Almanlar 31 mart həqiqətini öyrənməyə çalışırlar

 

Kəmalə Kərimova: "Yaxın vaxtlarda fəaliyyət göstərdiyimiz şəhərdə soyqırım qurbanlarının abidəsi ucaldılacaq"

 

31 Mart azərbaycanlıların soyqırım günüdür. Bu məqsədlə dünyanın hər yerində tədbirlərin keçirilməsi gözlənilir. Əlbəttə ki, tarix boyu xalqımızın başına gətirilən bu cür müsibətləri bir fakt olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin eləcə diaspor təşkilatlarımızın rolu əvəzsizdir.

Ona görə Avropanın ən böyük ölkəsi olan Almaniyada fəaliyyət göstərən Azərbaycan - Almaniya Mədəniyyət Mərkəzinin rəhbəri, eləcə ölkəmizi Türkiyəni Almaniyada təmsil edən Kəmalə Kərimovadan 31 mart tarixində hansı tədbirləri təşkil etmək fikrində olduqlarını soruşduq. Müsahibimiz bildirdi ki, rəhbərlik etdiyi təşkilatın xətti ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub hazırlıqlar artıq başa çatıb. Onun sözlərinə görə, təqdim edəcəkləri geniş proqram alman, ingilis, türk Azərbaycan dillərində olacaq. Dörd dil seçilməsi isə onunla bağlıdır ki, tədbirə müxtəlif millətlərin təmsilçiləri dəvət olunub onların çıxışları sərbəst başa düşməsinə şərait yaradır. Yeri gəlmişkən, K.Kərimova onu da diqqətə çatdırdı ki, tədbirə qatılmaq sərbəstdir, yəni kim gəlmək istəsə, məhdudiyyət yoxdur.

Maraqlıdır, dünyanın ən sivil, ən dəqiq xalqlarından olan almanlar 31 mart tarixi ilə bağlı düşünürlər? K.Kərimova deyir ki, Almaniya ictimaiyyəti azərbaycanlıların soyqırımı ilə bağlı hər şeyi öyrənməyə çalışır. Bunun üçün isə əsas yardımçı yenə Azərbaycan səfirliyi diaspor təşkilatları olmalıdır. Məhz bunu nəzərə alan Azərbaycan - Almaniya Mədəniyyət Mərkəzi mütəmadi olaraq alman cəmiyyət təşkilatlarında görüşlər keçirir, xalqımızın üzləşdiyi qətliamla bağlı onlara səhih məlumatlar verilir. Kəmalə xanım onu da qeyd etdi ki, günədək 31 mart soyqırımı ya Xocalı qətliamı ilə bağlı Almaniyanın hansısa vilayətində ya adicə bir şəhərində xatirə kompleksinin, anım abidəsinin ucaldılması təşəbbüsünü indiyədək irəli sürməsələr , yaxın gələcəkdə belə bir proqram da həyata keçirmək arzusundadırlar. Hətta bu istəyi reallaşdıra bilsələr, yaxın vaxtlarda fəaliyyət göstərdikləri şəhərdə belə bir abidə mütləq ucaldılacaq.

Bir neçə həftə sonra ermənilərin "soyqırım" günü qeyd olunacaq. Maraqlıdır, azərbaycanlılar olaraq uğradığımız soyqırım faktlarını almanlara sübut etməklə ermənilərin həmin qondarma planlarını iflasa uğrada bilərikmi? K.Kərimovanın fikrincə, bəli. O, da ermənilərin səsini kəsmək üçün düşündüyümüz çıxış yolunu optimal variant sayır. Müsahibimiz deyir ki, məhz bunu nəzərə alaraq əllərindən gələni edirlər ki, ermənilərin üzünü açıb göstərsinlər, onların əslində cinayətkar olduqlarını isbatlasınlar. Hətta bu məsələdə Almaniyada yaşayan çoxsaylı türk icması da azərbaycanlılara kömək göstərir. Türklərdən söz düşmüşkən, müsahibimiz onu da əlavə etdi ki, Almaniya türkləri bütün məsələlərdə onların yanındadır. Özü təkcə soyqırım günləri deyil, Azərbaycanla bağlı bütün tədbirlərdə milli birlik nümayiş etdirirlər: "Biz azərilər onları arxamızda böyük qüvvə görürük. Mustafa Kamaldan qalma bir məsəl var - "Türkün türkdən basqa dostu yoxdur".

  

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 31 mart.- S. 3.