Elektron kitabxanaların sayı artıb
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Gəncə şəhər
rabitəsinin NGN texnologiyası əsasında qurulması
şəhərdə bütün sahələrin
inkişafına təsir edib. Belə ki, şəhərdə informasiya
və kommunikasiya texnologiyalarının müasir tələblərə cavab verməsi sakinlərin elektron
xidmətlərə çıxış imkanlarını
artırıb. Hazırda Gəncənin elektron
kitabxana sistemində kitabların sayı
10 mini keçib. Bu ilin əvvəlində
6 minə yaxın kitab elektron
kitabxanaya daxil
edilmişdisə də, ilin sonuna bu rəqəm 4 min də artaraq, 10 minə
çatdırılıb. Artıq kitabxanaya
verilən bütün kitabların elektron forması hazırlanaraq bazaya
yerləşdirilir. Ölkənin ikinci
şəhərinin sakinlərinin elektron kitabxanaya marağı artıb. Belə ki, il ərzində Gəncə
Şəhər Mərkəzi Kitabxanasından 61 minə
yaxın oxucu istifadə edib.
Gəncədə bir mərkəz, bir uşaq və 23 kitabxana filialı oxuculara
xidmət göstərir.
Təbriz Vəfalı
Həftə içi.- 2011.- 16 dekabr.- S.
6.