Beynəlxalq birlik qaçqınların hüquqlarının
bərpasına çalışmalıdır
Dünyada ən çox məcburi köçkün Kolumbiyanın
payına düşür
- bu ölkədə
2,6 milyon nəfər məcburi köçkün
statusu alıb. Qacqınlıq kimi acı taleyi yaşamaq azərbaycanlıların da
payına düşdü.
1992-1993-cü illərdə Ermənistanın Azərbaycana
hərbi təcavüzü,
nəticəsində 603.251 insan öz el-obasından
məcburi köçkün
düsdü. 261 min nəfər həmyerlimiz isə Ermənistandan cıxarılaraq qaçqına cevrildi. Nəticədə Azərbaycan
torpaqlarının bir
hissəsi işğal
olundu, 1 milyondan artıq insan məcburi köçkün
həyatı yaşamalı
oldu. Bu rəqəmlər BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığının
hesabatında da öz əksini tapıb.
Ümummilli lider Heydər
Əliyev "İşğal olunmuş bütün rayonlardan
didərgin düşmüş, indi qaçqın,
köçkün vəziyyətində yaşayan vətəndaşların
problemləri bizim üçün və şəxsən mənim
üçün bir nömrəli problemdir" deyirdi.
Qacqın və məcburi köckünlərin problemlərinin
həlli istiqamətində bu illər ərzində bir
sıra işlər görülsə də onlara dəyən
maddi və mənəvi zərər və bu günə kimi həll
olunmayan məsələlər dövlətin bir nömrəli
problemi olaraq hələ də qalmaqdadır. Qeyd edək ki,
qaçqın və məcburi köçkünlərin
bütün sosial problemləri Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə dövlət
proqramı"da öz əksini tapıb.
Həmin proqrama uyğun
olaraq qaçqın və məcburi köçkünlərin
humanitar və sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində xeyli
iş görülüb. Belə ki, 87631 min nəfər
yataqxanada məskunlaşan məcburi köckün ailələrinin
bir qismi evlə təmin edilib. Ancaq hələ də fin evlərində,
ictimai binalarda, tikintisi yarımçıq qalmış
binalarda, sanatoriya, pansionat və sair kommunal şəraiti
olmayan, sanitar normalara cavab verməyən yerlərdə
yasayanlar var.
Avropada ən çox qaçqın və məcburi köçkün Azərbaycandadır
Avropa Şurası
Parlament Assambleyasının miqrasiya, qaçqınlar və əhali
məsələləri üzrə məruzəçisi Con
Qrinvey "Avropanın unudulmuş insanları:
yaşayış yerini uzun müddətə məcburi dəyişmiş
insanların hüquqlarının müdafiəsi" adlı
məruzəsində qeyd edib ki, Avropada ən çox qaçqın
və məcburi köçkün Azərbaycanın payına
düşür. Onun qiymətləndirməsinə görə,
Azərbaycanda bu kateqoriyaya aid 573-603 min insan var:
"Dağlıq Qarabağın və ona bitişik
rayonların gələcəyi ilə bağlı məsələnin
həlli istiqamətində hər hansı irəliləyişin
olmaması həmin yerlərdən məcburi
köçkün düşmüş insanların da taleyini
sual altında qoyur".
Məcburi
köçkünlərin hüquqlarına toxunan məruzəçi
onların təhlükəsizliyinə təminat veriləcəyi
təqdirdə yurd-yuvalarına könüllü
qayıtması ilə bağlı Azərbaycan hökumətinin
lazımi tədbirlər görməsi və BMT-nin prinsipləri
əsasında qanunvericilik bazası yaratması istiqamətində
siyasətini alqışlayıb: "Azərbaycan hökuməti
üzərinə düşən vəzifələri yerinə
yetirir. Məcburi köçkünlərin sosial rifah
halının yaxşılaşdırılması ilə
bağlı 2004-cü ildə qəbul olunmuş dövlət
proqramına əsasən, onların məskunlaşdığı
sonuncu çadır şəhərciyi 2007-ci ilin dekabrında
ləğv olunub. Hökumət 2001-ci ildən ağır
şəraitdə yaşayan 90 minədək məcburi
köçkünü 49 yeni salınmış qəsəbəyə
yerləşdirib".
C.Qrinvey bununla belə,
qeyd edib ki, görüşdüyü bütün məcburi
köçkünlər Dağlıq Qarabağ münaqişəsi
həll olunduqdan sonra öz yurd-yuvalarına qayıtmaq istədiklərini
bildiriblər.
Məruzəçi görülən
bütün tədbirlərə baxmayaraq hələ bir qism məcburi
köçkünün ağır
vəziyyətdə yaşadığını da qeyd edib. Bu
səbəbdən Azərbaycan hökumətini onların həyat
şəraitinin yaxşılaşdırılmasına yönəlmiş
səylərini davam etdirməyə, habelə bəzi məcburi
köçkünlərin hüquqi təminatını
yaxşılaşdırmağa, onları keyfiyyətli təhsil
və səhiyyə xidməti ilə təmin etməyə
çağırıb.
Bəs görəsən
qaçqın və məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində daha
hansı işlərin görülməsi nəzərdə
tutulur. Məsələylə bağlı
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə
müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri
Sənan Hüseynov bildirdiki, 1991-ci
ildən bu günə qədər Azərbaycanda
qaçqın və məcburi köçkünlərin
problemlərinin həllinə 3,5 milyard dollar vəsait sərf
olunub: "Bu vəsaitin 1,5 milyardı Neft Fondunun vəsaiti,
820 milyonu isə beynəlxalq humanitar təşkilatların
hesabına olub. İlham Əliyevin prezidentliyi dövründə
məcburi köçkünlər üçün müasir
tipli 67 qəsəbə tikilib. Həmin qəsəbələrə
20 min məcburi köçkün ailəsi, başqa sözlə,
100 min əhali köçürülüb. Bu qəsəbələrdə
müasir tipli 126 məktəb binası tikilib. Məcburi
köçkünlər üçün tikilən qəsəbələrin
70-80 faizi Ağdam-Füzuli ərazisindədir. Bu, məqsədyönlü
şəkildə belə edilir ki, gələcəkdə
köçürülmə baş verəndə problemlər
yaranmasın. Qeyd edək ki, 1992-98-ci illərdə məcburi
köçkünlər harada məskunlaşıbsa, öz
yurdlarına qayıdana və ya həmin şəxslərə
yeni şəraitdə mənzillər təklif olunana qədər
o mənzillərdən çıxarılması
dayandırılır. Ölkə prezidentinin bununla
bağlı sərəncamı var və bu
sərəncam icrasına nəzarət olunur".
BDU-nun yataqxanasından 210 məcburi köçkün
ailəsi Masazıra köçürüləcək
S.Hüseynov hələ
də məcburi köçkünlərin əksəriyyətinin
yaşayış üçün yararlı olmayan ictimai
binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma
yerlərində ağır şəraitdə
yaşadığını və ciddi sosial problemlərlə
üzləşdiyini də qeyd etdi: " Onların
yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər
davam etdirilir. Hazırda İmişli, Ağcabədi
rayonlarında, Mingəçevir, Şəki şəhərlərində
qəsəbə salınması üçün torpaq sahələri
ayrılıb. Həmçinin Balakən
rayonu ərazisində məktəb binalarında, Ağdam
rayonunun "Dördyol" adlanan ərazisində məskunlaşmış
932 məcburi köçkün ailəsi üçün bina
və qəsəbələrin inşası üçün
də torpaq sahələri ayrılıb. Eyni zamanda bu il
Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus
binalarında, Bakı Dövlət Universitetinin 7
yataqxanasında müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələri üçün evlərin
tikilməsi nəzərdə tutulub. Belə ki, prezidentin sərəncamı
ilə təsdiqlənən əlavələrə görə,
Abşeron rayonunun Masazır qəsəbəsində
ayrılmış torpaq sahəsində Bakı Dövlət
Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış
800 nəfərdən ibarət 210 məcburi
köçkün ailəsi üçün çoxmərtəbəli
yaşayış binaları tikiləcək və həmin ailələr
bu binalara köçürüləcək. Naftalan şəhərindəki
"Goran", "Şirvan", "Azərbaycan",
"Mil" sanatoriyalarında müvəqqəti məskunlaşan
2620 nəfərdən ibarət 524 məcburi
köçkün ailəsi üçün isə Goranboy
rayonu ərazisində ayrılmış torpaq sahəsində
çoxmərtəbəli yaşayış binalarının
tikilməsi və həmin ailələrin bu binalara
köçürülməsi nəzərdə tutulur. Binəqədi
rayon, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım
Stansiyasının tikintisi yarımçıq qalmış
binalarında müvəqqəti məskunlaşmış 3092
nəfərdən ibarət 736 məcburi köçkün
ailəsi də yeni yaşayış mənzilləri ilə təmin
olunacaq. Belə ki, onlar üçün Bakı şəhəri
və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli
yaşayış binaları tikiləcək və həmin ailələr
bu binalara köçürüləcək. Bakı və
Sumqayıt şəhərlərində başqa vətəndaşlara
məxsus olan mənzillərdə və evlərdə müvəqqəti
məskunlaşan 5445 nəfərdən ibarət 1210 məcburi
köçkün ailəsi üçün isə Bakı,
Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində
çoxmərtəbəli yaşayış binalarının
tikilməsi və həmin ailələrin bu binalara
köçürülməsi nəzərdə tutulur".
C.Hüseynov bununla belə
Ağcabədi rayonunun "Taxta körpü" adlanan ərazisində
yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə
yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi
köçkün ailəsinin də şəraitinin
yaxşılaşdırılacağını bildirdi:
"Onların müvəqqəti yerləşdirilməsi
üçün ayrılmış torpaq sahələrində
yaşayış binaları tikiləcək və ya qəsəbələr
salınacaq. Sərəncamın icrası Gəncə şəhəri
Kəpəz rayonunun Hacıkənd qəsəbəsində
müvəqqəti məskunlaşmış 2595 nəfərdən
ibarət 519 məcburi köçkün ailəsinə də
şamil olunur. Xocalı rayonundan olan 1665 nəfərdən
ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən
ibarət 186 ailə olmaqla onlar üçün Göygöl
və Goranboy rayonları ərazilərində qəsəbələr
salınacaq və həmin ailələr bu qəsəbələrə
köçürüləcək. Son 7-8 il ərzində 100
min nəfər, yəni 20 min ailə
köçürülüb. Bu proses davam edir".
Mirvari
Həftə içi.- 2011.- 19 mart.- S. 2.