Orta ali məktəblərdə insan hüquqlarının tədrisi

 

Milli Fəaliyyət Planına uyğun olaraq insan hüquqları üzrə tədris vəsaitləri hazırlanır

 

Ölkədə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında orta və ali məktəblərdə insan hüquqlarının tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsi, BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə" və "İnsan hüquqları sahəsində təhsil" üzrə tədris vəsaitlərinin hazırlanması kimi məsələlər əksini tapıb. Milli Fəaliyyət Planında nəzərdə tutulan məsələləri necə yerinə yetirdikləri ilə maraqlanmaq üçün bəzi aidiyyəti qurumlarla əlaqə saxladıq.

Qeyd edək ki, bir çoxları əhalinin hüquqi baxımdan bilik göstəricisini orta məktəblərdə insan hüquqlarının təbliği ilə izah edirlər. Odur ki, ilk olaraq Təhsil Nazirliyinin məsələyə münasibətini öyrəndik. Nazirlikdə hesab edirlər ki, hazırda orta məktəblərdə hüquqi maarifləndirmə ilə bağlı problem yoxdur: "Əslində bu sahənin qabardılmasına xüsusi ehtiyac yoxdur. Çünki "Azərbaycan Respublikasının Konstitusiyası", habelə "İnsan və cəmiyyət" fənlərində yeniyetmələrə müəyyən hüquqi bilgilər verilir. Təbii ki, dərslərinə diqqətlə yanaşan şagird həmin bilikləri həvəslə mənimsəyir və sonradan həyatında tətbiq edir. Hər iki fəndən toplanan materiallar yuxarı sinif şagirdləri üçün olduqca zəruridir və bu dərsliklər xüsusi mütəxəssislər tərəfindən tərtib edilib. "İnsan və cəmiyyət" fənninin ayrı-ayrı bölmələrində vətəndaşın həm ailəyə, həm cəmiyyətə, həm də yaxın ətrafına yanaşma forması təhlil olunur. Təbii ki, həmin təhlillərlə tanış olan yeniyetmənin də məsələyə öz baxışı var. Müəllimin başlıca vəzifəsi isə doğru və yanlışlığından asılı olmayaraq həmin yanaşmanı düzgün istiqamətə yönləndirməkdir".

 

Üç orta məktəbdə insan hüquqları mərkəzi açılıb

 

Təhsil Nazirliyindən orta məktəblərdə həyata keçirilən hüquqi maarifləndirmə işlərindən razı olduqlarını söylədilər: "Digər tərəfdən ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı mütəmadi şəkildə monitorinqlər aparırıq. Əgər hansısa fənnə qeyri-ciddi yanaşılsa, xəbər bizə də çatar. Təbii ki, belə məktəblərə qarşı tədbir görməyə həmişə hazırıq".

İnsan Hüquqları üzrə Müvəkkil Aparatından isə bildirdilər ki, ölkədə ombudsmanın təşəbbüsü ilə bir neçə gün öncə üç məktəbdə insan hüquqları mərkəzləri açılıb: "Bu ilin əvvəlində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təklifi və Təhsil Nazirliyinin razılığı ilə ötən ilin əvvəlindən başlayaraq pilot məktəb kimi seçilmiş Bakının Nəsimi rayonundakı 5 saylı, Yasamal rayonundakı 31 saylı və Nərimanov rayonundakı 207 saylı orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris layihəsi uğurla həyata keçirilib. Elmira Süleymanova həmin məktəblərdə onun təşəbbüsü ilə yaradılmış insan hüquqları mərkəzlərinin açılışında iştirak edib. Ombudsman bu mərkəzlərin gələcək fəaliyyəti ilə bağlı öz tövsiyələrini verib. Fərqlənən şagirdlərə sertifikatlar, "Ombudsmanın elçisi" vəsiqələri və döş nişanları təqdim olunub".

 

İnsan hüquqlarının tədrisi BDU-da prioritetdir

 

BMT Baş Məclisinin "İnsan hüquqları sahəsində maarifləndirmə", "İnsan hüquqları sahəsində təhsil", YUNESKO-nun "Davamlı inkişaf naminə təhsil" proqramlarına, habelə Milli Fəaliyyət Planına uyğun olaraq insan hüquqları üzrə tədris vəsaitlərinin - ədəbiyyatların hazırlanması nəşri Bakı Dövlət Universitetində (BDU) yüksək səviyyədə yerinə yetirilir. Universitetdən aldığımız məlumata görə, təkcə 2006-2009-cu illərdə insan hüquqları sahəsində 10-dan çox dərslik universitetin maliyyə vəsaiti hesabına nəşr edilərək tələbələrin istifadəsinə verilib. Milli Fəaliyyət Planının tərkib hissəsi kimi orta ali məktəblərdə insan hüquqlarının tədrisinə diqqətin artırılması, bu məqsədlə tədris proqramlarının təkmilləşdirilməsi BDU-nun əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı, bütün fakültələrdə keçirilən "Hüququn əsasları" fənnində insan hüquqları probleminə xüsusilə geniş saatlar ayrılır. Beynəlxalq münasibətlər beynəlxalq hüquq, o cümlədən hüquq fakültələrində insan hüquqları ilə əlaqədar tədris proqramında 10-a yaxın müstəqil fənn tədris proqramına daxil edilməklə, yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris edilir.

İnsan hüquqları sahəsində dövlət proqramlarında nəzərdə tutulan ali təhsil elm ocaqlarında insan hüquqları azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması da BDU-nun fəaliyyətində mühüm yer tutur. 1999-2009-cu illərdə Bakı Dövlət Universitetində 5 doktorluq 40-a yaxın namizədlik dissertasiyası bilavasitə insan hüquqları probleminin ayrı-ayrı aspektlərinə həsr edilib. Eyni zamanda, insan hüquqları istiqamətində elmi-tədqiqat işləri hər il bu sahədə ixtisaslaşmış kafedraların əsas elmi fəaliyyətinin mühüm istiqamətləridir. Bu zaman əsas elmi istiqamətlər kimi qadın uşaqların hüquqlarının müdafiəsi, insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə (mülki, siyasi, iqtisadi, sosial mədəni hüquqlar) tədqiqatlar, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq, Avropa Məhkəməsi praktikasının geniş tətbiqi istiqamətində araşdırmalar, miqrasiya problemləri, Avropa presedent hüququnun öyrənilməsi s. xüsusi yer tutur. Əldə edilən nəticə təkliflər mühüm dövlət orqanlarına yönəldilir ki, bu da universitetin insan hüquqlarının təmini işinə mühüm töhfələrindəndir.

 

Universitetin insan hüquqlarına aid kitabxanası

 

İxtisaslaşmış kitabxanaların yaradılması Milli Fəaliyyət Planı ilə ali məktəblər qarşısında müəyyənləşdirilmiş mühüm vəzifələrdən biridir. Dünyanın müxtəlif regionlarının jurnal ədəbiyyatlarını birləşdirən BDU-nun geniş kitabxana sistemi ilə yanaşı, ayrı-ayrı fakültələrdə ixtisaslaşmış kitabxanaların yaradılması diqqət mərkəzindədir. 10 ildən çoxdur ki, tələbələr Beynəlxalq münasibətlər beynəlxalq hüquq fakültəsinin ayrıca ixtisaslaşmış kitabxanasında müxtəlif dillərdə (ingilis, fransız, alman, rus, türk s.) geniş ədəbiyyatlardan bəhrələnə bilirlər. Əsasən insan hüquqları sahəsində vəsaitlərdən ibarət olan kitabxananın fondu ildən-ilə zənginləşdirilir.

BDU rəhbərliyinin təklifi ilə 2009-cu tədris ilindən "İnsan hüquqları" adlı ixtisaslaşmış magistratura pilləsinin açılması da universitetin Azərbaycan dövlətinin apardığı uğurlu insan hüquqları siyasətinə ciddi dəstək verdiyini əyani surətdə göstərir. Tədrisin ingilis dilində aparılması nəzərdə tutulan "İnsan hüquqları" adlı ixtisaslaşmış magistratura pilləsində əsasən dövlətin dəstəyi ilə xaricdə təhsil almış, insan hüquqları sahəsində ixtisaslaşmış azərbaycanlı mütəxəssislər dərs deyəcəklər. Bu magistratura pilləsi eyni zamanda, xarici vətəndaşların da diqqətini cəlb edib. Odur ki, gələcəkdə BDU-nun rəhbərliyi digər xarici təhsil ocaqları ilə əməkdaşlıq siyasətini inkişaf etdirərək əcnəbi tələbələrin universitetə axınını sürətləndirməyi qarşısına məqsəd qoyub.

Azərbaycanın Avropa ailəsinin tamhüquqlu üzvü kimi Bolonya prosesinə qoşulması da insan hüquqlarının tərkib hissəsi olan təhsil hüququnun həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Son illərdə Bolonya prosesi tələbələrin yerinə yetirilməsi istiqamətində BDU rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. Tədris proqramlarının yeni sistemdə formalaşdırılması, müəllim-tələbə münasibətlərinin düzgün, şəffaf istiqamətdə qurulması sahəsində atılan addımlar nəinki insan hüquqlarının təminatına, eyni zamanda, dövlətin bu yöndə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsinə ciddi töhfədir.

  

  

Naibə

 

Həftə içi.- 2011.- 16 fevral.- S. 6.