Prezident Sumqayıt hadisələrinə dair istintaqın yenilənməsi barədə tapşırıq verib

 

"Sumqayıt hadisələri ilə bağlı yeni faktlar aşkarlanıb"

      

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "sumqait.com" saytının təqdimat mərasimi keçirilib. Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, sayt saxta erməni təbliğatının ifşası məqsədilə hazırlanıb. Ermənilər öz işğalçı siyasətinə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrindən istifadə edirlər. Bu hadisələri onlar azərbaycanlılar tərəfindən təşkil olunan akt kimi sırımağa çalışırlar". Onun sözlərinə görə, bu hadisələrdən sonra ermənilər azərbaycanlıların onlara qarşı qəddarlığı iki xalqın bir dövlət tərkibində yaşaya bilməməsi ideyasını irəli sürdülər. Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, son vaxtlar ermənilər Sumqayıt hadisələrini ermənilərə qarşı soyqırım kimi irəli sürür beynəlxalq qurumlara müraciət edirlər. Prezident İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. O, əlavə edib ki, Baş Prokurorun müavini Rüstəm Usubovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb: "İstintaqın yenilənməsindən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib.

Məlum olub ki, bu hadisələrin sifarişçiləri təşkilatçıları Qorbaçov, sovet rəhbərliyində təmsil olunan ermənipərəst dairələr, erməni millətçiləri separatçıları olub". Onun sözlərinə görə, SSRİ DTK tərəfindən Sumqayıta təxribat qrupları göndərilib bu qruplar sonra digər respublikalarda da eyni üsullarla təxribatlar törədiblər: "Bu hadisənin təşkilatçıları Eduard Qriqoryan, onun iki qardaşı Dağlıq Qarabağdan gəlmiş emissarlar olub. Emissarlar tərəfindən Eduard Qriqoryana Sumqayıtda yaşayan ermənilərin siyahısı verilib. Qriqoryanı psixotrop narkotik vasitələrlə təmin edib, camaata soyuq silahlar paylayıblar". "Sarkisyan, Ohanyan digər agentlər Sumqayıta, sonradan isə Orta Asiya ölkələrinə göndərilib onlar Orta Asiya respublikalarında törədilən təxribatlarda da iştirak ediblər" deyən PA rəsmisi vurğulayıb ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub: "Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir".

Baş prokurorun müavini Rüstəm Usubov isə deyib ki, SSRİ rəhbərliyi Sumqayıt hadisələrinin əsl sifarişçi təşkilatçılarını üzə çıxarıb məsuliyyətə cəlb etmək əvəzinə, onların müəyyən edilməsi üçün müxtəlif əngəllər törətmişdi: "İstintaq materiallarından artıq məlumdur ki, 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə mühakimə olunub 9 il 2 ay 13 gün həbsxanalarda yatmış Qriqoryan Eduard Robertoviç xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən hadisələrə təhrik olunmuş yeniyetmələrə müxtəlif cinayətkar ünsürlərə spirtli içkilər narkotik maddələr qəbul etdirərək onları cuşa gətirib "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar çağırışları ilə "Qarabağ" (komitəsi) "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan digər cinayətlərdə fəal iştirak edib şəxsən 6 nəfər ermənini qətlə yetirib". R.Usubov diqqətə çatdırıb ki, Eduard Qriqoryan təsadüfən ələ keçib o, hadisələrdən sonra, yəni zərərçəkmiş erməni qızlar - Marina Karina Melkumyan bacıları tərəfindən tanınandan sonra fakt qarşısında məsuliyyətə cəlb edilib: "Qriqoryan zərərçəkmiş ermənilər tərəfindən tanınmasaydı, çox güman məhz erməni olduğuna görə, həmin hadisələrdə tutulmuş digər qardaşlarını buraxdıqları kimi, onu da azad edəcəkdilər. Aparılmış istintaqla müəyyən edilib ki, Eduard Qriqoryanın özündən başqa daha 2 qardaşı həmin hadisələr zamanı erməni mənzillərinin talanmasında iştirak edib. Hazırkı istintaqla birmənalı olaraq müəyyən edilib ki, Eduard Qriqoryan qardaşları Dağlıq Qarabağdan olan emissarlarla əlaqə saxlayıb, onlardan əslən qarabağlı olan, erməni separatizmini qəbul etməyən, onların fondlarına pul köçürməyən ermənilərin ev ünvanlarını, habelə xüsusi həblər spirtli içkilər almaq üçün pul alıb, sonra ətrafına topladığı cinayət meylli azərbaycanlı qonşuları ilə ümumi dil tapıb, onlara spirtli içki insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyıb onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin təşkil edildiyi meydana aparıb". Sumqayıt hadisələrinin yenidən istintaqı zamanı bir sıra yeni fakt aşkarlandığını deyən R.Usubov bu məsələ ilə bağlı Baş Prokurorluqda xüsusi komissiya yaradıldığını deyib: "Həmin hadisələrlə bağlı beş cinayət işi təzələnib. Sumqayıt hadisələrindən ermənilərin zərərçəkən olduğu deyilir, əslində isə bu, belə deyil. Yeni istintaq zamanı Sumqayıtda bəzi ermənilərin öz mal-mülklərini öncədən Rusiyaya çıxardıqları, sonra isə öz evlərini yandırdıqları məlum olub. Ermənilər özləri etiraf ediblər ki, bu addımı kompensasiya almaq məqsədilə atıblar. 100-dən çox varlı erməni özünün bankdakı pullarını çıxarıb. İstintaqın gedişində Sumqayıt hadisələri zamanı Ermənistan digər ölkələr arasında bir çox telefon danışıqlarının aparıldığı da üzə çıxıb".

www.sumqait.com saytı Prezident Administrasiyası tərəfindən hazırlanıb. Sayt Azərbaycan, rus ingilis dillərində fəaliyyət göstərir 7 bölmədən ibarətdir. Saytda Sumqayıt hadisələrinin səbəbləri, bu hadisəni təşviq edən qruplar Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında məlumatlar verilir. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

  

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 1 mart.- S. 1-2.