Hər işdə
nümunə olmağı bacaran Əminə xanım
"Kür" qəzetinin baş
redaktorunun 60 illik yubileyi keçirilib
Yevlaxda
çıxan "Kür" qəzetinin baş redaktoru Əminə
Yusifqızının 60 illik yubileyi qeyd edilib.
Tədbiri
açan Yevlax ŞİH başçısının birinci
müavini Qənimət Qaraşov Ə.Yusifqızının
hər kəsə nümunə sayılacaq həyat yolu və
yaradıcılığı barədə məlumat verib, onun
peşəkar jurnalistlik fəaliyyəti ilə yanaşı,
rayonun ictimai işlərindəki aktivliyindən söhbət
açıb.
Yubiley
tədbirində iştirak edən Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə
Heyətinin üzvü Vüqar Səfərli, MŞ sədrinin
müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu,
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
İlham Məmmədov və başqaları
çıxış edərək respublikanın əməkdar
jurnalisti, "Qızıl qələm", Həsən bəy
Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının
laureatı, "Tərəqqi" medallı Əminə
Yusifqızının jurnalist fəaliyyətindən ətraflı
söz açıblar. Onlar yubilyarın baş redaktoru
olduğu "Kür" qəzetinin böyük tirajla nəşrinin,
tək əyalət qəzetləri içərisində
deyil, bütövlükdə ölkənin media məkanında
tanınmasının məhz onun əməyi sayəsində
mümkün olduğunu söyləyiblər.
Çıxışlarda
həmçinin, Ə.Yusifqızı insanlara qayğı ilə
yanaşan, onların problemlərinin aradan
qaldırılmasına can yandıran insanpərvər və
humanist ziyalı kimi təqdim olunub.
Yubiley
tədbiri respublikanın tanınmış incəsənət
ustalarının ifa etdikləri musiqi nömrələri ilə
də yaddaqalan olub.
Sonda
çıxış edən Ə.Yusifqızı fəaliyyətinə
verilən yüksək dəyərə, haqqında söylənilən
qiymətli sözlərə görə tədbir
iştirakçılarına minnətdarlığını
bildirib.
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 2 iyun.-
S. 7.