Ermənistan da Azərbaycan torpaqlarını işğal
edib
AŞ PA hüquq
məsələləri və
insan hüquqları komitəsinin üzvü
Jan Torresin "Həftə
içi"nə eksklüziv
müsahibəsi
Bir sıra
qərb dövlətləri
və beynəlxalq təşkilatların Azərbaycana
qarşı dəfələrlə
qərəzli mövqe
nümayiş etdirməsinin
şahidi olmuşuq.
Bundan başqa,
insan hüquqları və digər məsələlərlə bağlı
hesabatlarda da bunun şahidi oluruq. İkili standartlar açıq-aydın
görünür. Dağlıq Qarabağla bağlı isə qərəz ortadadır. Dünyanın gözü qarşısında
beynəlxalq cinayətə
imza atmış və Azərbaycan torpaqlarını işğal
etmiş ermənilərə
qarşı hansısa
sərt mövqe ortaya qoyulmur. AŞ PA hüquq məsələləri
və insan hüquqları komitəsinin
üzvü Jan Torres "Həftə
içi"nə eksklüziv
müsahibəsində Ermənistanın
Azərbaycan torpaqlarını
işğal etdiyini açıq-aşkar etiraf
etdi.
- Mən artıq üçüncü dəfədir
ki, Azərbaycana gəlirəm. Hər gəlişimdə sürətli inkişafın
şahidi oluram. Mən artıq bilirəm ki, Azərbaycanda siyasi situasiya stabildir və demokratikdir.
Bu sahədə keçirilən
konfranslar müsbət
addımdır. Mən nə fikirləşirəm?
Qafqaz ölkələri içərisində
Azərbaycanda vəziyyət
daha yaxşıdır.
Azərbaycan gənc ölkədir.
İnkişaf hələ qabaqdadır.
Mənim
fikrimcə, gənc ölkə kimi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti
normal qiymətləndirmək olar.
- Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı nə deyə bilərsiniz?
- Mən bura gəlməmişdən
əvvəl də Azərbaycanla Ermənistan
arasında konfliktin olduğunu bilirdim. Sadəcə,
istəyirəm ki, bu konflikt aradan
qaldırılsın. Ermənistan Azərbaycanın ərazilərini
özünə qaytarsın.
Biz həmişə işğal faktını
pisləmişik. Ermənistan Azərbaycan
torpaqlarını işğal
edib. Bu da
beynəlxalq hüququn
prinsiplərinə ziddir.
Bu səbəbdən də Azərbaycanın hüquqları tanınmalı,
ərazi bütövlüyü
bərpa olunmalıdır.
- Erməni mətbuatı iddia edir ki, guya
AŞ PA prezidenti Mövlüd
Çavuşoğlu Azərbaycanın
lehinə çıxışlar
edir. Buna münasibətiniz
necədir?
- Bu nüansı tam bilmirəm.
Ona görə də bu barədə heç nə deyə bilmərəm.
İnanmıram ki, belə şey olsun. Məncə erməni mətbuatında
yazılanlar həqiqəti
əks etdirmir.
- Bəzən beynəlxalq təşkilatların
insan hüquqları anlayışından siyasi
məqsədlər üçün
istifadə etdiklərinin
də şahidi oluruq
- AŞ
PA tərəfindən belə
bir addım atılır. Bu cür
siyasət yürütmək
düzgün deyil.
AŞ PA üzvü olaraq deyə bilərəm ki, bu təşkilatın qərarları obyektivliyə
söykənir.
- Demokratik durum və insan haqları
sahəsindəki vəziyyətlə
bağlı Ermənistanla
Azərbaycanı müqayisə
etmək olarmı?
- Ermənistanda problemlər
var və onlar bu problemləri
həll etməlidirlər.
Başqa
ölkələr gedib
Ermənistanda demokratik
islahatlar apara bilməz. Ona görə də
Ermənistan bu sahədə ciddi addımlar atmalıdır.
- Azərbaycanın
"Eurovizion"da qələbə
çalması barədə
nə deyə bilərsiniz? Sizcə,
Azərbaycan 2012-ci ildə
bu yarışmaya necə ev
sahibliyi edəcək?
- Bu yarışma çox yüksək səviyyədə
keçdi. Nəzərinizə çatdırım ki, Azərbaycan birinci yerə layiq idi. Mən sevinirəm ki, ölkəniz bu yarışmanın qalibi olub. Mahnıya da qulaq asmışam, çox xoşuma gəlir, hərdən qulaq asıram. Gələn
il bu
yarışma Bakıda
keçiriləcək. Əminik ki,
Azərbaycan bu yarışmanı yüksək
səviyyədə təşkil
edəcək. Çünki ölkənizin buna potensialı var və bu işin
öhdəsindən gələcək.
Çalışacam ki, mən də bu yarışmaya
gəlim və canlı izləyim.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 3 iyun.-
S. 1, 3.