Polad Bülbüloğluna fəxri akademik adı verildi

 

Azərbaycanın Rusiyadakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlu Beynəlxalq Mədəniyyət İncəsənət Akademiyasının fəxri akademiki adına layiq görülüb. Beynəlxalq İctimai Elmlər Akademiyası, Beynəlxalq Xeyriyyəçilik Akademiyası, Beynəlxalq Mədəniyyət İncəsənət Akademiyasının I qurultayı çərçivəsində keçirilən tədbirdə səfir Polad Bülbüloğluna beynəlxalq miqyaslı xeyriyyə, mədəni humanitar layihələrə verdiyi dəstəyə görə akademiyanın fəxri akademiki adı verilib. Azərbaycan səfiri ilə yanaşı İran, Tailand, Tacikistan, Ukrayna və Ekvadorun Rusiyadakı səfirləri də Beynəlxalq İncəsənət və Mədəniyyət Akademiyasının diplom və sertifikatları ilə təltif olunublar.

 

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 7.