Ombudsman illik məruzəsini dövlət
başçısına göndərib
Konstitusiya qanunu ilə müəyyən edilmiş qaydada digər dövlət qurumlarına göndərib. Bu barədə "Həftə içi"nə Ombudsman Aparatından məlumat verilib. "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2010-cu il üzrə illik məruzədə Müvəkkilin Konstitusiyada və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb. İllik məruzənin Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub. Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda dərc ediləcək.
Əli
Həftə içi.- 2011.- 2 mart.- S. 4.