"Ermənilər
əvvəllər razılaşdıqları
məqamlardan da yayınmağa çalışırlar"
Avropa Siyasəti Mərkəzinin analitiki Amanda Polun
"Həftə içi"nə eksklüziv müsahibəsi
Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli istiqamətində
aparılan danışıqlar yenidən fəallaşıb. Bunun
məntiqi nəticəsi kimi, Soçidə Rusiya prezidentinin təşəbbüsü
ilə Azərbaycan və Ermənistanın dövlət
başçıları bir araya gələrək
münaqişənin sülh yolu ilə həlli
imkanlarını müzakirə etdilər. Lakin bu
görüşlə bağlı da istər beynəlxalq
müşahidəçilər, istərsə də yerli siyasətçilər
o qədər optimist fikirlər söyləmədilər. Bütün
bunların müqabilində isə həmsədrlərin gələn
həftə bölgəyə növbəti səfərləri
planlaşdırılır. Bütün bu məsələlərlə
bağlı suallarımızı "Həftə
içi"nə eksklüziv müsahibəsində Qafqaz məsələləri
üzrə tanınmış ekspert, Avropa Siyasəti Mərkəzinin
analitiki Amanda Pol cavablandırır:
- Soçi görüşünün nəticələrini
necə qiymətləndirirsiniz?
- Soçi
danışıqları əvvəlki
bir neçə görüşlə müqayisədə
daha müsbət atmosferdə keçdi. Bunun məntiqi nəticəsi olaraq hər iki ölkənin
liderləri bir sıra vacib problemlə bağlı üzərlərinə öhdəliklər
götürdülər. Lakin
bu problemlərlə bağlı tərəflər
Həştərxanda 2010-cu ilin oktyabrında təşkil olunan görüşdə də
razılığa gəlmişdilər.
Ona görə də, Soçi görüşündə faktiki
olaraq yeni bir şey üzərində
razılıq əldə
olunmayıb. Buna baxmayaraq
Rusiya prezidenti Dmitri Medvedev bu prosesə böyük enerji və vaxt sərf
etdiyi üçün
bir sıra uğurların əldə
olunduğunu göstərməyə
çalışdı. Lakin
Soçi müzakirələrindəki
vəziyyət sülh
danışıqlarında çox zəruri irəliləyişin əldə
olunması üçün
yetərli deyildi. Hər iki tərəf
iddia edir ki, 2 il əvvəl
açıqlanan yenilmiş
"
- "Nabucco" layihəsinin
reallaşması Dağlıq
Qarabağ münaqişəsinin
həllinə nə dərəcədə təsir
edə bilər?
- Bu kəmər
Avropa Birliyinin dəstəklədiyi cənub
enerji dəhlizinin tərkib hissəsidir. Həqiqətən də bu layihənin reallaşması Avropa Birliyinin enerji ehtiyatlarının inkişafına,
enerji təhlükəsizliyinin
təmininə və onun Rusiyadan asılılığının azalmasına müsbət təsir göstərə
bilər. Lakin hesab etmirəm ki, "Nabucco" Dağlıq
Qarabağ münaqişəsinin
həllinə təsir
etmək iqtidarındadır.
Bununla belə, ermənilər tez-tez layihədən şikayətlənərək
bildirirlər ki, Avropa Birliyi "Nabucco"nu dəstəkləməklə
onların təcridinə
yol açırlar. Ancaq bir şey
aydındır ki, Dağlıq Qarabağ münaqişəsi həllini
tapandan sonra Ermənistan bölgədəki
bütün enerji və nəqliyyat layihələrində iştirak
etmək, qoşulmaq imkanı əldə edəcək. Ermənistanın
Azərbaycan torpaqlarını
işğal altında
saxladığı bir
vaxtda isə bunun reallaşması qeyri-mümkündür.
- Münaqişənin həllində ərazi bütövlüyü, güc
tətbiq etməmək
və öz müqəddəratını təyin
etmək kimi üç prinsipin bir yerdə cəmlənməsi nə
dərəcədə əsaslıdır?
- Bu prinsiplər
çox zaman bir-biri ilə toqquşur. Bunu biz Cənubi Qafqazdakı dondurulmuş münaqişələrin
həlli prosesində müşahidə edirik. Lakin bu üç
prinsipin birgə istifadəsi, onların birləşdirilə bilmək
ehtimalının olmadığı
anlamına gəlmir.
Bu çox çətin
olsa da, mümkün bir işdir. Bütün səylər Dağlıq Qarabağ münaqişəsinin
həllində buna
nail olmağa istiqamətlənməlidir.
- Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı sizin özünüzün
konkret həll planınız varmı?
- Təəssüflər
olsun ki, Qarabağ da daxil olmaqla
postsovet məkanındakı
digər istənilən
münaqişəni həll
etmək üçün
hələlik elə bir möcüzəyə malik formul yoxdur.
Əgər bu həll formulu mövcud olsaydı, münaqişələr
bir neçə il əvvəl həllini tapardı. Yalnız siyasi istək və beynəlxalq birliyin güclü dəstəyini
qazanmış şəffaf
liderlik bu münaqişələrin
həllinə gətirib
çıxara bilər.
Bu elementlər olmadan münaqişələr həll
edilməmiş qalacaq. Onlar Avropa qitəsi və ondan kənarda
təhlükəsizliyin təmininə
təhdid yaratmaqda davam edəcək.
- Ermənistan və
Azərbaycan arasında
müharibə başlayacağı
təqdirdə Avropa birliyinin mövqeyi necə olacaq?
- Avropa Birliyi tərəddüd edə bilər. Digər böyük dövlətlər - Rusiya
və Türkiyə yəqin ki, hərbi əməliyyatların
dərhal dayandırılmasına
çalışacaqlar. Avropa
Birliyi isə Rusiya və Gürcüstan arasında
müharibə başlayan
zaman etdiklərini təkrarlamağa çalışacaq.
Yəni hər iki tərəfin liderləri arasında sülhməramlı qüvvələri
birləşdirməyə yardım
edəcək barışığın
əldə olunmasına
səy göstərəcəklər.
Lakin Dağlıq Qarabağ münaqişəsi
Cənubi Osetiya və Abxaziyadan köklü şəkildə
fərqlənir. Qarabağdakı
müharibənin qısa
müddət davam edəcəyi ehtimalı azdır. Hazırda münaqişə tərəfləri
güclü və müasir hərbi texniki imkanlara malikdirlər. Onların tətbiqi fonunda müharibə bir müddət davam edə bilər. Müharibənin lokallıqdan
çıxaraq daha geniş miqyasda yayılması, oraya aparıcı regional oyunçuların
qoşulması da mümkündür. Məhz
bu amilə görə beynəlxalq
ictimaiyyət qabaqlayıcı
yanaşma nümayiş
etdirməlidir. Müharibənin
yenidən başlamasını
gözləməməlidir.
- Avropa Birliyi və ABŞ ictimaiyyəti
Cənubi Qafqazdakı
münaqişələr barədə
nə dərəcədə
məlumatlıdır?
- Açıq
danışsaq insanların
əksəriyyəti hətta
Cənubi Qafqazın harada olduğunu bilmir, nəinki münaqişələr barədə
məlumatlıdırlar. Bu, sadəcə, onlar üçün o qədər
də maraqlı deyil. Müharibə baş verəcəyi təqdirdə belə, bu çox kədərli
olacaq. Lakin bunun "adi vətəndaşlara" dəxli
yoxdur. Ən vacibi odur ki,
qərar qəbul edə bilən, qanunvericilik orqanlarının
əməkdaşları, konqreslər,
parlamentlər və hökumətlər mövcud
reallıq barədə
məlumatlandırılsınlar. Onlara bu münaqişələrin
regional təhlükəsizliyə nə dərəcədə
təhdid yaratdığı
başa salınsın.
- Bu il münaqişənin
həllində müsbət
irəliləyişlər olacağına dair
gözləntiləriniz nədən
ibarətdir?
- Əgər
uğur əldə olunmalıdırsa, bu il baş verməlidir.
Çünki gələn
il çoxlu seçki olacaq. Bu seçkilər münaqişələrin
həlli prosesinə təsir edəcək. Seçkilər isə Rusiya, Ermənistan,
ABŞ-da baş tutacaq. Bununla belə, təəssüflər
ki, münaqişənin
tezliklə həll ediləcəyinə dair heç bir gözlənti yoxdur. Danışıqlar dayandırılıb,
narahatlıqlar isə
açıq şəkildə
müşahidə olunur.
Ermənilər əvvəllər
razılaşdıqları məqamlardan da yayınır. Azərbaycan
isə hərbi bəyanatlarını davam
etdirir. Bununla belə, Azərbaycandakı
yüz minlərlə
məcburi kökün
Ermənistan tərəfindən
işğal olunmuş
ərazilərə qayıtmaq
iqtidarında deyil. Ermənistanın özündə
isə iqtisadi və sosial çətinliklər getdikcə
kəskinləşir. Qeyd
olunanların fonunda tərəflərdən heç
biri ictimaiyyətinə
gedilməli olan güzəştləri anladıb
başa salmır. Onlar bunu gizlədərək
Dağlıq Qarabağın
gələcək statusu
barədə nağıllar danışırlar.
Beynəlxalq ictimaiyyət
isə bazar günləri Soçidən
gələn irəliləyişlərin
olmasına dair yaxşı xəbərlərdən
məmnun qalaraq bunu tərəflərin razılığa doğru
irəliləməsi kimi
qəbul edirlər.
Lakin bu, qeyri-adi bir sadəlövhlükdür.
Azad Əliyev
Həftə içi.- 2011.- 11 mart.- S. 1, 3.