Türkiyə səfirliyinin
yeni mətbuat müşaviri
"Həftə içi"nin qonağı oldu
Yavuz Bayram
Maraş: "Azərbaycan
jurnalistlərinin potensialı
yüksəkdir"
Türkiyə Cumhuriyyətinin
Azərbaycandakı səfirliyinin
yeni təyin olunmuş mətbuat müşaviri Yavuz Bayram Maraş dünən "Həftə
içi"nin qonağı oldu. O, söhbət əsnasında
bildirdi ki, Türkiyədə Baş
Bakanlıq yanında Mətbuat Yayın İnformasiya Baş İdarəsində çalışıb.
Əvvəllər Azərbaycana
gəlmədiyini bildirən
müşavir ilk işinin
mətbuat orqanları
ilə tanışlıqdan
ibarət olacağını
dedi. İndiyə qədər bir neçə mətbu orqanla
- İndiyə qədər Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondu, bir neçə jurnalist təşkilatları
və qəzetlərdə
olmuşam. Mətbuat Yayın İnformasiya
Baş İdarəsində
daha çox mətbuatın təcrübəsinin
artırılması, onların
problemlərinin həlli
istiqamətində addımlar
atılır. Türkiyədə jurnalistlərin press-kartlarını
təmsil etdiyim qurum verir. Bu kartlar vasitəsilə
jurnalistlər avtobuslardan,
təyyarələrdən, qatarlardan güzəştli
istifadə edir, müzeylərə güzəştlə
daxil olur.
- Güzəştlər neçə faizdir?
- Güzəştlər
müxtəlif xidmət
növlərinə uyğun
dəyişir. Məsələn, metrodan pulsuz istifadə olunur, muzeylərə ödəniş
etmədən girib baxmaq olar. Mətbuatla daha çox biz maraqlanırıq. Qurumun müxtəlif
şöbələri
var, onların
mətbuatla bağlı
topladığı məlumatlar
internet səhifəmizdə yayımlanır. Baş
Nazirlik, Silahlı Qüvvələrin Baş
Qərargahı, Prezident
Aparatı kimi dövlət qurumlarına
bilgi göndəririk.
Mətbuat üçün Urfada seminarlarımız keçiriləcək. Çalışacağıq ki, Azərbaycan
mediası da oradakı seminarlara qatılsın. Bizdə iqtidar-müxalifət
mətbuatı anlayışı
yoxdur. Mətbuat müstəqildir. Mətbuat xəbəri müstəqil
yayımlaya bilir.
Biz heç bir
mətbuat orqanını
hansısa şəkildə
yönləndirmirik. Hansısa qəzetin
hüquqi problemi yaranırsa, bunu məhkəmə həll edir.
- Türkiyədəki jurnalistlərin həbsinə
münasibətiniz necədir?
Baş Bakanlıq yanında Mətbuat Yayın İnformasiya Baş İdarəsi bu məsələyə münasibətini
açıqlayıbmı?
- Bu məsələyə
baş nazir münasibətini açıqlayıb.
Onlar qəzetçilik fəaliyyəti
ilə bağlı həbs olunmayıblar.
Müstəntiqlərin dəlilləri səbəbi
ilə saxlanılıblar.
Baş nazir də bildirib ki, qəzetçilərin
həbsini heç kim istəmir
və bu yaxşı hal deyil.
- Kimin təklifi
ilə bu vəzifəyə təyin
olundunuz?
- Baş
nazirin müavini Bülənt Arınçın
və Baş Bakanlıq yanında Mətbuat Yayın İnformasiya Baş Müşavirliyinin təklifi
ilə bu vəzifəyə göndərildim.
- Əvvəllər
Azərbaycanda olmusunuz?
- Xeyr.
- Azərbaycan mətbuatı
ilə bağlı məlumatlarınız nə
qədərdir?
- Məndən
əvvəlki müşavir
Həbib Kaya Azərbaycan mətbuatı
ilə bağlı məlumat verdi.
Onunla birgə bir neçə yerdə olduq. İndi də məqsədimiz mətbuat orqanlarını
gəzmək və
media mənsubları ilə
- Bəzi müşavirlər
press reliz yaymaqla, sorğuları cavablandırmaqla
işlərini yekunlaşdırırlar.
Siz hansı yöndə çalışacaqsınız,
yeniliklər olacaqmı?
- Hələ
mətbuatla
- Bəzi fikirlərə
görə internet qəzet
bazarını öldürəcək,
getdikcə qəzetlər
sıradan çıxacaq.
Türkiyədə necə düşünürlər?
- İnternet təzə yarananda Türkiyədə
qəzetçilər qorxdu
və düşündülər
ki, qəzetlər sıradan çıxacaq. İnternet xəbərləri
yaxşıdır,
tez məlumat ala bilirsən. Amma internetdən təfərrüatlı
bilgi almaq olmur. Qəzet isə ətraflı
və araşdırılmış
bilgi verir. Qəzetlərdə köşə yazarlarını
oxuyanda kitab qədər bilgiyə
sahib oluram. Amma internetdə
bu yoxdur.
- Səfirlik hər
gün neçə qəzet alır?
- Hazırda
30 yaxın qəzet alırıq, bunların hamısını oxuyuram.
- Demək olar ki, gündəlik qəzetlərin hamısını
alırsınız. Azərbaycan mətbuatı
ilə bağlı fikriniz necədir?
- Azərbaycan
xalqının təhsil
səviyyəsi çox
yüksəkdir. Qəzetlərin səhifə sayları azdır. Bunu da başa düşürük. Gəliriniz azdır,
reklam ala bilmirsiniz.
Azərbaycanda jurnalistlərin potensialı
çox yüksəkdir.
Önəmli olan oxucu toplamaqdır.
- Jurnalistlərin qarşılıqlı
səfərlərinin təşkili
ilə bağlı planlarınız varmı?
- Bu proses
bir neçə dəfə həyata keçirilib. Nəzərdə tutduğumuz layihələrimiz
də var. Onlar həyata keçərsə
jurnalistlərin qarşılıqlı
səfərlərinin sayının
artmasını fikirləşirik.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.-
12 mart.- S. 1, 4.