"Əsassız
yoxlamalara son qoyulmalıdır"
Vergilər naziri Fazil Məmmədov müvafiq tapşırıqlar verib
Kollegiya iclasında
çıxış edən
vergilər naziri, 2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət başçısı cari
ildə ölkəmizin
sosial-iqtisadi inkişafının
əsas istiqamətlərini
müəyyənləşdirib, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin
qarşısının alınması,
dövlət orqanlarının
fəaliyyətində şəffaflığın
artırılması ilə
bağlı konkret tapşırıqlar verib.
Dövlət başçısının
Nazirlər Kabinetinin geniş iclasındakı çıxışında vergi
xidmətinin fəaliyyəti
üzərində xüsusi
olaraq dayandığını
iclas iştirakçılarının
nəzərinə çatdıran
vergilər naziri qeyd edib ki,
cənab İlham Əliyev vergilərdən
yayınanların sayının
hələ də kifayət qədər olduğunu, bu kimi hallarla mübarizənin
daha ciddi və məqsədyönlü
aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin,
nağd ödəmələrin
minimuma endirilməsinin
vacibliyini vurğulayıb:
"Ölkə başçısı
bu sahədə vəziyyətin inkişaf
etmiş ölkələrdəki
vəziyyətdən fərqlənməməsi
üçün 2011-ci ildə
köklü və əsaslı tədbirlər
görülməsini tapşırıb.
İqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının
alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
aparılan əsassız
yoxlamalara son qoyulması,
rüşvətxorluğa və
korrupsiyaya qarşı
daha ciddi və sistemli mübarizə aparılması
aidiyyəti dövlət
orqanlarının əsas
vəzifəsi kimi qarşıya qoyulub".
Bu məsələlərin Prezident
Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə
Komissiyanın geniş
iclasında da ətraflı müzakirə
edildiyi barədə məlumat verən nazir qeyd olunan
məsələlərin həlli
ilə bağlı vergi orqanlarının üzərinə böyük
məsuliyyət düşdüyünü
vurğulayıb.
2011-ci ildə
Vergilər Nazirliyi qarşısında qoyulmuş
vəzifələrin həllini
təmin etmək istiqamətində aparılan
işlər barədə
danışan F.Məmmədov
vergi bazasının genişləndirilməsi məqsədilə
bütün təsərrüfat
subyektlərinin pasportlaşdırılacağını,
vergilərin vaxtında
və tam həcmdə
ödənilməsinə nəzarətin
gücləndiriləcəyini, bu məqsədlə müasir informasiya-kommunikasiya
texnologiyalarından daha
geniş istifadə olunacağını, nağdsız
ödənişlərin stimullaşdırılması
və nağd şəkildə ödəmələrin
minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər
aparılması məqsədilə
müvafiq təkliflərin
hazırlanıb yaxın
vaxtlarda ölkə başçısına təqdim
olunacağını bildirib.
Vergi xidmətinin fəaliyyətində şəffaflığın
artırılması üçün son illər görülən
bəzi işlərə baxmayaraq, vergi əməkdaşları
tərəfindən yol verilən kobud neqativ halların
bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini
bildirən nazir, sistemdaxili nəzarətin və şəxsi
heyətlə aparılan işlərin gücləndirilməsinin
vacibliyini qeyd edib.
F.Məmmədov bildirib ki, ayrı-ayrı vergi işçilərinin
qanunla müəyyən
edilmiş vəzifələrinə
uyğun olmayan hərəkətləri vergi
ödəyicilərinin haqlı
narazılığına və
vergi orqanlarına etimadsızlığına səbəb
olur: "İlk növbədə
bu səyyar vergi yoxlamaları və ya operativ
nəzarət tədbirləri
aparılarkən Vergi
Məcəlləsinin tələblərinin
pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının
olması ilə bağlıdır. Ötən
il vergi orqanlarının vəzifəli
şəxslərinin attestasiyasının
keçirilməsinə, attestasiyanın
yekunlarına görə
müasir tələblərə
cavab verməyən, habelə vətəndaş
müraciətləri və
şikayətlər üzrə
aparılmış araşdırmalar
nəticəsində neqativ
hallara yol vermiş vergi işçilərinin sistemdən
kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ
də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb
edir".
Vergi orqanlarında
vətəndaş müraciətlərinə
mahiyyəti üzrə
baxılması, onların
vaxtında və düzgün cavablandırılması
məsələsi üzərində
dayanan nazir vəziyyətin hərtərəfli
araşdırılaraq qısa
müddət ərzində
mövcud nöqsanların
tamamilə aradan qaldırılması məqsədilə
onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını və
həmin qrupun verəcəyi təkliflər
əsasında vergi orqanlarında vətəndaşlardan
daxil olan ərizə və şikayətlərə baxılması
prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini
bildirib.
Korrupsiya və rüşvətxorluq hallarına
qarşı mübarizədə
qətiyyətlilik və
ardıcıllıq nümayiş
etdirilməsinin vacibliyini
struktur rəhbərlərinin
nəzərinə çatdıran
F.Məmmədov Vergilər
Nazirliyinin "Şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
2007-2011-ci illər üçün
tədbirlər planı"nın icrasının
bütün parametrlər
üzrə təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin
ən mühüm vəzifələrindən biri
olduğunu vurğulayıb.
İclasın sonunda F.Məmmədov 2011-ci ildə
büdcə daxilolmaları
üzrə proqnozların
icrasının təmin
olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi,
vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi
inzibatçılığının müasirləşdirilməsi, insan
resurslarının idarə
edilməsi sahəsində
şəffaflığın təmin olunması və vergi ödəyicilərinin
hüquqlarının qorunması
işlərinin daim nazirliyin bütün qurumlarının diqqət
mərkəzində saxlanılması
ilə bağlı lazımi göstərişlər
verib. Kollegiya
iclasının yekununda müzakirə edilən məsələyə
dair müvafiq qərar qəbul edilib.
Naibə
Həftə içi.- 2011.-
5-7 fevral.- S. 6.