"Polşa heç bir halda hərbi variantı dəstəkləməyəcək"

 

Polşanın Azərbaycandakı səfiri Mixal Labendanın "Həftə içi" ekskluziv müsahibəsi

 

Azərbaycan Polşa xalqları arasında yaxın səmimi münasibətlər lap qədimdən mövcuddur. Müstəqillik qazandığımız son 20 ildə isə bu əlaqələr əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə də bu ölkənin Avropa Birliyinin, eyni zamanda, NATO-nun üzvü olması Qarabağ münaqişəsindən dolayısı torpaq itkiləri ilə üzləşmiş Azərbaycana öz problemlərindən qurtulmaq üçün çox faydalıdır. Elə Polşanın ölkəmizdəki səfiri cənab Mixal Labenda ilə müsahibə almağımızın səbəbi də xalqlarımız arasındakı dost əlaqələr barədə oxucularımıza bilgi verməkdir.

Səfir M.Labenda söhbətə məhz dost əlaqələrdən söz açmaqla başladı.

- Polşa ilə Azərbaycanı həmişə yaxın dost münasibətlər birləşdirib. Oxşar talelər, əsasən XX əsrdə bizə bir-birimizi daha düzgün başa düşməyə, eləcə problemləri eyni tərzdə mənimsəməyə imkan verir. Polşa Avropa Birliyinin NATO-nun tamhüquqlu üzvü kimi Şərq Tərəfdaşlığı proqramına daxil olan Azərbaycan üçün təcrübə mübadiləsi baxımından bir vasitəçidir. Azərbaycanın Avroatlantik strukturlarla partnyorluq prinsipləri üzərində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan bütün fəaliyyətini dəstəkləməyə xalqlarımızı birləşdirən çox yaxşı əlaqələrin daha da dərinləşdirilməsinə hazırıq. İkitərəfli partnyorluq haqqında müsahibənin həcmi ilə məhdudlaşdırılmış çərçivələrdə danışmaq çətindir - bu əməkdaşlığın sferası çox genişdir. Bir çox siyasi layihə həyata keçirilir, yüksək səviyyəli səfərlərin mübadiləsi gözlənilir; Bakının Azərbaycanın digər bölgələrinin sakinləri yəqin ki, 2011-ci il üçün planlaşdırdığımız polyak mədəniyyətinin geniş yayma layihələrində iştirak edə biləcəklər. Tələbə mübadiləsi davam edir, eləcə Polşa tərəfi Azərbaycan vətəndaşları üçün çoxlu təqaüd proqramını həyata keçirir sair. Bakıda Polşa Mədəniyyəti Dili Mərkəzi fəaliyyət göstərir, eləcə Polşa diasporunun fəaliyyəti çox aktivdir.

- Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi qədərdir? Tərəflərin idxal ixrac əməliyyatlarının həcmini rəqəmlə göstərə bilərsinizmi?

- Polşanın Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, 2010-cu ilin yanvar - iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 51,5 milyon dollar təşkil edib. Bunun da 45,2 milyon dolları Polşadan Azərbaycana ixrac, qalan 6,5 milyon dollar isə əksinə, idxalın hesabınadır. Onu da deyim ki, 2009-cu illə müqayisədə Polşadan ixracın həcmi 26 , idxalın həcmi isə 197,6 faiz artıb.

- Siyasi baxımdan da yaxşı əlaqələrimiz var, lakin onun real nəticələrini görmək olmur, yəni Polşanın Gürcüstana göstərdiyi dəstəyi hiss edə bilmirik. Sizcə, bu ilə bağlıdır?

- Bu fikirlə razılaşmaq çətindir. Gürcüstana göstərilən beynəlxalq, eləcə də Polşanın dəstəyi həmin ölkədəki Gürcüstan - Rusiya müharibəsi zamanı yaranmış böhranla əlaqədar daha çox nəzərə çarpdı. Məhz həmin olaylardan sonra bu ölkəyə maddi dəstək vermək zərurəti yarandı. Yaddan çıxarmayın ki, Polşa İsveçlə birgə Avropa Birliyinin qonşuları üçün misli olmayan Şərq Tərəfdaşlığı əməkdaşlıq proqramı barədə təşəbbüsün müəllifidir. Hansı ki, həmin proqramda Azərbaycan mühüm yer tutur. Proqramın əsasları Avropa Şurasında qəbul ediləndən sonra təşəbbüs Avropa Birliyinin şərq siyasətinin miqyasını qat-qat gücləndirdi. Mümkün əməkdaşlıq isə bərabər şəkildə həm AB-dən, həm də ayrı-ayrı tərəfdaş ölkələrindən asılı olacaq. Bu iki və çoxtərəfli könüllü əməkdaşlıq proqramıdır, partnyorlar istəmədiyi ölkələrlə əməkdaşlıq etmək məcburiyyətində deyillər. İkitərəfli əlaqələrin yüksək səviyyəsindən yan keçmək olmaz. Burada isə Polşa tərəfindən baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın sədrlik etdiyi Polşa - Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası xüsusi rol oynayır. Bu vaxtadək komissiyanın 4 iclası keçirilib. Hansı ki, Polşa - Gürcüstan İqtisadi Komissiyası hələ bu il çağırılıb.

- Polşanın Qarabağ münaqişəsinə dair mövqeyi haqda soruşsam, ərazi bütövlüyü prinsiplərinə həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququna riayət etmək lazım olduğunu deyəcəksiniz. Ancaq bütün hallarda bunlar problemi aradan qaldırmayacaq. Necə bilirsiniz, xarici dövlətlərin, o cümlədən Polşanın bu məsələdə daha qətiyyətli mövqe ifadə etməsinin vaxtı çatmayıbmı?

- Hökumətimizin mövqeyi aydındır: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli həll tələb edir. Ümumiyyətlə, Polşa tərəfi beynəlxalq hüquqlara uyğun şəkildə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır. Ərazi bütövlüyünün və beynəlxalq hüquqların digər prinsiplərinin tərəfimizdən dəstəklənməsi üçün vacib olan odur ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Bakıya son səfəri zamanı AB-nin birgə xarici siyasəti çərçivəsində Polşanın mövqeyini ifadə edib. Əgər siz "daha qətiyyətli mövqe" deyəndə hərbi əməliyyatları nəzərdə tutursunuzsa, xeyr, Polşa heç bir halda bu həll variantını dəstəkləməyəcək. ATƏT tərkibində bütün maraqlı tərəflərin razılığı əsasında yaradılmış Minsk Qrupu adlı qurum mövcüddur və o indi də hamı tərəfindən dəstəklənir. Polşa ATƏT-in və Avropa Birliyinin üzvü olaraq Minsk Qrupunun bu sahədəki fəaliyyətindən razıdır.

- Bu yaxınlarda Polşa ilə Ermənistan arasında əlaqələrin müttəfiqlik səviyyəsinə qalxdığı, hətta hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanması barədə xəbər yayıldı. Bir diplomat olaraq necə fikirləşirsiniz: münaqişə tərəflərinin hər ikisi ilə bu cür əlaqələrin yaradılması ya əsl günahkara heç bir təzyiqin edilməməsi problemin daha da uzadılmasına səbəb olmayacaqmı?

- Polşanın xarici siyasətini "Şərq Tərəfdaşlığı"nı təklif etdiyimiz ölkələrlə dost əlaqələr xarakterizə edir. Bu qrupa isə həm Azərbaycan, həm də Ermənistan daxildir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Minsk Qrupunun səlahiyyətlərinə daxildir. Bölgə dövlətləri ilə ikitərəfli əməkdaşlıq isə beynəlxalq hüquqlara aid öhdəliklər və qaydalara zidd gəlmirsə, azad inkişaf edə bilər.

- Son 5 il ərzində Polşa ilə Azərbaycan arasında əlaqələrin daha çox gücləndiyini nəzərə alsaq, şəxsən siz necə, səfir vəzifəsində çalışdığınız müddətdə hansı layihələri həyata keçirtmək niyyətindəsiniz?

- Ölkələrimizi birləşdirən ikitərəfli münasibətlər son illər bir çox sahədə yaxın əlaqələrin yaradılmasına imkan verdi. Polşanın yüksək səviyyəli hökumət nümayəndələrinin Bakıya çoxsaylı səfəri, 2010-cu ildəkilərə də istinad etsək - baş nazir Donald Tusk və yaxud baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın səfərləri ikitərəfli əlaqələrin səviyyəsini göstərdi. Polşanın Azərbaycandakı səfiri olaraq, ölkələrimiz arasında əlaqələrin səviyyəsini qoruyub-saxlamaqdan başqa, ona yeni sahələrdə təkan verməyə çalışacağam. Bunlardan isə əhəmiyyətli hesab etdiklərim Azərbaycandakı polyak izlərinin əbədiləşdirilməsi, ikitərəfli əlaqələr çərçivəsində Polşa və Azərbaycan mədəniyyət, elm və ictimai institutlarının arasında fəaliyyətin intensivləşdirilməsidir.

- Bir müddət öncə Azərbaycan neft qazının Qara dənizdən Ukraynaya, oradan isə Polşaya nəqli məsələsi müzakirə edilirdi. Son vaxtlar isə bu danışıqlara sanki son qoyulub. Azərbaycandan Polşaya neft-qaz xammalının nəqli üçün tikilməsi nəzərdə tutulmuş boru kəmərinin aqibəti necə oldu?

- Avrasiya Neft Nəqli Dəhlizi Layihəsinin (EAKTR) mühüm elementi olan Odessa - Brodi boru kəməri davamla "Sarmatia konsorsiumu" formatında həyata keçirilir. Bura Polşa, Ukrayna, Litva, Azərbaycan və Gürcüstanın energetika şirkətləri daxildir. 24 noyabr 2010-cu il tarixində Bakıda keçirilmiş Polşa - Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası zamanı Polşa baş nazirinin müavini və iqtisadiyyat naziri Valdemar Pavlyak effektivliyin artırılmasının, həmçinin Sarmatiyanın yeni şəraitlərə uyğunlaşmasının zərurətini vurğuladı. O, eləcə də Şərq Tərəfdaşlığı təşəbbüsünün "Enerji təhlükəsizliyi" III tematik platformasında təklif edilən imkanları da qeyd etdi. Bu yaxınlardakı Azərbaycan neftinin Ukraynaya çatdırılmasına dair razılaşmalar və xammalın Belorusa nəqli əsaslandırılmış ticarət istifadəsinin sübutu və "EAKTR" layihəsinin inkişafı üçün yaxşı zəmindir.

- Bir vaxtlar Polşanın GUAM-a daxil edilməsi haqqında söhbətlər gedirdi

- Polşa GUAM təşkilatı çərçivəsində keçirilən bütün fəaliyyət formalarını dəstəkləyir. Eləcə də təşkilatın üzv ölkələr arasındakı dialoqu dəstəkləyir. Həmçinin Polşanın sistematik transformasiyası zamanı ölkəmizə nəsib, tərəfdaşlarımıza isə fayda verə biləcək siyasi və iqtisadi təcrübənin mübadiləsinə xidmət göstərən Polşa - GUAM platforması çərçivəsində əlaqələrinin sürətləndirilməsinə çalışırıq. Lakin Polşanın GUAM-a tamhüquqlu üzv kimi daxilolma məsələsi gündəlikdə olmayıb və indi də belə planlar yoxdur.

- Biz azərbaycanlılar mərhum prezident Kaçınskini hər zaman hörmətlə anacağıq, çünki o da Azərbaycanı sevirdi. Səfir olaraq necə düşünürsünüz, indiki prezident hökumət öz fəaliyyəti əməkdaşlığı ilə Kaçınskinin Azərbaycanda qazandığı rəğbətə nail ola biləcək?

- Smolenskdəki qəza nəticəsində prezidet Kaçinskinin vəfatı görülməmiş bir hadisə idi. Polşa bu faciəvi sınaqda ictimai vəziyyəti və konstitusiyaya söykənmiş hakimiyyətin qoruyub-saxlanması nöqteyi-nəzərindən imtahan verdi. Ancaq prezidentin vəfatı heç bir halda xarici siyasətimizin istiqamətini və əsaslarını, burada xüsusən Varşava ilə Bakını birləşdirən əlaqələri dəyişməyəcək. Polşanın siyasi sistemində prezident xarici siyasətin yaradıcısı deyil, icraçısıdır. Bu səbəbdən də 1 il əvvəl xalqımızın verdiyi üzücü itki xarici siyasətimizə təsir etmədi. Hazırda hakimiyyət qrupunda dəyişiklikləri keçirə biləcək növbəti parlament seçkiləri bu ilin payızına planlaşdırılır. Lakin parlamentə daxil ola biləcək ciddi siyasi qüvvələrdən heç biri Polşanın şərq siyasətinin əsaslarını, burada da Azərbaycanla əlaqələri inkar etmir.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 12-14 fevral.- S. 1, 5.