"Azərsun Holdinq" "Park Bulvar"ın təşkil etdiyi rəsm müsabiqəsinə yekun vuruldu

 

23 Fevral tarixində "Park Bulvar" Alış-Veriş Mərkəzində "Kosmos və mən" rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Xatırladaq ki, "Kosmos və mən" rəsm müsabiqəsinə 2010-cu ilin iyul ayında start verilmişdir. Müsabiqədə 70-ə qədər gənc rəssam qatılmışdır. Rəsm əsərlərinin arasında peşəkar münsiflər heyəti tərəfindən 19 rəssam qalib olaraq seçilmişdir. Ən gənc rəssam 6 yaşında idi. Qaliblərin 26 rəsm əsərini eləcə də "Park Bulvar" Alış-Veriş Mərkəzində sərgilənir. Tədbir, "Azərsun Holdinq"in vitse-prezidenti Tahir Gözəl tərəfindən açıq elan olundu. İlk olaraq rəssamlara "Park Bulvar" Alış-Veriş Mərkəzinin 4-cü mərtəbəsində yerləşən Tusi-Bohn Planitariumda film nümayiş olundu. Bildirmək istəyirik ki, Tusi-Bohn planitarium bütün yaş təbəqələrini əhatə edir əhaliyə maarifləndirmə bilikvermə funksiyasını daşıyır. Planetariumun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burda filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunur. Planetariumun 60 tamaşaçı üçün nəzərdə tutulub şou-proqramlar, ana dili - Azərbaycan dilində əlavə bir necə xarici dildə keçirilir. Tusi-Bohn Planetariumda filmin nümayişi başa çatdıqdan sonra rəsm müsabiqəsinin qalibləri əsərləri barədə məlumat verdilər. Müsabiqənin qaliblərinə dəyərli hədiyyə sertifikatları təqdim edən Tahir Gözəl qeyd etdi ki, "Park Bulvar" Alış-Veriş Mərkəzi fəaliyyətə başladığı gündən gənc istedadlara dəstək olub olacaq.

 

 

Həftə içi.- 2011.- 25 fevral.- S. 7.