2011-in ən yaxşıları
Dünya kinosunda ən ali mükafat sayılan
"Oskar" 2011-ci ildəki sahiblərinə təqdim edilib
Dünya kinosunun ən
yaxşıları seçilib. "The Sun" qəzetinin
yazdığına görə, ABŞ-ın Los-Anceles şəhərində
83-cü "Oskar" mərasimi başa çatıb. Amerika
Kino Akademiyasının fikrincə, "Kral
danışır!" filmi ilin ən yaxşı filmidir. Əsas
mükafat uğrunda "Qara qu quşu",
"Döyüşçü", "Uşaqlar
qaydasındadır", "127 saat", "Oyuncaqlar əhvalatı
3", "Dəmir tutum", "Qış
sümüyü", "Başlanğıc" və
"Sosial şəbəkə" filmləri də
mübarizə aparırdılar. 1943-cü ildən bəri
ikinci dəfədir ki, "Oskar" mükafatları
arasında ən əsasına 5 yox, 10 film nominant idi.
"Kral danışır!"
filminin rejissoru Tom Huper "Ən yaxşı rejissor" nominasiyasında "Oskar"
alıb. Filmdə baş rol almış Kolin Fert "Ən yaxşı aktyor" nominasiyasının qalibi olub. Kəkələmə
ilə mübarizə
aparmış Britaniya
kralı VI Georq barədə çəkilmiş
film 12 nominasiyada "Oskar"a
namizəd olsa da, 4 nominasiyada qalib olub. Film "Ən orijinal ssenari" nominasiyasında
da qalib gəlib.
"Ən yaxşı əcnəbi
film" nominasiyasında qalib danimarkalı rejissor Syuzann Birin
"Qisas"ı olub.
"Ən yaxşı
qadın rolu" nominasiyasında "Oskar"a "Qara qu
quşu" filmindəki roluna görə Natali Portman layiq
bilinib.
"Sosial şəbəkə"
filminin musiqisinin bəstəkarları Trent Reznor və Attikus
Ross "Ən yaxşı saundtrek"ə görə
"Oskar" alıblar.
"Ən yaxşı
ssenari" nominasiyasının qalibləri "Kral
danışır!" və "Sosial şəbəkə"
filmləri olublar.
"Kral
danışır!"ın ssenari müəllifi Devid Seydler
karyerasında ilk "Oskar"a yiyələnib.
İlin ən
yaxşı multfilminə gəldikdə isə, 2010-cu ilin nəticələrinə
görə "Oyuncaqlar əhvalatı. Böyük
qaçış" bütün rəqibləri
qabaqlayıb. Multfilmin yaradıcısı Li Uinkrik də ilk dəfədir
ki, "Oskar" alır.
"İkinci planda ən
yaxşı qadın rolu" nominasiyasında mükafatı
"Oskar"a iki dəfə namizəd olan, yalnız bu dəfə
sevinən Melissa Leo ("Döyüşçü")
alıb.
"İkinci planda ən
yaxşı kişi rolu"nda qalib
"Döyüşçü" filmindəki roluna görə
Kristian Beyl olub.
Bədii tərtibat və
dekorasiyaların keyfiyyətinə görə "Oskar"
"Alisa möcüzələr diyarında" filmi alıb.
Həmin film kostyumların dizaynına görə də
"Oskar"a yiyələnib.
"Ən yaxşı
orijinal mahnı" mükafatı "Oyuncaqlar əhvalatı"ndan
"We Belong Together" mahnısına verilib.
"Ən yaxşı
sənədli film" nominasiyasının qalibi isə
Çarlz Ferqüsson və Odri Marrsın "Daxili
iş" lentidir.
Son olaraq bildirək ki,
"Oskar"ın təqdimat mərasiminin
aparıcıları 33 yaşlı Ceyms Franko və 28
yaşlı Enn Heteuey idilər.
Həftə içi.- 2011.- 1 mart.- S. 8.