"Qarabağ xalçası toxunmur"
Aybəniz Cəfərova:
"Ermənilər çeşidlərimizi oğurlayıb, Qarabağ xalçasını toxuyaraq
öz adlarına çıxırlar"
Qarabağın
atributlarından biri də Qarabağ
xalçalarıdır. Çoxsaylı çeşidləri
ilə seçilən Qarabağ
xalçalarının hər bir
naxışı nənələrimizin yaratdıqları sənət
əsərləridir. Bu xalçaların
tarixi də qədim və uludur.
Xalçaların hər bir ilməsində
ulu nənələrimizin
yaratdıqları bədii obrazlar, sevinc hissiləri duyulur. Qarabağ xalçaları bədii tərtibatı
olduqca gözəldir. Bu
xalçaların digər xalçalardan üstün cəhəti odur
ki, analarımız bu
xalçaları zərif barmaqları ilə, yaradıcı təxayülləri
ilə qızlarına cehiz toxuyardılar.
Elə bu xalçaların da aqibəti Qarabağın taleyinə bənzəyir.
Ağdam
Xalçaçılıq Fabrikinin uzun müddət direktoru vəzifəsində
çalışan Aybəniz Cəfərova ürək
ağrısı ilə Qarabağ xalçalarının
taleyindən danışdı: "1947-ci ildən Ağdamda
Qarabağ Xalçaçılıq Birliyi fəaliyyət
göstərib. Professor, xalq rəssamı Lətif Kərimov biz im fabrikə tez-tez gələrdi və həmişə deyərdi
qızım, elə edin ki,
Qarabağ xalçaları toxunsun. Biz də bu vəzifəni uğurla
yerinə yetirilməsinə çalışardıq. Sovetlər Birliyi dövründə
sırf Qarabağ xalçaları
toxuyardıq. 1993 cü il
iyul ayının 23- də Ağdamın
işqalından sonra biz
Ağdam Xalçaçılıq Fabrikinin Bərdə şəhərindəki
filalında məskunlaşdıq və çətinliklə
də bu sənəti yaşatdıq. Çox təəssüflər olsun ki, Qarabağ
xalçasının sifarişini
azaltdılar. Indi Qarabağ
xalçası toxunmur. Qarabağsız, yəni
Quba, Şirvan
xalçalarını toxuyuruq. Qarabağ xalçası olduqca
gözəldir. Qədim xalçaların zərif ilmələrinə
tamaşa etdikcə bizi
keçmişə, döğma torpaqlara aparır. Bu xalçalar özü tarixdir. Qarabağın tarixi
elə bu xalçalardan
başlayır".
Aybəniz Cəfərova onu da deyir
ki, Qarabağ xalçalarının bu gün toxunması
üçün sifarişin verilməməsinin səbəbini
heç özləri də bilmir. Amma onun fikrincə, nədənsə, bu xalçaya ögey münasibət bəslənilir:
"Qırx ildir
xalçaçılıq sahəsində çalışan
Qarabağ xanımlarının incə, zərif
əlləri bu gün
nəyə görə Qarabağ
xalçasını toxumasınlar. Bu, hamımızı
ağrıdır. Heydər Əliyev Fondunun
pezidenti, millət vəkili Mehriban Əliyeva muğamlarımızı
yenidən xalqımıza qaytardığı kimi,
inanırıq ki, Qarabağ
xalçalarının toxunmasını da
bərpa edib, onu
qarabağlılara, bütün azərbaycanlılara
qaytaracaq. Qarabağ
xalçası bəzəkdir".
Aybəniz Cəfərova deyir ki,
Quba-Şirvan xalçaları Qarabağ xalçasından ilmələrinin
cıxlığına görə fərqlənir: "Amma hər
bir xalçanın öz gözəlliyi var. Ancaq bunların
içərisində Qarabağ
xalçası özünəməxsus gözəlliyi ilə
seçilir. Biz bu gün nəyin
bahasına olursa olsun Qarabağ xalçasını
yaşatmalıyıq. Çünki bu həm də siyasi xarakter daşıyır. Biz
Qarabağ xalçasını toxumaqla ermənilərə sübut
edirik ki, Qarabağ xalçaları kimi,
Qarabağ torpağı da
Azərbaycana məxsusdur. Məni ağrıdan da odur ki,
biz bu gün
Qarabağ xalçalarını toxumuruq. Amma ermənilər
çeşidlərimizi oğurlayıb Qarabağ
xalçasını toxuyaraq öz adlarına çıxırlar. Biz də yerimizdə susub
qalmışıq. Ermənilər nə qədər bizim çeşidləri oğurlayıb, toxusalar da, onların vurduğu ilmələrdə də
danışıqları kimi fərq olur, öz köbudluğu
ilə seçilir, onların uydurma və yalanları da
orada görünür.
Toxunuşdan hiss olunur ki, bu
sənət onlara yaddır. Yəni Qarabağ xalçalarındakı o zəriflik Qarabağ
xanımlarına məxsusdur. Və bu
xalçaların ilmələrini də ancaq
Qarabağ xanımları vura
bilər. Mən inanıram ki, ermənilər
yüz belə oyundan
çıxsa da, yalan
ayaq tutar, amma yeriməz deyiblər".
Müsahibim onu da bildirir
ki, Heydər Əliyev Fondunun
dəstəyi ilə Qarabağ
xalçaları məktəbi filmi
çəkilib. Aybəniz xanım rəhbərlik etdiyi 50 saylı Ağdam
Peşə Məktəbindən də söz
açdı: "Beş ildir
bu təhsil ocağına rəhbərlik
edirəm. Məktəbin nəzdində
xalçaçılıq qrupu
açılıb və xalçaçılıq
emalatxanası fəaliyyət göstərir. Emalatxana
toxuculuq dəzgahları, xammalla
təchiz olunub. Məktəbimizə
xalçaçılıq sənətini mükəmməl
bilən, təcrübəli müəllimlər cəlb edilib ki. onlar
gənclərimizə bu sənətin incəliklərini
öyrətməklə, onların bu sənətə
marağının artmasına çalışırlar".
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2011.-28 dekabr.- S. 7.