"Yaxşıların
yaxşısı" bizə ən böyük
hədiyyə oldu"
Elnur Əliyev: "Kaspi"
Təhsil Mərkəzi
bu ildən beşyaşlı uşaqların
məktəbəqədər hazırlığına başlayacaq"
Artıq
13 ildir "Həftə
içi" qəzetinin
təşkilatçılığı ilə reallaşan
"Best of the Best" ("Yaxşıların
yaxşısı") mükafatı
bu il də
qaliblərinə təqdim
olundu. Xatırladaq ki, mükafat ötən il ərzində Azərbaycan
üçün xeyirli
işlər görmüş,
dəyərli layihələrə
imza atmış şəxslərə və
qurumlara təqdim olunur. Bu il də
mükafat müxtəlif
nominasiyalarda 48 nəfərə
təqdim olundu və onların içərisində ölkəmizdə
təhsil sahəsində
tanınmış isimlərdən
birinə çevrilən
"Kaspi" Təhsil
Mərkəzinin də
adı var idi və mükafat
mərkəzin direktoru
Elnur Əliyevə təqdim olundu.
Qeyd edək ki, "Kaspi" Təhsil Mərkəzi 2007-ci il mayın 1-də Sona xanım Vəliyevanın təsisçiliyi ilə yaradılıb. Təhsil Mərkəzinin yaranmasında
səbəb ilk növbədə
təhsil sahəsinə
yeniliklər gətirmək,
beynəlxalq standartlara
cavab verən bir təhsil sistemi yaratmaq olub. Dörd ildir ki, seçdikləri
hədəfə düzgün
istiqamətlənən mərkəz
Azərbaycan vətəndaşlarına
bu sistemlə xarici dilləri mükəmməl öyrətmək,
kompyuter biliklərini genişləndirməsində, beynəlxalq
arenaya inteqrasiya etməsində yardımçı
rolunu oynayır. 60-a yaxın xarici universitet ilə əlaqə quran təhsil mərkəzi daim aktual və
novator layihələri
ilə müstəqil
təhsil məkanında
tamamilə fərqlənir.
Mərkəzin yaxın gələcəkdə
daha böyük nailiyyətlərə imza
atacağını son illərdəki
uğurları deməyə
əsas verir. Bu və ya digər
məsələlər barədə
"Kaspi" Təhsil
Mərkəzinin direktoru
Elnur Əliyev məlumat verdi.
- Hələ mərkəz yaranmamışdan öncə
qarşımıza məqsəd
qoymuşduq ki, Azərbaycanda təlim verən müəssisələr
içərisində fərqli
bir yanaşma üsulu tətbiq edək. Bu yanaşmanın
fərqliliyi ondan ibarət olmalı idi ki, o dövr
üçün xarakterik
olan çoxsaylı kursların qaneedici olmayan fəaliyyəti nəticəsində yaranmış
inamsızlığı aradan
qaldırmalıyıq. İlk
olaraq ingilis dilinin tədrisindən başladıq. Sonra isə digər dillərin tədrisinə
də yer ayırdıq. Qeyd edim ki, rus
bölməsi üzrə
hazırlıq şöbəsi
də ilk dəfə məhz "Kaspi" Təhsil Mərkəzində
yaradılıb.
- Hazırda mərkəzin neçə
filialı var?
- May ayında "Kaspi" Təhsil Mərkəzinin yaranmasının həm də 4 illiyi oldu. Daha bir
uğurumuz da elə 4-cü filialımızın
açılması oldu.
Bu uğurlarımızın sırasına isə daha biri - "Yaxşıların yaxşısı"
mükafatı əlavə
olundu. İldönümü
ərəfəsində bu
bizim üçün
ən böyük hədiyyə oldu.
Filiallarımızın hamısı Bakıda yerləşir, amma gələcəkdə
Sumqayıtda da filialın açılmasını
düşünürük.
- Bəs, bölgələrdə necə,
mərkəzin nümayəndəliklərini
açmağı planlaşdırırsınızmı?
- Əslində bu, ciddi araşdırma tələb edən işdi. Çünki ən azından bölgələrdə tələbin
hansı səviyyədə
olduğunu öyrənmək
lazımdır. Bundan əlavə, bu iş həm maliyyə, həm də insan sərmayəsi
tələb edir. Hələ ki, Sumqayıtda və Gəncədə filialların
açılmasına çalışırıq.
Keyfiyyəti hər zaman stabil saxlamaq
üçün harada
potensial var, orada mərkəz açmaq istəyirik ki, tələbat da yüksək olsun.
- Məlumdur ki, son illər hazırlıq kurslarına
tələbat artıb
və bunun müqabilində kursların
da sayı çoxalıb. Belə bir vəziyyətdə rəqabətlilik prinsipini
necə qoruyursunuz?
- Lap əvvəldən məqsədimiz
gələcəkdə bu
təhsil mərkəzini
təhsilin bir çox sahələrini əhatə edən kompleksə çevirmək
və cəmiyyət üçün sözün
əsl mənasında
insan yetişdirmək
olub. Biz xarici ölkələrə məxsus
tədris kurslarının
fəaliyyətini dəstəkləyirik
və bu sevindirici haldır ki, onların da uğurları var. Amma istədiyimiz odur ki, Azərbaycana
məxsus tədris kursunun uğurları daha çox olsun. Onun üçün
də fəaliyyətimizi
ildən-ilə daha da genişləndiririk. Bunun nəticəsidir ki, son iki ildə
ali məktəblərə
qəbul faizimiz 90 faizə çatıb və bu bizi
təbii ki, sevindirməyə bilməz.
10 faizdən yuxarı
abituriyentlərimiz isə
600-dən yuxarı bal toplayıb.
Keyfiyyəti saxlamaq üçünsə yeni-yeni
üsullar tətbiq edirik. Məsələn, valideynlər üçün
aylıq hesab sistemi tətbiq etmişik və bu üsulla valideyn övladının
aylıq nəticələri
ilə tanış ola bilər. Bu isə sonradan yarana biləcək narazılıqları minimuma
endirir.
- Fəaliyyətinizlə
bilavasitə bağlılığı
olan dövlət qurumları ilə iş birliyiniz varmı?
- "Kaspi" Təhsil Mərkəzində Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
ekspert qruplarında çalışan peşəkar
müəllim kollektivi
toplanıb. Hansı ki, həmin müəllimlər hər
həftə komissiyanın
iclaslarında iştirak
edirlər və bu mərkəzdə kurs keçən abituriyentlərin yeniliklərdən
xəbərdar olmasına
imkan verir. Təhsil Nazirliyi ilə də bir çox proqramların reallaşdırılmasında
işbirliyimiz olur. Bu əsasən xaricdə təhsillə bağlı
lazımi məqamları
əhatə edir.
"Kaspi"də təhsil
almış gənclərin
20-si hazırda "2007-2015-ci ildə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində xarici ölkələrin ali məktəblərində
təhsil alır. Mərkəzi bitirən gənclərin əksəriyyəti
ABŞ, Böyük Britaniya,
İsveçrə, Rusiya
və digər ölkələrin müxtəlif
universitetlərində təhsil
alırlar. Gənclər
və İdman Nazirliyi ilə də müəyyən mənada əməkdaşlığımız
olur.
"Kaspi" Təhsil Mərkəzinin
2010/2011 tədris ili üçün nəzərdə
tutulan yeni layihəsi - məktəbəqədər
hazırlıqla bağlı
işlər nə yerdədir?
- Etiraf edək ki, hazırda məktəbəqədər təhsil
sahəsində müəyyən
çatışmazlıqlar mövcuddur. "Təhsil
haqqında" qanunda
uşaqların məktəbəqədər
tərbiyə müəssisələrinə
getməsinin zəruriliyi
qeyd olunub. Amma fakt odur
ki, ölkədə bağçaların sayı
və tutumu uşaqların cəmi 10 faizini əhatə edir. Özəl bağçalarda isə ödəniş yüksək
olduğundan bu, hər kəsin büdcəsinə uyğun
deyil. Bu sahədə hər hansı iş görməklə bağça çatışmazlığı
probleminə qismən
də olsa, kömək etmiş olarıq. Odur ki, yeni tədris
ilindən etibarən
5 yaşlı uşaqlar
üçün mərkəzlərin
fəaliyyətinə start veriləcək.
Burada uşaqlara məntiq, ətraf mühitlə tanışlıq
və digər biliklər və bacarıqlar öyrədiləcək.
Məqsədimiz həm
də bu müəssisələrdə əhalinin
sosial vəziyyətini
nəzərə almaqla
xidmət göstərməkdir.
Düşünürük, xidmətin müqabilində
elə bir ödəniş tətbiq
edək ki, bu orta səviyyədə
yaşayan bir azərbaycanlı ailəsinin
ödəyə biləcəyi
məbləğ olsun.
- Valideynlər bağçalarda psixoloji hazırlıqla bağlı
da biliklərin və mütəxəssislərin
yetərli qədər
olmamasından gileylənirlər.
Yəqin ki, bu kimi halları
nəzərə alacaqsınız?
- Biz artıq neçə ildir bu layihənin
reallaşdırılmasına çalışırıq və
təbii ki, bu iş çətin
olduğu qədər
həm də məsuliyyətlidir. Odur ki, biz daha çox
bu sahədə uzun illərdir çalışan və fikirləri cəmiyyət
tərəfindən qəbul
olunan insanların ideyalarına geniş yer vermişik. O cümlədən, bizə
məsləhət verən
şəxslərdən biri
də hamımızın
yaxşı tanıdığı
pedaqoq, Respublika Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimovdur. Proqramın işlənilməsində, kadrların
seçilməsində də
təcrübəli insanların
biliklərindən faydalanmağa
üstünlük veririk.
- Balacalar üçün yaradılacaq
mərkəzlərin ilkin
olaraq harada açılmasını planlaşdırırsınız?
- Bu təbii ki, paytaxtı əhatə edəcək və Sabunçu, Yasamal rayonlarını, Əhmədli
qəsəbəsini, "Xətai"
metrostansiyası yaxınlığında
olacaq. Yeni tədris ilindən etibarən artıq fəaliyyətə başlamaq
niyyətindəyik. Bura
hələ ki, 5 yaşlı uşaqlar qəbul olunacaq.
- Belə məlum olur ki, "Kaspi"nin məqsədi həm də bir şəxsin
kiçik yaşlarından
başlayaraq mükəmməl
bir insana çevrilənə qədər
olan müddətdə
onun təlim-tərbiyəsinə
nəzarət etməkdir...
- Tamamilə doğrudur. Hətta həmin şəxs müstəqil
həyata qədəm
qoyduqdan sonra da ondan mütəxəssis
kimi yararlanmağımız
üçün imkanlar
yaratmaq fikrindəyik.
Naibə Qurbanova
Həftə içi.- 2011- 19 may.- S. 5.