"Bu qələbə münasibətilə hamımızı təbrik edirəm"

 

"Eurovizion-2011"in qalibləri coşqu ilə qarşılandılar

 

Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" musiqi yarışmasında Azərbaycanı təmsil edən Eldar Qasımov Nigar Camal birinciliyi əldə edərək, bu beynəlxalq yarışın əsas qalibi olmaqla, bütün dünyada yaşayan azərbaycanlıları, eyni zamanda, türkləri sevindirdilər. Eldar Nigarın bu qələbəsi mayın 14-dən 15-nə keçən gecə paytaxt Bakının küçələrində insanların coşqusuna səbəb oldu. Biranlıq adamın qəlbindən duyğusal qürurlu hisslər keçirdi: qələbə bu qələbəni yaşamaq çox gözəl imiş.

Qaliblər mayın 15-dən 16-na keçən gecə saat 3:00-da Bakıya qayıtdılar. Saat çox gec olmasına baxmayaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında minlərlə insan Eldar Nigarın yolunu gözləyirdi. Gənclər İdman Nazirliyi isə qarşılama mərasiminə getmək istəyənlər üçün isə avtobuslar ayırmışdı. "Neftçilər" prospektində yerləşən "Parkbulvar"ın yanında 10-larla avtomobilin üzərində Azərbaycanın üçrəngli bayrağı yapışdırılmış halda hazır durmuşdu. Düz saat 03:00-da maşınlar hava limanına tərəf hərəkətə başladılar. Biz media mənsubları da nazirlik tərəfindən ayrılan avtobusla ölkəmizin adını bayrağını göylərə qaldıran, bütün dünyaya Azərbaycan musiqisinin mədəniyyətinin böyüklüyünü sübut edən bu iki gənci qarşılamaq üçün yola düşdük.

 

Eldarla Nigar xüsusi təyyarədə Bakıya gəldilər

 

Hava limanında qarşılama mərasiminə qatılanların hər biri bu qəhrəmanları görmək istəyirdilər. Əllərində Azərbaycan Türkiyə bayraqları "Eldar-Nigar" deyə şüarlar səsləndirən toplu biranlığa hava limanının təhlükəsizlik zolağından içəri girməyə cəhd etdilər. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşları polis bunun qarşısını ala bildi qapılar bağlandı. Yalnız media nümayəndələri qarşılama mərasimi üçün nəzərdə tutulan sahəyə buraxıldılar.

Bəndənizin içərisində olduğu media təmsilçiləri qrupu hava limanı rəsmilərinin Gənclər İdman Nazirliyinin əməkdaşlarının iştirakı ilə gözləmə məntəqəsinə daxil olduq. Səhər saat təqribən 5:40 radələrində nəhayət, qalibləri gətirən təyyarə Bakıda yerə endi.

 

Eldar Nigar məmnun idilər

 

Təyyarənin pilləkənləri öz yerini aldı nəhayət, gözlənilən an yetişdi. Bütün Azərbaycana, eyni zamanda, bütün Türk dünyasına sevinc bəxş edən iki qəhrəman təyyarənin çıxışında göründülər. Keçirilən yarış zamanı səhnədə üzlərində yaranan sevinc elə bu qarşılanma mərasimində vardı. Amma qarşılarında böyük bir media ordusu əllərində gül-çiçək olan insanları gördükdə isə qaliblər sanki sevinclərindən bir qədər dondular. Pilləkəndən asta-asta aşağı enən, bütün Avropanı heyrətə gətirən Eldar Nigarı hər kəs alqışla qarşıladı. İnsanlar hər iki gənci bağrına basmaq üçün sanki yarışa çıxmışdılar. O anda doğrudan da kiminsə öz peşə fəaliyyətini yerinə yetirməsindən önəmli, bir millət olaraq yaşadığımız sevinci bizə bəxş edən səbəbkarları görmək onların əlini sıxmaq, məncə daha önəmli idi.

 

"Bu qələbə münasibətilə hamımızı təbrik edirəm"

 

KİV nümayəndələrinin əhatəsində qəhrəman vətən övladları nəhayət ki, hava limanına daxil oldular. Ora mətbuat nümayəndələrini buraxmırdılar. Birtəhər özümü içəri sala bildim. İlk olaraq Eldardan bu qələbə ilə bağlı fikirlərini soruşdum: "Mən çox şadam. Bunu yaşamaq lazımdır. Şükürlər olsun biz bu qələbəni yaşadıq. Bütün xalqımızı təbrik edirəm. İnşallah əldə etdiyimiz qələbənin davamını 2012-ci ildə gətirərik". Nigar isə öz fikirlərini qısa şəkildə bildirdi. O, yalnız "Bu qələbə münasibətilə hər birimizi təbrik edirəm" deməklə kifayətləndi. Ancaq qalibləri qarşılamağa gələn insan çox olsa da, Eldarla Nigar onların qarşısına çıxmadı. Sonradan bəlli oldu ki, qarşılama mərasiminin təşkilatçılığını həyata keçirən Gənclər İdman Nazirliyi qalibləri gizlin şəkildə hava limanından aparıb. Belə olan halda qarşılanma mərasiminə gedən soydaşlarımız Azərbaycan bayrağı ilə bəzədilmiş avtomaşınlarla geri qayıtdılar. Dünən gün ərzində Eldarla Nigar ümummilli lider Heydər Əliyevin qəbrini ziyarət ediblər. Onları ölkə prezidenti İlham Əliyev onun xanımı Mehriban Əliyeva qəbul ediblər. Qeyd edək ki, bu qələbə qardaş Türkiyənin Ankara İstanbul şəhərlərində soydaşlarımız tərəfindən atəşfəşanlıqla qeyd olunub. Eyni zamanda, Türkiyə mətbuatı isə Azərbaycan təmsilçilərinin qələbəsini ana xəbər kimi yayınlayıblar. Bakıda keçirilən qələbə atəşfəşanlığında isə burada yaşayan oxuyan türk tələbələri iştirak edib onlar "İki dövlət, bir millət sevinir", - deyə şüarlar səsləndiriblər.

  

  

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 17 may.- S. 1, 5.