The News International: "Ermənistanın paytaxtı - tarixi Azərbaycan şəhəri"

 

Pakistanın ən nüfuzlu ingilisdilli "The News International" "Daily Times" qəzetlərinin 16.02.2011-ci il tarixli sayında ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi burada yaşayan azərbaycanlıların deportasiyaya uğradılması barədə geniş məqalələr dərc olunub.

 

Azərbaycanın Pakistandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, "The News International"da çap edilmiş "Ermənistanın paytaxtı - tarixi Azərbaycan şəhəri" sərlövhəli məqalədə Ermənistanın İrəvan şəhərinin ona məxsus olması barədə iddialarının həqiqəti əks etdirmədiyi, heç bir tarixi fakta əsaslanmadığı, qədim Urartu dövlətinin indiki Ermənistanla əlaqədar olmasına dair erməni iddialarının boş mənasız olduğu qeyd edilir. Həmçinin, əsl adı İrəvan olan şəhərin Azərbaycan hökmdarı I Şah İsmayılın əmri ilə sərkərdə Rəvanqulu xan tərəfindən 1515-ci ildə tikildiyi vurğulanıb. Məqalədə XIX əsrin əvvəllərində Çar Rusiyasının, işğal etdiyi Azərbaycan torpaqlarında özünə dayaq məntəqəsi yaratmaq məqsədi ilə İran Türkiyədə yaşayan erməniləri İrəvan, Naxçıvan Qarabağ xanlıqlarının ərazilərinə köçürdüyü, daha sonra isə bu ərazilərdə ermənilərin say tərkibini artırmaq üçün xüsusi tədbirlər həyata keçirdiyi oxucuların diqqətinə çatdırılıb.

Sovet imperiyası dövründə azərbaycanlıların qədim Azərbaycan torpaqlarından qovulması prosesinin davam etməsi, imperiyanın süqutundan sonra isə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi şəkildə deportasiya edilməsi nəhayət, Ermənistanın şovinist "azərbaycanlılarsız Ermənistan" planının tamamlanması məqalədə ətraflı şəkildə təhlil olunub.

"Daily Times" qəzetinin tanınmış yazarı, qəzetin İslamabad ofisinin rəhbəri Səid Minhasın öz sütununda qələmə aldığı "Qafqazda nifrətin toxumları" sərlövhəli yazıda Çar Rusiyasının Qafqazda apardığı imperialist siyasətin tərkib hissəsi olaraq ermənilərin İran, Türkiyə dünyanın digər ölkələrindən qədim Azərbaycan torpaqlarına köçürülməsinin beləliklə müsəlman azərbaycanlıların xristian ermənilər vasitəsilə öz dədə-baba torpaqlarından qovulmasının mərhələli şəkildə həyata keçirildiyi öz əksini tapıb. Müəllif çarizmin "parçala, hökm et" siyasətinin Azərbaycan torpaqlarında tətbiq edilməsi nəticəsində Qafqazda heç vaxt olmamış xəyali "böyük Ermənistan" ideyasının ortaya atıldığını, halbuki hazırkı ermənilərin əksəriyyətinin başqa ölkələrdən regiona köçürüldüyünü ifadə edib.

S.Minhas ermənilərin bu uydurma ideyalarına haqq qazandırmaq üçün indiki İrəvan şəhərinin mənşəyini Nuh peyğəmbərə bağlamaqla özlərini dünyanın ən qədim xalqı kimi qələmə verməkdən çəkinmədiyini, lakin bu əfsanələrin uğursuz olduğunu, 1950-ci ildən sonra isə ermənilərin qədim Urartu dövlətinin ermənilər tərəfindən qurulduğunu iddia etdiyini, bütün bu təşəbbüslərin saxta üsullarla tarix yaratmaq cəhdindən başqa bir şey olmadığını, tarixçilərin Urartu dövləti ilə indiki Ermənistan arasında əlaqə görmədiklərini xüsusi vurğulayıb. Yazıda qədim Azərbaycan şəhəri olan İrəvanı Şah İsmayılın sərkərdəsi Rəvanqulu xanın tikdiyi qeyd olunub.

Tanınmış yazar Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə İrəvan Qarabağ xanlıqlarının ərazisinə köçürülməsinə dair Çarizmin planlarına səfir A.Qriboyedovun 1828-ci ildə yazdığı rəsmi məktubdan sitat gətirib: "Ermənilərin rus qoşunları tərəfindən işğal edilmiş Təbriz, Xoy, Salmas Marağadan Naxçıvan, İrəvan Qarabağa köçürülməsi vacibdir". Sütun yazısında yazıçı N.Şavrovun 1911-ci il tarixli "İndi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu yerli əhali deyil" qeydlərinə yer verilib.

S.Minhas Ermənilərin Azərbaycan türklərini öz dədə-baba torpaqlarından qovmaq planlarını Sovet İmperiyası dövründə həyata keçirdiklərini, 1948-53-cü illərdə Sovet rəhbərliyinin dəstəyi ilə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına nail olduqlarını, bu prosesin mərhələ-mərhələ aparıldığını, SSRİ-nin dağılması ərəfəsində isə, azərbaycanlıların Ermənistan ərazisindən tamamilə qovulduğunu oxucuların nəzərinə çatdırıb. Ötən il oktyabrın 10-da ermənilərin İrəvanın 2792-ci ildönümünü qeyd etdiklərini, halbuki buranın erməni şəhəri olmasının 100 ili keçmədiyini bildirən yazar sonda belə bir sualla yazısını yekunlaşdırır: "Bütün bu deyilən yazılanlardan sonra gəlin özümüzdən soruşaq: Ermənilərin İrəvanı Ermənistanın sonuncu paytaxtı adlandırmağa haqqı çatırmı?"

 

 

Həftə içi.- 2011.- 17 fevral.- S. 1-2.