Yarıməsrlik ticarət mərkəzi
"Mərkəzi Univermaq"ın
50 yaşı tamam oldu
Azərbaycanda müxtəlif sahələr
üzrə böyük
təcrübələrə malik, illərin zəhməti ilə formalaşan bir çox ticarət mərkəzi mövcuddur. Amma bu mərkəzlərin
içərisində dünyada tanınan, marka olaraq qəbul
edilən mərkəzləri barmaqla saymaq olar. Dünya
markasına çevrilən ticarət mərkəzlərindən
biri artıq 50 illiyi qeyd olunan, hər birimizin "MUM" kimi
tanıdığımız " Mərkəzi
Univermaq" ASC-dir.
Bu ticarət mərkəzi
düz 50 ildir həm paytaxt sakinlərinin, həm də ölkəmizə
gələn qonaqların ilk ziyarət etdiyi və
alış-veriş həyata keçirdiyi bir məkana
çevrilib. Dünyanın öndə gələn
aparıcı firmaları məhz bu mərkəzlə əməkdaşlıq
edirlər. Çünki onlar "MUM"da gedən ticari
prosesdən məlumatlıdırlar, eyni zamanda "Mərkəzi
Univermaq"ın rəhbərliyində təmsil olunan
insanların səmimi münasibətini gözəl bilirlər.
Elə bütün bu dediklərimizin səbəbidir ki,
dünyanın öndəgedən firmaları istehsal etdikləri
məhsulların "Mərkəzi Univermaq"da
satışa çıxarılması üçün rəqabət
aparmaqdan belə çəkinmirlər.
Bakının mərkəzində
1961-ci ildən fəaliyyət göstərən "Mərkəzi
Univermaq" bir neçə onillik ərzində nəinki Azərbaycan,
həmçinin Qafqazın və Orta Asiyanın ən iri ticarət
mərkəzlərindən biri olmaqla müştərilərinin
böyük etibarını və rəğbətini
qazanıb.
"Mərkəzi
Univermaq"ın İdarə Heyətinin sədri Sabir
Abdullayev yubiley öncəsi bizimlə söhbətində
bildirdi ki, bu univermağın hüquqi varisi olan "Mərkəzi
Univermaq" ASC ticarətdə yeni imkanlar arayaraq geniş xidmət
spektrı yaradıb, daxili imkanlardan və potensialından
maksimum istifadə edib, dövlət tərəfindən
qarşıya qoyulan öhdəliklərini yerinə yetirə
bilib: "Mərkəzi Univermaq" ASC beynəlxalq aləmdə
də tanınır, dünyanın sayılıb-seçilən,
bir markaya çevrilən müəssisələri cərgəsində
layiqli yer tutur. Bu səbəbdən mərkəzimiz beynəlxalq
assosiasiyaların, biznes mərkəzlərinin və menecment
klublarının yüksək mükafatlarına layiq
görülüb. Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin rəhbərliyi altında respublikada həyata
keçirilən mütərəqqi iqtisadi, sosial islahatlar və
sahibkarlığa göstərilən qayğı "Mərkəzi
Univermaq" ASC-nin işçi kollektivi üçün əhəmiyyətli
şəkildə imkan yaradıb. "Mərkəzi
Univermaq" ASC gələcəkdə də Azərbaycanın
tərəqqisi və çiçəklənməsi naminə
öz töhfəsini verəcək".
14 fevral 2011-ci il bu ticarət
mərkəzinin yaradılmasının və fəaliyyətinin
50 illik yubileyinin keçirildiyi gün kimi tarixə
düşdü. 50 ildir "MUM"un kollektivi özlərinin
sevgi və nəvazişləri, insanlara göstərdikləri
yüksək səviyyəli xidmətləri ilə
alıcıların sevgisini qazanıb.
İnsanlara bəxş
edilən sevginin nəticəsidir ki, haqqında söhbət
açdığımız ticarət mərkəzi 50 illik
şərəfli bir tarixi yol keçə bilib. Sevgi verə
bildikləri üçün həm Bakı sakinləri, həm
də qonaqlar üçün sevimli ünvana çevriliblər.
Biz də "Həftə
içi" qəzeti olaraq, "Mərkəzi Univermaq"
ASC-nin kollektivini, başda rəhbərlik olmaqla, təbrik
edirik. Gün o gün olsun ki, "Mərkəzi Univermaq"
dünyanın bir çox paytaxtında özünün
törəmə mərkəzlərini yaratsın.
Bütün sevgilər, yubileylər, mükafatlar sizin olsun.
50 illik yubileyiniz
mübarək!
Həftə içi.- 2011.- 15 fevral.- S. 2.