2 fevral Azərbaycan gənclərinin
günüdür
2 Fevral: bu günün vəsfini necə versək də, mahiyyəti yenə ondan üstün olacaq. Belə ki, bu gün Gənclər günüdür: Gənc olmaq-enerjinin və innovativ ideyaların bol olduğu bir sosial kütlə deməkdir. 1996-ci ildən hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci il fevrlın 2-si ümummilli lider, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb. 14 ildir bayram etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa ölkələrində də təqvimə Gənclər günü salındı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si "Gənclər günü" elan edilib.
Ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğı birbaşa dövlət siyasəti ilə bağlıdır. Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması qanunun əsasını təşkil edir. Gənclərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, ölkənin inkişafına və ümummilli problemlərinin həllinə səfərbər olunması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Azərbaycanımızı müstəqil bir dövlət olaraq inkişaf etdirən, ulu öndərimizin siyasi kursunu layiqincə yerinə yetirən prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafına lazımi yardım göstərir.
Müasir dünyada prioritetlik təşkil edən informasiyalaşdırma prosesi
bir sıra yeniliklə diqqəti çəkir. Belə ki, cəmiyyətlərin
informasiyaya olan ehtiyacı müxtəlif yeni proqressiv vasitələrlə ödənilir.
Həyatın müxtəlif sahələrində
ən yeni informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi də məhz informasiyaya olan ehtiyacının ödənilməsini şərtləndirən
amillərdəndir. Xalqın və
dövlətin elmi, mədəni-mənəvi inkişafında
çox mühüm amil kimi qiymətləndirilən
kitabxanalarda da müasir texnoloji nailiyyətlərin tətbiqi
məsələsində prioritetlər
müəyyənləşdirilib. Naxçıvan Dövlət Universitetinin
Elmi Kitabxanası da informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi,
dünya informasiya məkanına çıxışın
əldə olunması
baxımından kifayət
qədər nailiyyətlər
əldə edib.
Belə ki, kitabxananın "Avtomatlaşdırma və
mübadilə" şöbəsində
quraşdırılan 20 ədəd
kompüter dəsti vasitəsilə hər gün 200-ə yaxın tələbə və müəllim heyətinə
pulsuz xidmət göstərilir. Kompüterlər sürətli internet şəbəkəsinə
qoşulub. Şöbədə eyni zamanda İKT-dən istifadə üsullarını özündə
əks etdirən və xarici dillərə dair ədəbiyyatlar da istifadəçilərin ixtiyarına
verilib. "Avtomatlaşdırma
və mübadilə"
şöbəsinin əməkdaşı
2010-cu ildə Naxçıvan
Dövlət Universitetində
keçirilən "Elektron
Naxçıvan-5: nailiyyətlər, perspektivlər" adlı
konfransda iştirakçılara
WiFi-ni (simsiz internet şəbəkəsini) nümayiş
etdirən tələbələri
təlimatlandırıb. İnternet zalında
məlumat xarakteri daşıyan "Azərbaycan
internet qurumları", "Qarabağ, erməni terrorizmi, işğal olunmuş ərazilər,
"Azərbaycan soyqırımları",
"Azərbaycan mədəniyyəti,
tarixi, coğrafiyası,
ədəbiyyatı, incəsənəti"
başlıqlı internet resurslarının
əks olunduğu lövhədəki məlumatlar
daha da zənginləşdirilib.
İstifadəçilərə kitabxana fondundakı ədəbiyyatla
Beləliklə, dövlətimizin yüksək
qayğı və diqqəti nəticəsində
Azərbaycan Respublikasının
bütün universitetlərində,
o cümlədən Naxçıvan
Dövlət Universitetində
gənclərin mükəmməl
formalaşması üçün
lazımi şərait
yaradılıb. Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin sədri
Vasif Talıbovun universitet gənclərinə
130 ədəd noutbuk hədiyyə etməsi gəncliyimizə göstərilən
qayğının nəticəsidir.
Mən gənclərimizə müstəqil
Azərbaycanımızın inkişafı naminə görülən bütün
işlərdə müvəffəqiyyətlər,
nailiyyətlər arzulayıram.
Günay Hümbət qızı Vəliyeva
Həftə içi.- 2011.- 2 fevral.- S. 3.