Hərbi həkimlər
də döyüşə
hazırdır
Nə etməli, bizim sənətimiz belədir. Axı biz müharibə
üçün yaranmışıq.
Müharibə edib vətəni
qorumaq üçün.
Biz hərbi kəşfiyyatçılar
borcluyuq düşmən
arxasında əməliyyatlar
edək, biz hərbi istehkamçılar borcluyuq
həyatda yalnız bir dəfə səhv etməklə ölümlə üz-üzə
dayanaq, biz hərbi həkimlər borcluyuq od -alov
altında düşmən
gülləsinə
sipər olmuş sinələri yaraq və əlimiz əsmədən, qəzəbdən
qəhərlənmədən Vətən oğlunu xilas edək. Burada lirikaya, duyğulara, diletantlığa yer yoxdur cənablar.
Amma bütün bunlarla
yanaşı biz orduda süpürgənin də bir gün
"atəş aça" biləcəyi
reallığı ilə qarşı-qarşıyayıq.
Müharibə güc və silah tələb edir, bu orduda var,
ordu böyük bir kontingentə, texnikaya və silaha sahibdir,
bu halda bəlalarsız da olmur. Bəlkə də kimlərsə
milli hərbi həkimlərimizin sərtliyindən, hərbi
prokurorlarımızın ciddiliyindən, komandirlərin
dönməzliyindən və tələbkarlığından
narazıdır? Ancaq nə etməli, ordu müharibədə
özünü sınayır, onun yolu hamar deyil, qan və
ölümə hazır olmaq lazımdır. Bəlkə də
kimsə bu hazırlığın asan olduğunu sanır.
Yanılır. Neçə illərdir addım-addım indiki
mövqeyə gəlib çatmışıq. Nə qədər
qan, tər axıdılıb. Yoxsa siz asan hesab edirsiniz-
"yoxdan var" ordu düzəltməyi? Biz 94-də də,
96-da da, 98-də də indi də Vətəni qorumaq şərəfinə
layiq olmuşuq. Kimlərəsə bu iş asan görsənə
bilər, kimlərsə naşılıqdan döyüşə
və orduya başçılıq etməyi asan hesab edər.
Buna görə hazıra nazir kəsilmək istəyər.
Amma bu dəfə biz geri çəkilməyəcəyik.
Keçənlərdə naşıların əlində hərbin
nəyə çevrildiyini gördük. Bu dəfə də
biz kiminsə "fürerlik" havasına düşməsinin
acısını çəkmək fikrində deyilik. Dövlətimizin
pulu, vaxtı... nə isə. Ordu gərək ki, publika
mövzusuna çevrilməsin, bizim sənətimiz qəzet səhifələrində
hərbi oyunlar aparmaq deyil, ən sərt təbii və
döyüş şəraitində xidmət aparmaqdır.
Bu dəfə artıq
geri çəkilməyəcəyik, öz
"komutanımızın" əmrindəyik.
Çünki biz orduyuq onunla birlikdə
yaratdıqlarımızın qiymətini yaxşı bilirik.
Özümüzü özümüzdən
yaxşımı tanıyacaqlar, biləcəklər?
Tanıtmaq, bilmək demişkən, əzizlərim vətəndaşa
ən yaxın olan, hərbi tibb müəssisələrinin
dünənindən, bu günündən, izlədiyi
inkişaf yolundan danışsaq qarşılıqlı
müzakirə aparmağa yəqin ki, ortaq nöqtələr
var. Axı bu sahə çoxumuzun gözü
qabağındadır. Digər hərbi sahələrdən fərqli
olaraq buranın az məxfi bir sahə olması bizə qol-qanad
açmağa da imkan verir, yazmağımızı,
müzakirə aparmağımızı daha da
asanlaşdırır. Yolu bura düşənlər
görüblər, gəlmək istəyənlər də
buyura bilərlər. Müzakirə istəmirikmi? İddia edənlərin
əlində hansı faktlar olduğunu bilirik. Bu sadəcə
olaraq eyforiyadır. Bizdə olan faktlar isə başqa şeylər
deyir.
Ordumuzun bütün sahələrində
olduğu kimi hərbi tibb də az vaxtda böyük bir
inkişaf yolu keçib. Birdən-birə, keçən əsrin
əvvəllərində yaranmış və indi
bütün türk dünyasının fəxr etdiyi
Gülhanə Hərbi Tibb Akademiyasında aparılması tərəddüd
edilən bir cərrahiyyə əməliyyatının 3-4
gün əvvəl Silahlı Qüvvələrin Baş Klinik
Hospitalında həyata keçirildiyini desəm, bəlkə
də çoxları inanmayacaq. Ancaq bu faktdır. Pasient
(stasionar xəstə) Mirzəyev Taleh Hacıməmməd
oğlu üzərində 10 saat müxtəlif əməliyyatlar,
sonda isə plastik əməliyyat aparılaraq üz-çənə
skeletinin rekonustruksiyası, Yelizarov
üsulu ilə bud-çanaq oynağının cərrahiyyə
əməliyyatı aparılıb. İndi
isə bu imkanları təmin edən hospitalın, hərbi
tibbimizin "logika"sından danışaq. Məntiq belədir-kompleks
şəkildə yanaşma, yüksək ixtisaslı ilk tibbi
yardım, təkmilləşdirilmiş təxliyyə sistemi,
yüksək ixtisaslı və hazırlıqlı həkim
personalı və dünya standartına uyğun tibbi təchizat.
Ən birincisi bütün bunların həyata keçirilməsinə
imkan verən bina-komplekslər inşa edilib və ya əsaslı
təmir işləri aparılıb. Müasir təbabət
elminin son nailiyyətləri olan stasionar və ambulator
müayinə üçün nəzərdə tutulan
aparatlar, cihaz və qurğular da hərbi qulluqçuların
ixtiyarındadır. Termiki yanıqların, qan-damar və
ürək xəstəliklərinin müalicəsində
istifadə olunan, hər ölkədə hələ əldə
edilə bilməyən barakamera, tibbi radiologiyanın nailiyyəti
olan servikal spinal maqnit rezonans tomoqrafiya sistemi, dəqiqliklə
göstərən rentgen-flüoqrafiya kabinələri və
s. ordunun sağlamlığının keşiyində dayanan hərbi
həkimlərin əvəzsiz köməkçiləridir.
Baş Klinik Hospitalda 10-a yaxın şöbə, 30-dan
çox bölmə, beşmərtəbəli binanın üç
mərtəbəsini əhatə edən təmirli və
müasir avadanlıqla təmin edilmiş poliklinika fəaliyyətdədir
ki, bu da kompleks müalicə və müayinəyə imkan
verir. Rəqəmləri sadalamağa, faktları deməyə
ona görə məcburuq ki, "duyğusallığa"
yer qalmasın. Burada olan ən son texniki və məişət
göstəriciləri, rabitə, isitmə və soyutma,
işıqlandırma, mərkəzləşdirilmiş
oksigen-vakkum sistemi və rahatlıq, ciddi təminat demək
deyilmi? Onda ölçüyəgəlməz yenilikləri demək
vaxtıdır. Qabaqcıl ölkələrdəki kimi zirzəmidə
yerləşdirilmiş aptek-baza dərmanların keyfiyyətli
saxlanmasına və hazırlanmasına imkan verir. Dərman təchizatı
tibbin özəyi deyilmi? Dərmanların hazırlanmasında
və saxlanmasında, laboratoriyalarda, müayinədə istifadə
olunan köhnə texnologiyaya əsaslanan vasitələrin yeniləşməsi
bizim uğurumuz deyilmi? Kim deyə bilər ki, hərbçilərimizin
sağlamlığına xidmət edən bu edilənlərə
xərclənən vəsait hədərədir? Ancaq hərbi
tibb elmimiz dayanmır, hətta yaxın vaxtlarda Gülhanə Hərbi
Tibb Akademiyası səviyyəsində kardiocərrahiyyə əməliyyatlarının
həyata keçirilməsinə hazırlaşılır.
Bunun üçün yüksək və orta tibbi personal, 8-dən
çox həkim, iki o qədər çox digər
heyət adı çəkilən müəssisədə nəzəri
və praktiki çalışmalarını başa
çatdırıblar, tikilib tamamlanmaqda olan mərkəzin isə
öz personalını qəbul eləməsinə bir
neçə gün qalır desək, yanılmarıq.
Artıq aorta anevrizmalar zamanı süni protezləşmə
metodları ilə müalicənin hospitalda aparılması da
günümüzün reallığı olacaq. Bu, hərbi
tibb üçün böyük nailiyyətdir. Əlbəttə,
bizə döyüşə hazırlaşmaq lazımdır,
nəinki qaranlıq məqsədlərə çatmaq istəyənlərin
oyuncağına çevrilmək. Bəs yeni travmatologiya və
bərpaedici cərrahiyyə mərkəzini yaratmaqda məqsəd
nədir? Burada məqsəd odur ki, təkmilləşdirilmiş
təxliyyəylə, yəni vertolyotlarla yaralılar birbaşa
döyüş bölgələrindən qısa bir müddətdə
mərkəzə çatdırılacaq və təcili-tibbi
yardım mərkəzinin tərkibində yaradılmış
təcili yardım heyəti ilə birgə ilkin tibbi
yardımı belə ixtisaslı travmatoloqlar və cərrahlar
edəcəklər. Bu da imkan verəcək ki, yaralanmaların
fəsadlarının qarşısı alınsın. Burada
yüksək səviyyədə mövcud olan efferent terapiya,-
dializ, ultrabənövşəyi və lazer şüalarla
bütün növ patologiyalar zamanı xəstənin
qanını tez zamanda detoksikasiya etmək ücün imkanlar
var. Hamı bilir ki, diaqnostika müalicənin keyfiyyətinə
birbaşa təsir edir. Ən müasir diaqnostika kabinetləri
hospitalın nəzdində fəaliyyət göstərir. Əsas
da odur ki, bütün bunları həyata keçirə bilən
mükəmməl mütəxəssislər hərbi
qulluqçularımızın sağlamlığının
keşiyində dayanıb. İxtisaslı kadrların 90 faizi,
orta tibbi heyətin 20 faizə yaxını xarici ölkələrdə
ixtisasartırma, təkmilləşmə
kurslarında iştirak edib. 2007-ci ildən başlayaraq 30-35 nəfərdən
ibarət həkim heyəti Silahlı Qüvvələrimizi hər
il NATO təlimlərində yüksək səviyyədə təmsil
edirlər. Təkcə keçən il Azərbaycan hərbi həkimləri
10 məruzə ilə, özü də məhz ingilis dilində
həmin təlimlər zamanı seminarlar keçiblər. Artıq 4 nəfər
əməkdar həkimin, bir elmlər doktorunun, səkkiz elmlər
namizədinin hərbi tibbi sahəyə xidmətləri xalqımızın
xəzinəsi deyilmi? Hospitalın nəzdində dörd
kafedradan ibarət və yüksək təlim-tədris
bazasına malik Hərbi Tibb Akademiyasının olması
ordumuzun uğuru deyilmi? Saymaqla qurtara bilməyəcəyimiz
nailiyyətlər və yeniliklər bizə çox şeyi
demirmi? Ancaq nə edək, biz hələ çox şeyi deyə
bilmərik, çünki çoxu hərbi sirdir . Ancaq
sadaladığımız və bizim əlimizdə olan faktlar
hələlik kifayət edər.
Zakir Hüseynov
Həftə içi.- 2011.- 10 mart.- S. 4.