Uşaqlar Xalça muzeyində "Sehirli nağıllar aləmi"nə düşdülər
Dünən
Lətif Kərimov adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət muzeyində "Sehrli
nağıllar aləmi" adlı tədbir keçirilib. Tədbir
Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr
olunub.
Tədbiri
giriş sözü ilə açan, muzeyin kütləvi
işlər üzrə şöbəsinin müdiri Aygün
Abbasova belə tədbirlərin keçirilməsinin məqsəd
və əhəmiyyətindən danışıb:
"Bununla əlaqədar Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi də heç bir zaman körpələri unutmayaraq,
onların həm fiziki, həm də intellektual səviyyəsinin
inkişafı üçün bir-birindən maraqlı
uşaq proqramları və tədbirlər təşkil edib. Bu
tədbirlər vasitəsilə onlar həm əylənir, həm
də tariximiz, mədəniyyətimiz haqqında məlumatlar
almaq şansı qazanırlar. Bu gün muzeyimizdə
keçirilən "Sehrli nağıllar aləmi" tədbiri
də bu qəbildəndir".
Tədbirin
maraqlı və rəngarəng olması üçün 8
saylı orta məktəbin şagirdləri muzey əməkdaşlarının
köməkliyi ilə hazırladıqları ekskursiya mətni
əsasında tamaşaçılara xalçalarımız
haqqında məlumat veriblər. Həmçinin muzeyin
uşaq teatrının balaca aktyorlarının ifasında
"Qırmızı papaq" nağılından
parçalar göstərilib. Uşaqlar milli
oyunlarımızdan olan "İpdartma" oyununda iştirak
edərək, güclərini sınayıblar. İstedadlı
balacalar muzey tərəfindən hazırlanmış
"Özün rənglə" nümunələri əsasında
xalça elementlərini rəngləyərək, kompyuterdə
"Öz xalçanı yarat" proqramında istədikləri
xalçanın eskizlərini yaradıblar. Tədbirdə 8
saylı orta məktəb şagirdləri və 25, 130 saylı
uşaq bağçasında tərbiyə alan uşaqlar
iştirak ediblər.
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 2 iyun.-
S. 7.