Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər

 

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!"

 

Heydər Əliyev

 

Milli iqtisadiyyat ən əsas 2 başlıca problemi - əhalinin mallara və xidmətlərə tələbatı ilə həmin tələbatın ödənilməsində iştirak edən milli istehsal resursları arasındakı uyğunsuzluğu aradan qaldırmalıdır. Onun ümümdünya iqtsadiyyatında oynadğı rol və tutduğu yer ilk növbədə ölkənin iqtisadi inkişaf səviyyəsi, dünya bazarında rəqabət qabiliyyətliliyi ilə yanaşı, onun təbii və iqtisadi potensialının həcmi ilə də müəyyənləşir.

Dövlət bu iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi sahəsindəki rolunu reallaşdırmaq üçün özünün iqtisadi siyasət tədbirlərini işləyib hazırlamalı və ardıcıl həyata keçirməlidir. Dövlət qanunlar vasitəsilə bazarda oyun qaydalarını, istehsalçı və istehlakçıların hüquqlarını müəyyən etməlidir. Bu baxımdan milli iqtisadiyyatımız xeyli inkişaf edib. 2011-ci ilin 6 ayı üzrə statistik göstəricilərə nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, I yarımillikdə ölkə iqtisadiyyatında 22,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalın artım sürəti 100,9 faiz olub. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2496,9 manatya 3149,5 ABŞ dolları təşkil edib. ÜDM-in 54,7 faizi sənayedə, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 6,9 faizi tikintidə, 7,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,3 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 11,4 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib. Məhsula idxala xalis vergilər ÜDM-in 5,9 faizini təşkil edib. I yarımillikdə əhalinin hər nəfərinə düşən gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 1495,8 manat olub. Ölkənin hər sakininə ayda orta hesabla 249,3 manat məbləğində gəlir düşüb bu, 2010-cu ildəkindən 33,5 manat çoxdur. Əhalinin əldə etdiyi 13,5 milyard manatlıq gəlirin 67,5 faizi son istehlak xərclərinə, 8,2 faizi vergilər, sosial sığorta könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,6 faizi isə kapital əmanətlərin artırılmasına yönəldilib. Vergilər, digər icbari ödəmələr könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,4 milyard manatlıq ya əvvəlki ildəkindən 18,3 faiz çox vəsait qalıb. I yarımillikdə ticarət şəbəkəsindən əhaliyə 7,6 milyard manatlıq ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox istehlak malları satılıb. İstehlak mallarının 7,3 milyard manatı pərakəndə ticarət, 229,7 milyon manatı iaşə şəbəkələrində realizə olunub. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 61,4 faizi ərzaq məhsullarının, 38,6 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,3 milyard manatlıq ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çox pullu xidmətlər göstərilib. I yarımillikdə ölkənin dövlət qeyri-dövlət təşkilatları ayrı-ayrı fiziki şəxsləri 131 xarici dövlətlə 14,1 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə mübadiləsinin 2,5 milyard dolları MDB üzvü dövlətləri, 11,6 milyard dolları digər ölkələrlə həyata keçirilib. 2010-cu ilin 5 ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,9, o cümlədən MDB üzvü dövlətləri üzrə 46,6, digər dövlətlər üzrə isə 5,5 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 10,6 milyard dollarını ölkəmizdən ixrac olunmuş mallar, 3,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 7,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. I yarımillikdə ölkədə fəaliyyət göstərmiş birjalarda keçirilən 388 hərracda 4236 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunub dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə artıb.

Milli iqtisadiyyatın formalaşmasında inkişafında İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) rolu danılmazdır. Çünki bu fond müvəkkil kredit təşkilatları vasitəsilə bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 946 investisiya layihəsinin maliyyələşdirilməsinə 80, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 54 investisiya layihəsinin maliyyələşdirilməsinə 68,8, 892 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə isə 11,2 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 3800-dən çox yeni yerinin yaradılması nəzərdə tutulub. Bu il özəl sektora güzəştli şərtlərlə 125 milyon manat kredit veriləcək bu, növbəti illərdə yeni istehsalların, yerlərinin açılmasına qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb bu sahəni tənzimləyən bir sıra normativ hüquqi akt qəbul olunub. İİN yanında Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDX) istehlak bazarının keyfiyyətsiz mal xidmətlərdən qorunması üçün həyata keçirdiyi inzibati tədbirlərlə yanaşı, apardığı maarifləndirmə işləri xüsusi əhəmiyyətə malikdir. Bu qurum I yarımillikdə istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 20 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap etdirib onlar sahibkarlara istehlakçılara paylanıb. ASİHMDX-in I yarımillikdə həyata keçirdiyi nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 78,1 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətaya yol vermiş şəxslər 575,1 min manat cərimə edilib. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 155 min manat maliyyə sanksiyası tətbiq olunub.

Xatırladaq ki, Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı"na görə MDB ölkələri arasında 1-ci, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 139 ölkə arasında 13-cü, Dünya İqtisadi Forumunun hesabatına görə isə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında 1-ci yeri tutub. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi (BRA) ölkəmizin kredit reytinqini "Moody"s" BRA Azərbaycan üzrə reytinq proqnozunu "Stabil"dən "Pozitiv"ə yüksəldib. "Fitch Ratings" BRA ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli beynəlxalq reytinq verib. "Fitch Ratings" həmçinin Azərbaycanın yerli xarici valyutada uzunmüddətli reytinqini BBB səviyyəsində proqnozunu "Pozitiv" səviyyəsində təsdiqləyib. "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib ölkəmiz "Doing Business 2010" "Doing Business 2011" hesabatlarında öz mövqeyini qoruyaraq saxlayıb. "Doing Business 2011" hesabatında isə Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutub. Hesabatda 2006-cı ildən etibarən 5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı biznes mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilib. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatına görə, Azərbaycan "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlib. Yuxarıda sadalanan bütün faktlar beynəlxalq hesabatlarda Azərbaycana geniş yer ayrılması milli iqtisadiyyatımızın yüksələn templə inkişafından bu iqtisadiyyatın ümumdünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olmasından xəbər verir. Başqa sözlə, prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan sürətlə, uğurla inkişaf edir yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcək. Güclü iqtisadiyyata malik olan Azərbaycan isə hər şeyə qadir olacaq.

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 30 iyul-1 avqust.- S. 12.