"Qaçqın:
Anar Usubovun uzun səyahəti" təqdim olundu
Əli Həsənov: "Tarixən ermənilər xəyanətkar
bir xalq kimi tanınıb"
Dünən Dövlət
Gənc Tamaşaçılar Teatrında türkiyəli
jurnalist, professor Cem Oğuz tərəfindən çəkilmiş
Xocalı faciəsindən bəhs edən "Qaçqın:
Anar Usubovun uzun səyahəti" adlı filmin təqdimatı
keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri,
millət vəkilləri və digər rəsmi şəxslər
iştirak edirdilər.
Tədbirdə
çıxış edən baş nazirin müavini Əli Həsənov
filmin araya-ərsəyə gəlməsində göstərdiyi
köməyə görə hər kəsə, o cümlədən
filmin yaradıcısı Cem Oğuza təşəkkürünü
bildirdi.
Əli Həsənov
1992-ci ildə Xocalıda törədilmiş qətliamın
dünyanın ən dəhşətli
soyqırımlarından biri olduğunu diqqətə çatdırdı.
Baş nazirin müavini qeyd etdi ki, ermənilərin azərbaycanlıların
başına gətirilmiş bu dəhşətli hadisəni
heç faşistlər belə etməyib: "Bu gün azərbaycanlılar
öz ərazilərində qaçqın kimi yaşayır. Bu
niyə belə olmalıdır? Ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi bu vəhşiliklər
dünyanın heç bir yerində, heç bir xalqa
qarşı edilməyib. Onlar Azərbaycandan gedən erməniləri
bir aydan sonra Ermənistandan qovdular ki, siz artıq azərbaycanlaşmısınız.
15 il müddətində milyon yarım erməni Ermənistanı
tərk edib. Bütün bunları hamı görür və
bilir.
Ermənilərin
Qaradağlı kəndində, Xocavənddə bizim
insanlarımızın başına gətirdikləri faciənin
dərəcəsi və zirvəsi faşizmdən çox
yuxarıdır. Onlar faşistlərdən də qəddardır.
Təbii ki, başlarına belə faciələr gətirilən
xalq heç zaman susmamalıdır".
Dünyada Qarabağ
münaqişəsinə ikili standartların olduğunu nəzərə
çatdıran Əli Həsənov bildirdi ki, dünya
ictimaiyyəti Ermənistanı bu istiqamətdə dəstəkləyir:
"Bunun səbəbi də hələlik məlum deyil. Ermənistanı
hansı səbəblərə görə dəstəkləyirlər"
sualına hələ də cavab tapmaq mümkün deyil. Heç
bir iqtisadi inkişa fı olmayan, təbii ehtiyata malik olmayan,
dünyada heç bir mövqeyi olmayan bir dövlətə necə
dəstək durmaq olar? Tarixən ermənilər xəyanətkar
bir xalq kimi tanınıb. Ermənilərin yalnız
satqınlığına və xəyanətkarlığına
göz tikiblər. Demokratiya deyilən bir şey, ümumiyyətlə,
orada mövcud deyil".
Filmin Azərbaycan və
Dağlıq Qarabağ hadisələrinin dünya ictimaiyyətinə
çatdırılmasında böyük önəmindən
danışan Ə.Həsənov bir məsələni
xüsusilə vurğuladı: "Təəssüf edirəm
ki, beynəlxalq təşkilatların qərarlarına
baxmayaraq, Azərbaycanın 20 faiz torpaqları hələ də
işğal altındadır. Ancaq biz düz yoldayıq və
bu cür filmlər çəkməklə dünyaya həqiqətləri
çatdırmış oluruq".
Filmin rejissoru C.Oğuz
bu filmin çəkilişi zamanı sözün bitdiyi bir
çox anlar yaşadığını diqqətə
çatdırdı: "Bu filmi çəkərkən mənim
üçün bir çox sözün bitdiyi anlar oldu. Baxdıqca,
törədilənləri izlədikcə heç bir söz
düşünə bilmədim. Filmi çəkməkdə
iki məqsədim vardı - Ermənistana və Rusiyaya
sözümü demək istəyirdim".
C.Oğuz qeyd etdi ki, bir
saatlıq filmdə bir çox məqamlara diqqət yetirib. Türkiyəli
jurnalist filmin ərsəyə gəlməsi üçün
Anar Usubovun ailəsinə və bütünlükdə
xocalılara minnətdarlıq etdi: "Erməni vəhşilikləri
mahiyyətinə görə, Ruanda və Bosniyada törədilən
qəddarlıqlardan heç də geri qalmır. Amma bu hadisələrə
qiymət verildiyi halda, Xocalı faciəsinə və
bütünlükdə Qarabağda baş verənlərə
biganə münasibət var".
Filmin təqdimatında
çıxış edən "Mədəniyyət"
kanalının rəhbəri, əməkdar incəsənət
xadimi Cəmil Quliyev də 19 il əvvəl törədilmiş
bu faciə barədə danışaraq filmdə sərt həqiqəti
əks etdirən reallıqlardan danışdı. O, filmdə
yüksək rejissor işinin və peşəkarlıqla
seçilmiş musiqi səsləndirmələrinin təsirli
olduğunu vurğuladı.
Sonda film iştirakçılara təqdim
olundu. Qeyd edək ki,
film Xocalıdan məcburi
köçkün düşmüş
Anar Usubovun həyatından və başlarına gələnləri
nəql etməsi üzərində qurulub.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 22 fevral.- S. 1-2.