71 saylı Ağdam köçkün
məktəbi
Direktor Səlim Əzimov: "İllərdir məktəbimiz
TQDK-nın ən yaxşıları
siyahısındadır"
Köçkün məktəblərində
təhsilin vəziyyəti və onlara göstərilən
qayğı ilə maraqlandıq. Bu səbəbdən də
yolumuzu 71 saylı Ağdam köçkün məktəbindən
saldıq. Adıçəkilən təhsil ocağı
Bakı şəhər 34 saylı Texniki Yaradıcılıq
Mərkəzinin binasında məskunlaşıb.
Şagirdlərin təhsil
alması üçün həmin məktəbdə hər
cür şərait yaradılıb. Təmir edilmiş, istilik
sistemi və məktəb avadanlıqları ilə təchiz
olunmuş otaqlarda dərslər keçirilir. Məktəbdə
nizam-intizam və davamiyyət yüksəkdir. Göstəricilərə
görə adıçəkilən məktəb nəinki
rayon, hətta respublikamızda da ən qabaqcıl təhsil
ocaqlarından biridir. Məktəbin müəllimlər
otağında divardan asılmış bir lövhə diqqətimi
cəlb etdi. Heç bir təhsil ocağında belə bir
lövhə olmayıb. Həmin lövhədə məktəb
haqqında ümumi məlumat verilir. Həmçinin fənn
kabinetləri, fənn birləşmələri, kurikulum, məktəbin
illər üzrə uğurları, məzun prezident təqaüdçüləri,
məzun deputatlar, müəllim və şagirdlərin
sayı, ilin müəllimi, müasir dərslərin tipləri,
dərsə verilən tələblər, məktəbdaxili
qiymətləndirmə və sairə gösrərilib.
Hər il olduğu kimi,
2009-2010-cu tədris ilində də bu təhsil
ocağının göstərişləri
yüksək olub. Belə ki, 12 məzundan 7-si ali təhsil
ocağına qəbul olunub. Günay Qasımova adlı məzun
630 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul
olduğuna görə Ağdam RİH tərəfindən fəxri
fərman və qiymətli hədiyyə ilə
mükafatlandırılıb. Məktəbi bitirən 14 məzun
magistraturada təhsil alır. Bundan başqa, 2 məzun
Türkiyədə, 2 məzun ABŞ-da təhsilini davam
etdirir, 1 məzun isə prezident təqaüdçüsüdür.
Digər 1 məzun isə Ağdam rayonunu yüksək səviyyədə
təmin etməklə Uşaq Parlamentinə deputat
seçilib.
Məktəbin direktoru,
Qabaqcıl Maarif Xadimi, respublikanın, tanınmış
nüfuzlu ziyalısı və müəllimi Səlim Əzimov
bildirdi ki, keçən dövr ərzində 11-ci sinfi bitirən
410 məzundan 229 nəfəri ali məktəbə qəbul
olub. Bununla da 2001-2008-ci illərdə məktəb Tələbə
Qəbulu Dövlət Komissiyasının yaxşı məktəblər
siyahısına daxil edilib. "Təhsil islahatları ilə əlaqədar
uğurlarımız çoxdur. Fənn kurikulumlarının
tətbiqi ilə əlaqədar olaraq məktəbin I-III siniflərində
dərslər yüksək keyfiyyətlə
tədris olunur. Sinif müəllimləri Gülbəniz
Tağıyeva, Alimə Novruzova ustalıqla şagirdlərin təlim-tərbiyəsi
ilə məşğul olurdu. 20 nəfər müəllim son
5 ildə ixtisasartırma kursundan keçərək öz
ixtisaslarını yenidən təkmilləşdiriblər".
S.Əzimov məktəb
şagirdlərinin idmana böyük həvəs göstərdiyini
və bu sahədə olan uğurlardan da danışdı:
"Gənc idmançılarımız respublika və beynəlxalq
idman yarışlarında uğurla çıxış edirlər.
Şagirdimiz Faiq İsmayılov keçirilən respublika, MDB
və beynəlxalq miqyaslı yarışlarda
çıxış edərək həmişə 1-ci və
2-ci yeri tutub. Bu günə kimi həmin yarışlarda 19 qızıl
və 8 gümüş medala layiq görülüb. Həmişə
qələbə ilə qayıdıb. Bu yaxınlarda Respublika
yığma komandasının tərkibində Faiq İran
İslam Respublikasında keçiriləcək beynəlxalq
yarışa qatılacaq".
Müsahibim onu da
vurğuladı ki, bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən
keçirilən IX-XI siniflərarası test-sınaq
imtahanında məktəbləri uğurla
çıxış edib. Şagirdlər yüksək bal qiymətləri
ilə öz biliklərini bir daha nümayiş etdiriblər:
"Ümummilli lider Heydər Əliyevin anadan olmasının
88-ci ildönümü ilə ilə bağlı məktəbdə
geniş tədbirlər planı
hazırlanıb. Həmin plana uyğun olaraq "Heydər Əliyev
və müstəqil Azərbaycan" mövzusunda məktəbdaxili
inşa-yazı müsabiqələrinə
başlanılıb. Onu da qeyd edim ki, Xoçalı
soyqırım, ilə bağlı məktəb şagirdlərinin
yüksək səviyyədə hazırladıqları ədəbi-bədii
kompozisiya çox təsirli olduğuna görə
"İTV"də yayımlandı".
2010-2011-ci tədris ili
üçün ibtidai siniflərdə bütün fənlər
üzrə, V-XI siniflərdə isə ana dili, riyaziyyat,
çoğrafiya, ədəbiyyat, tarix, biologiya, kimya, əmək
təlimi, ingilis dili fənləri üzrə açıq dərslər
keçirilir. Dərsdən sonra fənn müəlliminin bilik
və təcrübəsi müzakirə edilir. Nəticədə
fənn müəlliminə bu sahədə metodik göstərişlər
verilir.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 17 mart.- S. 5.