Hərbi hissələrdə
intensiv quruculuq işləri aparılır
Ordu quruculuğu
bu gün Azərbaycan rəhbərliyinin
ən çox önəm verdiyi strateji və dövlət əhəmiyyətli
məsələlərdəndir. Dövlətin ən vacib atributlarından olan Silahlı Qüvvələrin qarşısında
taleyüklü vəzifələr
durur və bunları çiyinlərində
inamla daşıya bilməsi üçün
orduya yüksək səviyyədə diqqət
yetirilməsi günümüzün
doğurduğu aktuallıqdır.
Artıq 19 ildir ki, Azərbaycanın əzəli torpaqları Ermənistan silahlı birləşmələrinin işğalı
altındadır və
işğal edilmiş
ərazilərimizin azad
edilməsi Silahlı Qüvvələrin qarşısında
duran başlıca vəzifədir. Məhz bu səbəbdən ölkə rəhbərliyi
ordu quruculuğunu prioritet vəzifə elan edib. İldən-ilə
dövlət büdcəsi
təsdiq edilərkən
Silahlı Qüvvələrimizin
ehtiyacları üçün
ayrılan vəsait yüksələn xətlə
artmaqdadır. Bu gün
hərbi büdcəmiz
Azərbaycan torpaqlarını
işğal etmiş Ermənistanın bütövlükdə
dövlət büdcəsinə
bərabərdir. Ordumuzun
daha da gücləndirilməsi
və döyüş
potensialını artırması
üçün ayrılan
vəsait hesabına hərbi hissələrimizdə
böyük dəyişikliklər
baş verib. Və bu dəyişikliklər
təkcə ordunun döyüş texnikası
və avtomobil parkının yenilənməsini
və günün tələblərinə cavab
verən müasir silah və texnikanın
alınmasını əhatə
etmir.
Hazırda orduda məişət problemlərinin
həlli üçün
dövlət xeyli vəsait ayırır və bu vəsaitlə
hərbi hissələrimizin
bütövlükdə infrastrukturunun
təzələnməsi istiqamətində
iş aparılır,
şəxsi heyətin
döyüş hazırlığını
artırması üçün
imkanlar genişləndirilir.
"N" hərbi hissəsinə
ezamiyyətə göndərilərkən
əsas məqsəd də burada baş verən dəyişikliklərlə yaxından
Təbii ki, hərbi hissənin döyüş hazırlığı
hər şeydən öncə komandir heyətinin fəaliyyətindən,
işgüzarlığından asılıdır. Zabit və gizirlər məişət problemləri
barədə düşünməməli,
özlərini tamamilə
xidmətə həsr
etməlidirlər. Yalnız
bu halda yüksək döyüş
hazırlığına nail olmaq mümkündür. Hərbi hissədə dövlət tərəfindən
aparılan işlər
də bu məqsədə köklənib.
Buradakı hərbi şəhərcikdə zabit
və əsgərlər
üçün xidməti
binalar olsa da, şəxsi heyətin ehtiyaclarını
tam ödəmək iqtidarında
deyildi. Hazırda 50 hərbçi ailəsi üçün üçotaqlı
mənzillərdən ibarət
beşmərtəbəli yaşayış
binasının tikintisi
başa çatmaq üzrədir. Yaraşıqlı
görkəmi ilə uzaqdan diqqəti özünə çəkən
binada hazırda tamamlama işləri aparılır və yaxın zamanda istifadəyə veriləcəyi
gözlənir.
- Bundan əlavə, bütün köhnə yaşayış
binaları müasir tələblər səviyyəsində
təmir edilib zabit və gizirlərin
sərəncamına veriləcək,
- zabit Çingiz Mehdiyev bildirir. - Bir sözlə, hərbi hissəmizdə xidmət edən komandir heyəti üçün hər bir şərait yaradılacaq. Zabit və gizirlərin rahatlığı isə
xidmətin keyfiyyətinin
yüksəldilməsi, mənəvi-psixoloji
atmosferin daha da sağlamlaşdırılması
üçün zəmin
yaradacaq.
Yeri gəlmişkən,
hərbi hissədə
üç ədəd
üçmərtəbəli müasir əsgər yataqxanası tıkilməkdədir.
Onlardan artıq ikisinin inşası başa çatmaq üzrədir. Yataqxananın
birində mülki fəhlələr tamamlama
işləri aparırdılar.
Hələ məhəccərlərin
qoyulmadığı pilləkənlərlə
ikinci mərtəbəyə
qalxırıq. Ən
müasir hotellərdəki
kimi burada pillələrə qəşəng
boz rəngdə qranit döşənib. Tikintidə sahə rəisi işləyən
Afiq Kərimovu da burada tapdıq,
işlərin gedişilə
bağlı söhbət
etdik.
- Hazırda
biz tikilməkdə olan
əsgər yataqxanasındayıq,-
sahə rəisi deyir. - Bina üç
mərtəbədən ibarətdir,
eyni zamanda onun müasir zirzəmisi də olacaq. Burada əsas işlər demək olar ki, başa çatıb.
Hazırda üçüncü
mərtəbənin sanitar
qovşaqlarında metlax
döşənməsi yekunlaşmaq
üzrədir. Divarlar
artıq bir dəfə rənglənib,
qapılar qoyulduqdan sonra rəngsazlar tərəfindən ikinci dəfə rənglənəcək.
Bir də qapıların yerinə qoyulması qalıb. Bir həftəyəcən,
icraçılar söz
veriblər ki, yeni Avropa qapılarını
gətirib yerinə quraşdıracaqlar. Allah qoysa,
aprelin sonlarına kimi binanı təhvil verməyə hazırlaşırıq.
Yeni yataqxanalar
yeni layihələr əsasında tikilən binalardır. Taxta döşəmələrə malik hər otaqda 10 nəfərlik heyət qalacaq. Həmin otaqlarda təxminən bir əsgər manqası yerləşəcək. Burada
şəxsi heyətin
rahat yaşaması üçün bütün
şəraitin yaradılması
da nəzərdə tutulub.
Yataqxanalar mərkəzləşdirilmiş
istilik sistemilə təmin olunduğundan qışda binaların qızdırılması ilə
bağlı problem olmayacaq.
Hər mərtəbədə
iki tərəfdə sanitar qovşaqları - ümumi ayaqyolu, əsgərlərin yuyunması
üçün əlüzyuyan
və duşlar olacaq. Yeri gəlmişkən,
bildiyiniz kimi, köhnə kazarmalarda ayaqyoluları içəridə
yox, bayırda - kazarmalardan aralıda tikilib ki, bu
da müasir tələblərə cavab
vermir. Təzə yataqxanalar daimi isti və soyuq
su ilə təmin ediləcək. Zirzəmilərdə isə
əsgərlərin məşğul
olması üçün
müasir sinif otaqları yerləşəcək.
Bir sözlə, layihədə hər şey xırdalıqlarınacan
nəzərdə tutulub.
Tikintisi yekunlaşmaq
üzrə olan yeni yeməkxanada da bir çox
iş artıq başa çatıb, hazırda içəridə
üzlük işləri
gedir. 2500 nəfər
üçün nəzərdə
tutulmuş yeni əsgər yeməkxanasında
şəxsi heyətin
böyük hissəsi
bir dəfəyə yemək yeyə biləcək. Burada, iş icraçılarının
bildirdiyinə görə,
yeməkxana fəaliyyəti
üçün lazım
olan ən müasir avadanlıqlar quraşdırılacaq. Hətta
təzə iaşə
obyektində çörək
bişirib şəxsi
heyəti təmin etməyi planlaşdırırlar.
Biz buraya gələndə
fəhlələr birinci
mərtəbədəki olduqca
böyük zalda yerə metlax döşəməklə məşğul
idilər. Hələ
divara kafel vurulmamışdı. Ancaq
işin sürəti göstərirdi ki, yaxın vaxtlarda bu məsələ də həllini tapacaq. Görülən işlər, necə deyərlər, göz oxşayırdı. Bundan əlavə, hamam və camaşırxananın
da yaxın vaxtlarda şəxsi heyətin istifadəsinə
veriləcəyi gözlənilir.
Hərbi hissənin baş planı var və bu
plana əsasən digər obyektlər də tikiləcək, əsgərlərin fəaliyyəti
və istirahəti üçün bütün
şərait yaradılacaq.
Bu hərbi hissə ordumuzun ən yaraşıqlı və nümunəvi hissələrindən
birinə çevriləcək.
Ə.Qasımov
Həftə içi.- 2011.- 12-14
mart.- S. 5.