KİVDF Bakı Slavyan
Universitetində görüş
keçirib
Dünən Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun
(KİVDF) təşəbbüsü ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində
təhsil alan
tələbələrlə ölkənin aparıcı
media qurumlarının rəhbərləri
arasında görüş
keçirilib.
Tədbirdə KİVDF-in icraçı
direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Mətbuat Şurasının sədri
Əflatun Amaşov,
"Həftə içi"
qəzetinin təsisçisi
və baş redaktoru Sevinc Seyidova, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu,
"İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə və 20-dən artıq digər qəzetlərin rəhbərləri iştirak
edib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla
bu görüşün
tələbələr üçün
böyük əhəmiyyətə
malik olacağını
deyib. O bildirib ki, tədbirin əsas məqsədi jurnalistika fakültəsində
təhsil alan
istedadlı tələbələrə
qəzet redaksiyalarında
təcrübə keçmək
və gələcəkdə
işlə təmin olunmaları üçün
şərait yaratmaqdır.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli vurğulayıb ki, bu görüş tələbələr üçün
çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə
görə, belə görüşlərin təşkil
olunmasında məqsəd
bu sahədə çalışanlara, jurnalistika
peşəsini sevənlərə
dəstək verməkdir.
Onun sözlərinə
görə, görüşlərdə
universitetdə oxuyan tələbələrin təcrübə
keçəcəyi qəzetlərin
rəhbərləri ilə
təcrübə mübadiləsi
aparılacaq: "BSU-nun jurnalistika
fakültəsinin sonuncu
kursunda təhsil alan tələbələr
müxtəlif qəzetlərdə
təcrübə keçməyə
göndəriləcək. Onlar 5 ay müddətində
müxtəlif qəzetlərdə
təcrübə keçəcək
və hər ay 100 manat məbləğində
əmək haqqı alacaqlar. 5 aydan
sonra onlar özlərini doğrultsalar
və ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr, həmin yerdə işə qəbul olunacaqlar. Hər il jurnalistikada
oxuyan tələbələr
müxtəlif redaksiyalarda
təcrübə keçir,
amma onların təcrübəsi bizləri
qane etmir. Onlar təcrübə müddətində
işləmək əvəzinə,
sanki sonda kağıza qol çəkilməsini gözləyirlər.
Bizim isə istəyimiz ondan ibarətdir ki, istedadlı tələbələr, həqiqətən
jurnalist olmaq istəyənlərin hamısı
işlə təmin edilsin. Qeyd edim ki, fevralın 23-də analojı
tədbir Bakı Dövlət Universitetində
keçirilib və artıq BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsi
qəzet redaksiyalarında
işə başlayıblar".
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov isə bildirib ki, bu görüşlər
KİVDF-in həyata keçirdiyi
ən mühüm layihələrdən biridir:
"Bu layihədən sonra
jurnalistika fakültəsini
bitirən 5-10 tələbə
müxtəlif redaksiyalarda
işləyəcəksə, bu artıq mətbuatımızın
uğurudur. Hazırda işləmək istəyən tələbələrin
çoxu televiziyaya üstünlük verirlər.
Ancaq unutmaq lazım deyil ki, televiziya
jurnalistikası öz
spesifik xüsusiyyətlərinə
görə yazılı
mətbuatdan fərqlənir.
Tələbələrə məsləhət görürəm
ki,
iş yerlərini seçərkən qəzetlərdən
başlasınlar. Bundan sonra
böyük uğurlar
qazanmaq olar. Bir məsələni də qeyd edim ki,
son zamanlar elektron jurnalistika yaranıb və bu da
yeni bir sistemdir. Ancaq unutmayaq ki, hər bir qəzetlərin
də onlayn sistemləri var və sosial şəbəkələrdə, bloqlarda daha çox vaxt keçirməkdənsə, jurnalist
olmaq istəyənlər
buraya yazılar versin və onlarla əməkdaşlıq
etsin".
Tədbirin davamında çıxış
edən "Ayna-Zerkalo"
qəzetinin baş redaktoru Elçin Şıxlı da bu görüşün
KİVDF-nin ən maraqlı təşəbbüslərindən
biri olduğunu söyləyib. O bildirib ki, bir çox
hallarda jurnalistikada oxuyan, yüksək səviyyə, dünyagörüşünə
və xarici dil qabiliyyətinə malik olan tələbələr
sonradan jurnalistikaya getmək istəmir:
"Bunun bir çox obyektiv və subyektiv səbəbləri
var. Jurnalistika ixtisası
üzrə universitetlərə
qəbul sistemində də müəyyən çatışmazlıqlar var. Bu gün jurnalistikaya qəbulda qabiliyyət imtahanlarının keçirilməsinə
ehtiyac var. Jurnalistika həyat tərzidir. Əgər kimsə öz həyat tərzini jurnalistikada görürsə,
ondan nəsə çıxacaq. Jurnalist hərtərəfli,
yüksək məntiq,
öz fikirlərini ifadə etmək bacarığına malik olan bir insan
olur". Tədbir tələbələrin
baş redaktora sualları ilə davam etdirilib.
Təbriz Vəfalı
Həftə içi.- 2011.- 11 mart.- S. 5.