Ombudsman beynəlxalq təşkilatlara bəyanat
ünvanlayıb
Ombudsman Aparatında Xocalı faciəsinin 19-cu ildönümü
ilə əlaqədar
anım mərasimi keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ombudsman Elmira Süleymanova bəşər tarixinin ən qanlı səhifələrindən olan
Xocalı soyqırımının
növbəti ildönümü
günlərində faciəni
törədənləri bir
daha tanıtmağın,
erməni vandalizmini, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmağın böyük
əhəmiyyət kəsb
etdiyini bildirib. O,
erməni millətçiləri tərəfindən uzun illərdən
bəri həyata keçirilən təcavüz və etnik təmizləmə
siyasətinin məqsədinin azərbaycanlıları tarixi
torpaqlarından qovmaq, həmin ərazilərdə
"Böyük Ermənistan" dövləti yaratmaq
olduğunu, Qafqazda yüz minlərlə azərbaycanlının
zaman-zaman öz torpaqlarından deportasiya edildiyini söyləyib.
Anım mərasimində
Xocalı soyqırımının 19-cu ildönümü ilə
əlaqədar E.Süleymanovanın BMT-nin Baş Katibi, BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa
Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa
Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası,
Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası,
müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan
Respublikasının xarici ölkələrdəki, xarici
ölkələrin respublikamızdakı səfirlikləri və
Azərbaycanın diaspor təşkilatlarına
ünvanladığı Bəyanat səsləndirilib.
Əli
Həftə içi.- 2011.- 25 fevral.- S. 1.