At muraddır...

 

İdmanın atçılıq novü ilə məşğul olanları murada çatdıran elə atlardır

Son illər Azərbaycanda atçılıq idman növünə marağın artdığı müşahidə olunur. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində bir neçə klub fəaliyyət göstərməsi də ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Atçılıq idman növünün genişlənməsi yüksək keyfiyyətli atların yetişdirilməsi tələbini də irəli sürür. Təsadüfi deyil ki, orduda da atdan geniş istifadə olunur. Mənbələrdə Azərbaycan Respublikasında atçılığın hazırkı vəziyyəti ilə bağlı atların sayının artaraq 71 min başa çatdığı qeyd edilir. Bu, 1995-ci ilə nisbətən 27 min başya 61 faiz çoxdur.

   Əvvəlcə atçılığın tarixi barədə. Hələ qədim dövrlərdən at kənd təsərrüfatının ən mühüm sahəsi olmaqla yanaşı, o həm də minik vasitəsi kimi əvəzsiz "nəqliyyat" rolunu oynayırdı. Atçılıq AvropaAsiya ölkələrində eramızdan əvvəl IV minillikdə yaradılıb. Afrikaya atlar kiçik Asiyadan II minillikdə, Amerikaya isə XVI əsrdə gətirilib.

   Atçılığın idman növü kimi tarixi də qədimdir. Hələ eramızdan əvvəl 680-ci ildə olimpiya oyunlarında döyüş arabaları iştirak edib. Eramızdan əvvəl 684-cü ildə atla cıdıra çıxmaq isə olimpiadanın proqramına daxil edilib. Atçılığın inkişafı prosesində 3 əsas at növü yaranıb ki, onlardan minik, çalışqan və ağır yükdaşıyıcı kimi istifadə olunub. Dünyada 1930-cu ildə 120 milyon baş, 1947-1952-ci illərdə 79,7 milyon, 1970-ci ildə isə 66,3 milyon baş at olub. Hazırda dünyada 200-dən çox at cinsi mövcuddur. Atçılıq yarışları isə əsl mübarizə meydanıdır. Bu idman növü üzrə yarışlar maneələri dəfetmə, atla ovetmə, atla xizək, məsafəni qətetmə, cıdır və digər növlərdə keçirilir.

  

   Qarabağ,Dilboz, Quba, Şirvan...

  

   Azərbaycanda isə atçılıq qədim zamanlardan qalma peşədir. Hətta Herodot yazır ki, Midiyada Nise adlanan geniş vadidə çox şahanə atlar saxlayırlar. Qədim Albaniyada da atçılıq yüksək səviyyədə inkişaf edib. Adıçəkilən tayfalar atdan orduda və təsərrüfat işlərində geniş istifadə ediblər. Akademik B.A. Kaufman ölkəmizin ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir.

   Mənbələrdə ərəb alimi İbn-Xəuqəl XII əsrdə yazır ki, Azərbaycan atları böyük şöhrət qazandığı üçün onların İran, İraq, Hindistan, Misir, Suriyabaşqa ölkələrdə də böyük tələbatı olub. Rus alimi İ.İ.Kalugin Azərbaycan atlarının tarixinin eramızın I əsrinə gedib çıxdığı qənaətindədir. Qədim yunan tarixçisi Strabon alban atlarının çox ucaboy olduğunu yazır. Tarixçilərin isə Azərbaycan ərazilərində gedən müharibələrdə süvari orduların iştirakını təsvir etməsi çox bildirilir.

   Orta əsrlərdə Azərbaycan atlarının yüksək qiymətləndirildiyi qeyd edilir. Ərəb mənbələrində göstərilir ki, Azərbaycan atına İranda, İraqda Suriyada tələbat çox olub. Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişərək bir sıra yerli at cinsləri əmələ gəlib. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba Şirvan atları geniş yayılıb. Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli "Zaman" adlı kəhər bağışlayıb. Hətta Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndiriblər. Azərbaycan atları dağlıq ərazidə yaşamağa uyğunlaşan minik atlar olub. Qədim zamanlardan Azərbaycanın müxtəlif - Qarabağda, Qubada, Bakıda, Qazaxda digər bölgələrində yetişdirilən at növləri hazırda da mövcuddur.

   İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli - monumental kompleks dəqqəti cəlb edən abidələrdəndir.

  

   Qarabağ atları daha çevik cəlddir

  

   Son illərdə atçılığın inkişafına nəzər salmaq məqsədilə yolumuzu Cıdır Meydanından salıb orada bəslənən atların şəraiti ilə tanış olduq. Təlimçi Natiq Orucov nalbənd Tofiq Qasımovla birgə tövlələrə baş çəkdik. İlk gördüyümüz atlar Qarabağ atı oldu. Natiq müəllim bildirdi ki, Qarabağ atları qızıl qızılı kürən rəngdə olurlar. Onun sözlərinə görə, Qarabağ atlarının başında nişan, bel hissəsində isə qara kəmər olur. Onların hündür boya malik olduğunu bildirən təlimçi atların boyunun 148-150 santimetr olduğunu söyləyir: "Qarabağ atları çevikliyinə cəldliyinə görə seçilir. Avropada Qarabağ atlarına maraq daha çoxdur. Ona görə ki, onlarda çeviklik, cəldlik manevr etmək imkanları var. Həm bu atlar yiyəsinə daha çox etibarlıdır".

   Natiq Orucov əsasən, Dilboz atlara təlim verir. Dediyinə görə, bu atlar bir qayda olaraq, boz, boz göy, rəngli olurlar. Bu atların döş qolları Qarabağ atlarınkından daha uzundur. Müsahibimizin söylədiyinə görə, bu atların da Qarabağ atları ilə qohumluğu var: "Burada onlardan başqa ərəb, ingilis, axatekin atları da yetişdirilir. Hər atın öz üstünlüyü var. Bu gün burada 300-dən çox at var. Dövlət Sərhəd Qoşununda 25 başdan çox damazlıq atlar saxlanılır. Klublar çoxdur. Bunlar hərəsi bir idman növünün təmsilçisidir. Qaçış üçün atlar Dilboz, Qarabağ, ingilis atları münasibdir. Sıçrayış üçün hazırda bizə Avropadan gəlmə atlar təlim görülür".

   Natiq Orucov onu da bildirdi ki, atlar daha hündür olanda onların çevikliyi müəyyən qədər itir. Onun sözlərinə görə, Qarabağ atlarının boyu 152 santimetrdən hündür olanda yaxşı at sayılmır. Çünki hündür boyluluq atlara manevr etməyə imkan vermir.

   Burada həmsöhbət olduğumuz təlimçilər o fikirdədirlər ki, atçılığın lazımi səviyyədə inkişaf edə bilməsi üçün bu sahəyə diqqət maliyyə təminatı artırılmalıdır. Yarışların tez-tez keçirildiyini bildirən Natiq Orucovun sözlərinə görə, hər yarışda 6-7 at yarışa qatılır.

  

   Atların qida rasionu:arpa, qoz, günəbaxan,qarğıdalı, alma...

  

   Cıdır Meydanında çalışan çaparlar atların bəslənməsi ilə məşğul olan təsərrüfat işçiləri isə atların bəslənməsi prosesindən danışırlar. Məlum olur ki, buradakı atlar arpa, qoz, günəbaxan, qarğıdalı kimi yem məhsulları ilə qidalanır. Üstəlik atlara hər gün alma da verilir. Bundan başqa, atlar dırnaq, əzələ üçün vitaminlərlə təmin olunur. Təlimçilər bildirirlər ki, bir gün ərzində at 8-10 kiloqram otla, 5-6 kiloqram qüvvəli yemlə qidalandırılır. Tərkibində qoz vitaminlərin olduğu qüvvəli yemlər isə xaricdən gətirilir. Ümumilikdə ay ərzində hər at bir kisə vitaminli yem yeyir. Bu yemin qiyməti isə 120 manatdır.

   Natiq Orucov hər gün atlar üçün 30-35 dəqiqəlik məşqlərin keçirildiyini bildirdi. Onun sözlərinə görə, məşq saatlarında atların yerləri təmizlənir, döşəməyə "apelka" səpilir. Yarışan atlara isə saatlarla təlim keçirilir. Qaçış məsafəsi isə atların yaşlarına görə müəyyən edilir. Məsələn, iki yaşı olan atlar 1000-1600 metr, üçyaşarlar 1600-3000 metr, dördyaşarlar isə 1800 metrdən 4000 metrədək məsafə qaçırlar.

  

   1650 metrlik qaçış dairəsi

  

   Müsahibimiz hər atın öz üstün cəhətlərindən söhbət açır. Təlimçi ən çox Qarabağ atlarına üstünlük verildiyini bildirir: "Avropada keçirilən yarışlarda Qarabağ atları hər zaman özünü yüksək nəticələrlə göstərib. Düzdü Avropadan bizə gələn atlar var. Lakin özümüzdə hazırda elə atlar yetişdirilir ki, Avropadan gələn atlardan da yaxşıdır".

   Cıdır üçün hazırlanan Dövlət Sərhəd Qoşunlarının atlarına da baş çəkdik. Natiq Orucov həmin atların cıdır yarışlarında hazırlanan atların olduğunu deyir. Onun sözlərinə görə, bu atları yalnız 55-60 kiloqram çəkisi olan şəxslər sürə bilər.

   Xatırladaq ki, at çapmaq, böyrək, dalaq onurğa sütunlarında olan xəstəliklərə xeyirlidir. Görünür, elə bu səbəbdəndir ki, səhhətində problemləri olan sadə vətəndaşlar tez-tez burada at çapmağa gəlir.

   Yeri gəlmişkən, Cıdır Meydanında atların qaçış dairəsinin 1650 metrdir. Sərhəd Atçılıq Mərkəzində nalbənd işləyən Tofiq Qasımov bildirir ki, bu sahədə biliyini təcrübəsini artırmaq üçün 3 ay Belçikada, 1 ay Türkiyədə təhsil alıb. Onun sözlərinə görə, Elçin Quliyev Atçılıq Federasiyasının prezidenti təyin olunduqdan sonra təsərrüfatın baytar həkimi nalbəndi xaricdə təhsil alaraq Azərbaycana qayıdıb.

   Orada olarkən hər tövlədə 8-10 atın bəzi tövlələrdə isə 5-6 atın saxlanıldığının şahidi olduq. Çaparlar bildirirlər ki, hər gün 20 ata 4 nəfər xidmət edir. Hazırda Dövlət Damazlıq Təsərrüfatlarında 347 baş at yetişdirilir. Cıdır Meydanında isə hər il 60 başa qədər damazlıq at sınaqdan keçirilir.

  

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 8 dekabr.- S. 1;5.