: "Xoş söz, xoş niyyət, xeyirxah əməl". Hələ dahi Nizami deyirdi ki, nə vermisənsə, o, sənindir..."

 

   MEHRİBAN ƏLİYEVA

  

   Qızları bu idman bölmələrinə buraxmırdılar, beynəlxalq yarışlarda nəinki qalib gəlməyə, heç iştirak etməyə də ümid yox idi.

   Xanım Əliyevanın konstruktiv tədbirləri öz müsbət nəticəsini verdi. 2003-cü ildən etibarən Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışları keçirilməyə başlandı. Bunun sayəsində 2005-ci ildə ölkəmizdə ilk dəfə Dünya Çempionatını, 2007-ci ildə isə Avropa birinciliyini keçirmək hüququ əldə olundu. O vaxt Azərbaycan tarixində ilk dəfə Avropa yarışlarında qızıl medal qazanıldı. Sonra Azərbaycan yenə tarixdə ilk dəfə olaraq Afina Olimpiadasında iştirak etmək üçün lisenziya aldı. Pekində isə Azərbaycanın idmançı qızları gimnastikanın həmişə çox güclü olduğu İtaliya və Bolqarıstan kimi ölkələrin komandalarını geridə qoydular.

   Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladıqdan sonra fondun prioritet istiqamətləri təhsil, səhiyyə, mədəniyyət və sosial sahələr olub. Azərbaycanın milli musiqisinin, muğamının şöhrət sədası yeni istiqamətdə dünyaya ucalıb. Respublikamızın ərazisində yüzlərlə yeni məktəb binaları, səhiyyə ocaqları, idman kompleksləri tikilib, yaxud təmir olunub. Uşaqların və böyüklərin sağlamlıqlarına qayğıkeşliklə yanaşılaraq, tibbi sahədə şoxsaylı layihələr işlənib, həyata keçirilib. Valideyn nəvazişindən məhrum olan, doğma ata-ananın şirin kəlmələrinə, ailə məhəbbətinin hərarətinə həsrət qalıb kiçicik qəlblərində sanki nisgil gəzdirən körpələr və azyaşlı uşaqlar Mehriban xanımın mərhəmətli nəfəsi ilə isinib. Mehriban xanım onlara əsl ana kimi dayaq olub. Onları həmişə axtarıb, soraqlayıb, ürəklərini həmişə sevindirməyə çalışıb. Taleyin sərt sınaqlarına erkən tuş gələn balalarımız daim Mehriban xanımın diqqət mərkəzində olub. Neçə-neçə fiziki cəhətdən nasaz olan uşaqlar onun köməkliyilə sağlam həyata qaytarılıb. "Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq. Gəlin unutmayaq ki, bizim qayğı və mərhəmətimizə ehtiyacı olan minlərlə kimsəsiz uşaqlar var", - deyən birinci xanımın mərhəmətinə sığınan xeyli böyüklər də onun himayəsindən, alicənablığından faydalanıb və indi də faydalanır. Həyatın keşməkeşli yollarında büdrəyən və həbsxana həyatına məhkum olan minlərlə insan Mehriban xanımın humanistliyi və ürəyigenişliyi ilə əfv olunaraq ailəsinə, doğmalarına qaytarılıb. Bu insanlar yenidən azadlığın şirin dadına qovuşub.

   Mehriban xanım Əliyevanın praqmatik fəaliyyəti tək Azərbaycanda deyil, xarici ölkələrdə də əksini tapıb. Onun rəhbərliyi ilə dünyanın məşhur tarixi abidələrində bərpa işləri aparılıb. Təbii fəlakətlərdən zərər çəkmiş insanlara dərhal kömək əli uzadılıb.

   "Azərbaycan-tolerantlıq məkanı" layihəsi Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutub. Tolerantlıq ənənələri və mədəni müxtəliflilik Mehriban xanımın dediyi kimi, əsrlər boyu Azərbaycanda mövcud olub. Bu ənənələr məscid, sinaqoqpravoslav kilsələrinin bərpasına dəstək verən fondun fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda yəhudi uşaqları üçün təhsil mərkəzinin açılması, Pakistanda zəlzələ nəticəsində dağılan qızlar məktəbinin yenidən tikilməsi, həmçinin Strasburq kilsəsinin rəngli şüşələrdən ibarət pəncərələrinin, Versalda memarlıq abidələrinin bərpası Heydər Əliyev Fondunun töhfələri olub.

   Mehriban xanım qeyd edir ki, Azərbaycan müasir dünyəvi, müsəlman dövlətidir. Son dərəcə tolerantlığı ilə seçilən bu dövlətdə müxtəlif dinlərin nümayəndələri birlikdə rahat yaşayır, burada diniya etnik zəmində problemlər yaranmır. Müasir dünyada belə ölkənin nümunəsi çox vacibdir. İndiki dövrdə Qərb-Şərq dialoqunun əhəmiyyəti son dərəcə aktualdır. Buna görə də xoşməramlı səfir kimi onun vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu imkanları göstərməkdir. Göstərilməlidir ki, biz, yəni Qərb və Şərq müxtəlif sivilizasiyalar kimi bir-birimiz üçün nə dərəcədə maraqlı və faydalı ola bilərik.

   Azərbaycan həqiqətləri Mehriban xanımın simasında özünəməxsus ciddiliyi ilə dünya xalqlarına çatdırılıb. 20 yanvar, Xocalı soyqırımı faciələrinin xalqımızın ürəyinə vurduğu yaraları xanım Əliyeva ən yüksək tribunalardan bütün tərəqqipərvər bəşəriyyətə çatdırıb. Onun səsi həm də bir qadın, ana kimi dünya qadınlarının, analarının ürəyinə yol tapıb, insanları düşündürüb.

   Mehriban xanım sevimli ana kimi üç ağıllı, tərbiyəli övlad böyüdüb. Qızları LeylaArzu Londonda təhsil alıb. İndi onlar 5 dildə, doğma Azərbaycan dilindən savayı, rus, ingilis, ispan və fransız dillərində sərbəst danışırlar. Ailənin son beşiyi, ulu öndərimizin adını yaşadan, son dərəcə zəkalı Heydər isə orta məktəbdə oxuyur.

   Artıq Mehriban xanım gənc nənədir. Leylanın və Eminin ailəsində Əli və Mikayıl adlı gözəl balalar böyüyür. Ailədə rus dilinin uyğunluğuna baxmayaraq, körpələr Azərbaycan kəlmələri ilə dil açıb. İnşallah onlar da böyüyüb xalqının ləyaqətli övladları olacaqlar.

   Mehriban Əliyeva həm də Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin inkişafında böyük xidmətlər göstərməkdədir. Bu sahədə önəmli yerlərdən birini də Azərbaycanda rus dili və mədəniyyətinin qorunub saxlanılması, inkişafı təşkil edir. Bu barədə Mehriban xanım "İzvestiya" qəzetinin müxbiri Oleq Siqanovun sualına cavab verir:

   - Sizin çıxışlarınızı (eləcə də həyat yoldaşınızın çıxışlarını) dinləyənlər rus dilini gözəl bildiyinizi qeyd edirlər. Hazırda Azərbaycanda rus dili ilə əlaqədar vəziyyət necədir və o, məişətdə nə dərəcədə yayılıb? Rus məktəbləri necə fəaliyyət göstərir? Rus dili Azərbaycan üçün nə deməkdir?

   - ... Rus dili bizim üçün əvvəlkitək təkcə böyük rus mədəniyyətinin dili deyil, həm də ünsiyyət və informasiya almaq vasitəsidir. Şəxsən mənim üçün istər sovet dövründə, istərsə də indi "İnostrannaya literatura" jurnalı dünya ədəbiyyatının müxtəlif əsərləri ilə tanışlıq imkanıdır. Əlbəttə ki, indi gənclər rus dili ilə yanaşı, digər xarici dilləri də fəal öyrənirlər. Bu, normal meyildir. Amma bir çox nəsillərin səyləri ilə toplanmış çox böyük tarixi təcrübə, mədəniyyətlərin dialoqunun verdiyi belə gözəl nəticələr bizim üçün son dərəcə qiymətlidir. Azərbaycanda bu gün də ziyalıların xeyli hissəsi Rusiya elitası ilə elmi əlaqələri və yaradıcılıq əlaqələrini nəinki saxlayıb, həm də rus dilindən kifayət qədər fəal istifadə edir. Rus dilində yazan Maqsud İbrahimbəyovun yaradıcılığı buna ən parlaq misaldır...

   20 dekabr 2007-ci ildə Moskvadakı dəbdəbəli RİTZ-KARLTON otelində yeni nəşr olunan "Baku" jurnalının təqdimat mərasimi keçirildi. Mərasimin xüsusi dəvətli qonağı olan Mehriban xanım Əliyeva nəşrin birinci nömrəsinin "qəhrəmanı" oldu. Otelin foyesində rus və Azərbaycan jurnalistlərinin suallarını cavablandırarkən "Jurnalın Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə nə kimi əhəmiyyəti var" - sorğusuna Mehriban xanım dedi: "Bizim ölkələrimizi bir-birinə uzun illik mehriban qonşuluqdostluq birləşdirir. Hər kəsə Rusiyanın Azərbaycandakı ili ilə Azərbaycanın Rusiyadakı ilinin necə müvəffəqiyyətlə keçdiyi məlumdur. Mən bu jurnalın nəşri ilə yaxşı ənənələri davam etdirməyimizə şadam. "Baku" mədəni dialoq baxımından böyük rol oynayacaqdır. Sizə Azərbaycanın bu gün dinamik olaraq inkişaf edib regionda lider mövqeyində olması, iqtisadi inkişaf tempinə görə isə artıq üç ildir ki, dünyada aparıcı yerlərdən birini tutması bəllidir. Bütün bu müsbət prosesləri görmək və dinamikanı hiss etmək üçün bizim paytaxt şəhərimiz - Bakını görmək və mənim sözlərimin haqlılığına əmin olmaq gərəkir. Bu gün şəhərdə böyük inşaat işləri aparılır, yollar, körpülər salınır, məktəblər və yaşayış binaları tikilir, bütün teatr və muzeylər, tarixi abidələr bərpa edilir. Zənnimcə, bütün bu hadisələr yeni jurnalın səhifələrində öz əksini tapacaq və nəinki Rusiyada yaşayan həmyerlilərimizdə, həmçinin də rus oxucusunda maraq doğuracaq. Mən bu jurnalın bizim Rusiya ilə olan münasibətimizə mədəni töhfə bəxş edəcəyinə əminəm. Bununla yanaşı, jurnalın konsepsiyası elə bir şəkildə qurulmuşdur ki, o, nəinki Bakıda baş verən hadisələri işıqlandıracaq, həm də Rusiyanın, xüsusilə də Moskvanın mədəni həyatını əhatə edəcək. Azərbaycan oxucusu üçünrus paytaxtının mədəni həyatı haqqında məlumat almaq maraqlı olacaq".

   Azərbaycanın birinci xanımı Avropa ilə əlaqələrin inkişafına da yüksək qiymət verərək deyir: "Azərbaycanın Avropa ilə çox güclü münasibətləri vardır. Avropa İttifaqına üzv dövlətlər ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqlı fayda və hörmətə əsaslanır. Artıq on ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bizim münasibətlərimiz uğurla inkişaf ediryeni mərhələyə qədəm qoyur. Ümidvaram ki, "Şərq tərəfdaşlığı" proqramı Azərbaycan ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığa gətirib çıxaracaqdır".

   Bu fikirlərə Mehriban xanımın bu ilin fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasimdəki çıxışından bəzi məqamları da əlavə etmək yerinə düşərdi: "...Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmamış problemin mövcudluğu şəraitində əldə edib. Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır".

   Çoxlarını maraqlandıran sualdır: "Müasir Azərbaycanda qadının ictimai fəaliyyətdə, peşə sahəsində fəal rol oynamaqla yanaşı, həyat yoldaşı və ana, ailə ocağının qoruyucusu kimi ənənəvi rolunu saxlaması çətindirmi?" Mehriban xanım cavabında deyir ki, bu gün Azərbaycan qadını həqiqətən cəmiyyətin tamhüquqlu üzvüdür. O, ictimai həyatda kişilərlə bərabər iştirak edirbunun üçün hər cür imkan var. Kişilərlə bu rəqabət mübarizəsində qadınlar daha çox iştirak etmək arzusuna görə, öz lider keyfiyyətlərinə görə geri qalırlar. Lakin bu, hələlik belədir. Biz bu vəziyyəti dəyişmək üçün qızlarımızda sözün həqiqi mənasında məktəb partasından başlayaraq özünə, öz qüvvəsinə inam hissi tərbiyə etməli, peşə fəaliyyətində və ictimai həyatda kişilərlə rəqabət aparmaq üçün malik olduqları perspektivləri onlara göstərməliyik.

   Suallar davam edir, dünya mətbuatını Azərbaycanda qadının siyasətlə məşğul olmasına necə baxılması maraqlandırır:

   - Siyasətdə qadınlara heyran olurlar, lakin çoxları hesab edirlər ki, bu, qadın işi deyil. Sizcə bunun səbəbi nədir?

   Mehriban Əliyeva:

   - Səbəb çoxdur. Hamısına aydınlıq gətirmək üçün gender məsələsinin siyasi təhlili lazımdır. Qısaca, görünür ki, siyasət insandan özünü artıq dərəcədə həsr etməyi tələb edir. Qadın üçün bu cür həsretmə daha çox emosional sahədə təbiidir. Sevgidə, ailədə, analıqda.

   - Sizin fikrinizlə qadın siyasətçi hansı xüsusiyyətlərə malik olmalıdır? Onun kişi siyasətçilər qarşısında hansısa üstünlükləri varmı?

   Mehriban Əliyeva:

   - Əvvəla o, siyasətə hansı məqsədlərə nail olmaq üçün gəldiyini dəqiq anlamalıdır. Öz bacarıq və imkanlarını ağılla qıymətləndirməlidir. Qoyulmuş məqsədlərə çatmaq üçün kifayət qədər gücüsağlam ambisiyaları olmalıdır. Fikrimcə, siyasətin özündə sual qoyuluşu o qədər sərtdir ki, heç bir üstünlükdən söhbət gedə bilməz...

   Deyirlər mərhəmət sahibi olan, insanlara həssas ürəklə yanaşan bəndələri Ulu Tanrı çox sevir. Sönmüş həyata nur bəxş etmək, xalqının işinə yaramaq, millətinin sabahı üçün çalışmaq, dostluq və qardaşlıq ənənələrini yaşatmaq özü əsl mənəvi xeyriyyəçilik amallarıdır. Bu, hər bir Azərbaycan övladının tale şüarı olmalıdır. Xanım Əliyevanın dediyi kimi, başlıca məsələ heç vaxt, heç bir şəraitdə ləyaqətini itirməmək, öz vicdanı ilə alver etməməkdir. İnsan özündən razı olmayanda onun yaşaması xeyli asan olur. Bir də əlbəttə, xeyirxah əməllər sahibi olmağa çalışmaq lazımdır. Ona görə ki, ömür qısadır və daha çox xeyirxah işlər görməyə çalışmaq lazımdır...

   "Sevgi. Mərhəmət. Bu, bəşərin nicat yoludur." - Əslində haqqın, ədalətin yolunu gənc nəslə tövsiyə edən Mehriban xanım Əliyevanın bu fikirlərini təsadüfən sonluğa gətirmədim. Bu sözlər mənim yadıma əsl insanlıq məktəbi olan dahilərin kəlamlarını saldı.

   Viktor Hüqo deyirdi ki, insan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.

   Vasili Aleksandroviç Suxomlinski etiraf edirdi ki, başqalarının qayğısını çəkə-çəkə ömrünü başa vuranlar ən gözəl, ən xoşbəxt insanlardır.

   Mir Möhsün Nəvvab bildirirdi ki, insanlıq və mədəniyyət gözəl geyimdə deyil, bəlkə gözəl xasiyyətli, xoş təbiətli, kəramətli və səxavətli olmaqdadır.

   Henri Uord Biçer yazırdı ki, hər yardım cənnətə doğru bir addımdır.

   İmam Bağır hədislərinin birində söyləyir ki, Allah-Təala dünyanı həm sevdiyi adama verir, həm sevmədiyi adama; dini-imanı isə yalnız sevdiyi adama verir.

   Platonun yadigar sözləridir: "Xeyirxahlıq etməkdə ehtiyacı olanların xahişini gözləmə, onlar deməmiş, sən öz kömək əlini uzat".

   Dünyada özünü həm siyasətçi, həm ictimai xadim kimi təsdiq edən Mehriban xanımın dedikləri onu həm də bir xeyriyyəçi kimi sevdirir: "Mən humanizmin tərəfdarıyam və mənim üçün insan həyatı hər şeydən üstündür".

   Bəli, bütün ucalıqlara, kürsülərə, siyasətin, elmin, mədəniyyətin zirvələrinə gedən yol ilk növbədə məhz insan həyatının hər şeydən üstün olması üçün humanizm kimi şərafət məktəbindən keçməlidir. Bu böyük məktəbin ləyaqətli yetirməsi olan Mehriban Əliyeva isə bütün Şərq və Qərb xanımlarına gözəl nümunədir.

  

 

  Reyhan Mirzəzadə,

  publisist-politoloq

 

  Həftə ici.-2011.-24 avqust.- S.1-3.